Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçiriləcək. Həmin gün qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.Həmin imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə mayın 26-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir.Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları komissiyanın internet saytında yerləşdirilib.İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı "Abituriyent" jurnalının 3-cü sayında dərc edilib.
Mənbə:ANS PRESS
XƏBƏR LENTİ
6 YAŞLI MODEL - Dünya ondan danışır - FOTOLAR
Dünyanın ən nüfuzlu insanları
Qadının rolu
Dekorasiyada zərif yaşıl tonları
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Yaponiya Putinə dəvəti geri çağırdı
Ağ ev Yanukoviçi müxalifətlə dialoqa başlamağa çağırıb
İflicin dərmanı: gündə 30 dəqiqə...
Sabahın hava proqnozu
Ütü alarkən bunlara diqqət edin
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
Dollar 90 qəpik olacaq
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Bu da final, bu da "Marakana": Almaniya, yoxsa Argentina?
Biz nə üçün messencerlərdən belə asılıyıq?
Ali Məhkəmədən dollarla krediti olanlara İZAHAT: Krediti hansı kursla qaytarmalı?
Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur - RƏSMİ
HAVA necə olacaq?- 16 fevral
Aktrisa arıq halını bəyənmədi-FOTO
"Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"
Debaltsevedə evakuasiya əməliyyatı aparılır
Toyuqdan çaxoxbili (foto resept)
Albalı piroqu
Qlütensiz kotlet (foto resept)
Qozlu, şokoladlı peçenye (foto resept)
Ronaldonun qiyməti açıqlandı
Rəqəmləri birləşdir-7
Yumurtalı ət ruleti (foto resept)
İlham Əliyev onlara xəbərdarlıq etmişdi
Hipotrofiya - körpə bəlası
Bakıda elm festivalı başladı
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Xurmalı şirniyyat (foto resept)
Ermənistan prezidenti hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırdı
Məşhur müğənni təcili əməliyyat olundu-SƏBƏB
Arvadının 8 il həbsini tələb edir
SSRİ dövrünün 5 qəpikləri sizi milyonçu edəcək - QİYMƏT
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
500 dollardan artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənədlə olacaq
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Baş bəlası sızanaqlar
Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı
Beyons Cəlaləddin Rumi haqda film çəkəcək
Dəfnənin Cem və Serenay sevgisinə reaksiyası
Bir çox kişilərin gizli qorxuları
Bədəni yoran vərdişlər
6 yaşlı uşaq iş üçün müraciət etdi-FOTO
"Barselona"nın ulduzu karyerasına son qoyur
Günün ramazan təqvimi (10 iyul)
Aslı Enver bu xəstəlikdən əziyyət çəkirmiş















- ŞƏRHLƏR