Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir.
Qadin.Net xəbər verir ki, bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını "bəzəyən" "narahatçılıq" sözüdür: "Narahat sözü "rahatsız" deməkdir. Buna bir "çılıq" şəkilçisinin artırılması görünür ki, "inşaatçı-dilçilərimizin" kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də "məktəb ləvazimatları" ifadəsindəki "ləvazimat"lar sözüdür".
T.Kərimli qeyd edib ki, "ləvazimatlar" sözünün özündə 3 dənə cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi isə düzgün deyil: "İş burasındadır ki, ərəb dilindəki "lazım" sözünün cəmi "ləvazim"dir, yəni bu da "lazım olanlar, lazımlılar" deməkdir. "At" özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki "-lar" cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə "məktəbə lazım olanlar" şəklində işlənsə, daha doğru olar".
T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir.
O, bunlara "malik olmaq", "təşkil etmək", "tərəfindən", "tərəfimizdən" kimi sözləri misal göstərib.
Hələ bir neçə il əvvəl akademik Ağamusa Axundovun da "malik olmaq" sözünü yersiz hesab etdiyini açıqlayan akademik qeyd edib ki, dilimizdə "var", "yox" sözləri, olmaq feili, -dır, dir, dur, dür şəkilçisi olduğu halda, malik və təşkil kimi varvarizmlərə ehtiyac yoxdur: "Məsələn, havanın temperaturu 35-37 dərəcə təşkil edəcək cümləsi "Havanın temperaturu 35-37 dərəcə olacaq" kimi verilməlidir. Yaxud "Filankəs 180 sm boya malikdir" cümləsi "Filankəsin 180 sm boyu var" kimi olmalıdır. İnzibati orqanların nitqində daha çox səslənən "tərəfimizdən", "tərəfindən" sözü də bu qəbildəndir. Bunlar cümləyə əcaib bir forma verir. Məsələn, "Tərəfimizdən aşkar edilərək götürülmüşdür" ifadəsi "aşkar edərək götürmüşük" şəklində olmalıdır".
T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: "Dil canlı orqanizmdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Boynunuzda yaşlanmanın qarşısını alan hərəkətlər
Ətirli şamlar xərçəng yaradır
Fransada məktəbə 15 qoyun qəbul edildi
İlin ən ağır günü
Xidməti müqavilə ilə işləyənlər pensiya ala bilməyəcək?
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu - RƏSMİ
Xüsusi hekayəsi olan tatular
Hindistan da Marsa getdi
Körpə gözləyən valideynlərə məsləhətlər
Vanqadan dəhşətli proqnoz
Ağladan 20 film
Şam qozasından yeni il bəzəyi
Bakının keçmiş şagirdləri imtahan verəcəklər
“Qarabağ” futbol klubunun üzvləri Ağdamın Cümə məscidində namaz qılıb
İranın sonuncu şahının xanımının sərvəti sürücüyə qalıb
TQDK-dan imtahan açıqlaması
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
İngiltərədə həkimlər mahnı oxudu, Klopp ağladı - VİDEO
Bu il Moskvadan beş mindən artıq qanunsuz miqrant qovulub
Prezident: “İndiki Ermənistan ordusunu Paşinyan yaratmayıb”
Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
Koronavirusa görə işini itirən qız cekpot uddu - FOTO
Ən yeni gəlin ayaqqabı modelləri
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
“Son zəng” bu tarixdə qeyd olunacaq - Nazirdən əmr
Azərbaycanda pensiyaların ödənilməsinə başlanıldı
“Qarabağ”da şok itki
Bu il Günəş üç dəfə tutulacaq
Arqan yağının faydaları
QİÇS-ə almanlar qalib gələcəklər
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Dünyanın ən gənc milyarderi artıq subaydır
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
Bu günün hava proqnozu
Nizami Kino Mərkəzində milli filmlərin pulsuz nümayişinə başlanacaq
Ed Şiran ata olacaq
Almalı - qarağatlı piroq (foto resept)
Qoyun ətli vindaloo (foto resept)
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Bütün dünyanı metro birləşdirəcək? - FOTO
Azərbaycanda süni mayalanma halları artıb
Necə qonşusunuz? (test)
Pəhriz saxlamanın ailə həyatınıza təsiri
Azərbaycanda 5 gün iş olmayacaq
Azərbaycan Müdafiə Nazirliyi Serj Sarkisyana cavab verdi
Yazın 5 ən faydalı məhsulu
Məşhur cütlük bal ayını burada edəcək-FOTO
İnanılmaz sevgi hekayəsi
Uşaqlara oxuma və yazma öyrətməyin asan yolu














