Tələbəlik illəri bir çox hallarda təkrarolunmaz olsa da, bu dövrün imtahanlardan başqa çətinlikləri də çox olur. Gəncliyin bu dövründə maddi cəhətdən əziyyət çəkənlər az olmur, əyani şöbədə oxuyan tələbələr bunu daha qabarıq şəkildə başa düşərlər.
Azərbaycan Dillər Universitetində (ADU) 2014-2015-ci tədris ilində innovativ bir tətbiqin həyata keçirilməsi nəzərdə tutulur. Mətbuata verilən məlumata görə, həmin universitetə yeni daxil olan tələbələr üçün kartlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") tərəfindən hazırlanacaq.
Dövlət Agentliyi tərəfindən hazırlanacaq tələbə kartları çoxfunksionallığı ilə seçiləcək. Həmin kartlara ilk növbədə çip və barkod yerləşdiriləcək ki, bu tələbənin universitetə giriş və çıxış saatları, universitetdə qalma müddətini təyin etməyə imkan verəcək. Yeni tələbə kartları vasitəsi ilə təqaüdlərin əldə olunması, tələbə yeməkxanalarında yerləşdiriləcək xüsusi aparatlarda ödənişlərin edilməsi rahatlığı, eyni zamanda müasir imkanlardan istifadə edilməklə innovativ həlləri təmin edəcək.
Həmçinin tələbələr universitet daxilində və xaricində kartların köməkliyi ilə kitabxanalardan endirimli şəkildə yararlana biləcəklər. Gələcəkdə bu sistemin nəqliyyatın intellektual idarəetmə mərkəzinə qoşulması təmin edildikdən sonra tələbələrin bu kartlardan nəqliyyatda da istifadəsi mümkün olacaqdır.
Verilən məlumata görə, tələbələr bu kartları yeni dərs ilinin əvvəlindən ödənişsiz əldə edə biləcəklər.
İndiyə qədər tələbələr üçün hansı imtiyazlar tətbiq edilib?
Ölkəmizdə tələbələr üçün bir neçə dövlət və ya qeyri-hökumət təşkilatlarının təşəbbüsləri ilə bir neçə layihələr həyata keçirilir ki, az-çox tələbələrə köməklik göstərilsin. Təəssüf ki, burada bəzi çatışmazlıqlar var.
Tətbiq edilən imtiyazlardan əksər hallarda bu kimi layihələrin tərəfdaşları olan şirkətlərin işçiləri xəbərsiz olurlar. Bunu öz növbəsində layihəni həyata keçirən təşkilatlar da diqqətdən kənar saxlayırlar. Bir növ layihə yalnız ilk mərhələsində həyata keçirilir, lakin onun növbəti mərhələləri, nə qədər davamiyyətli və effektiv olması artıq heç kimi maraqlandırmır.
Tələbə kartları və tətbiq edilən imtiyazların nəticəsi
Bu tələbə kartlarından biri Europian Youth Card-dır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.7.1. "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması bəndinə əsasən 29.05.2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Xəzər İnvestisiya Mərkəzi tərəfindən həyata keçirilməyə başlamışdır. Bu kartlar Azərbaycanda təhsil alan bütün tələbələr üçün nəzərdə tutulmuşdur. Tələbə kartları pulsuz təqdim olunur. Tələbələr bu kart vasitəsi ilə EYCA-nın endirim şəbəkələrində imtiyaz və güzəştlərdən istifadə edə biləcəklər. Endirim şəbəkəsinə təkcə Azərbaycan ərazisində deyil, Avropanın 30-dan çox ölkəsində 80.000-dən çox müxtəlif məişət və iaşə obyektləri daxildir" - bu məlumat EYCA-nın rəsmi internet saytında qeyd edilib.
EYCA-nın üstünlükləri:
Gənclərin mobilliyi:
- dünyanı dərk etməyə kömək edir, digər mədəniyyətlərlə tanış edir, dünyagörüşü artırmağa xidmət edir;
- Avropanın 37 ölkəsində aşağıdakı obyektlərdə 80.000-dən artıq endirim:
- səyahət zamanı: otellər və hostellər, ekskursiyalar və turlar
- nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı
- mağazalar: kitab, idman, paltar və digər
- yemək obyektləri: restoranlar və kafelər
- xidmətlər: sığorta, abunə servisi, bələdçi
2010-cu ilin mart ayında Azərbaycan gənc kart vasitəsi ilə gənclərin mobilliyi haqqında Razılaşmaya qoşulmuşdur. Azərbaycan üzrə Avropa Gənclər Kartı Assosiasiyasının üzvü Xəzər İnvestisiya Mərkəzidir. Xəzər İnvestisiya Mərkəzi 6-30 yaşlarında olan bütün gənclərə EYCA kartlarını təklif edir.
Tələbələr bu endirimlərdən yararlana bilirlərmi?
Endirim tətbiq edilən mağazalar, restoranlar və s. yerlər haqqında kartın rəsmi saytında ətraflı məlumat qeyd edilsə də, bu endirimlərdən yararlanmaq bəzən mümkün olmur. EYCA tələbə kartının sahiblərindən biri L.Hacıyeva tələbəlik illərində yemək obyektlərində kartı göstərərkən, həmin obyektin işçiləri bu haqda məlumatı olmadıqlarını deyərək, karta görə nəzərdə tutulan endirimi etməyiblər.
"Adını xatırlamasam da, endirim nəzərdə tutulmuş bir geyim mağazasından alış-veriş edən zaman kartı göstərmişdim. Lakin karta baxıb mənə dedilər ki, mağazada elə bir endirim yoxdur. Bir çox yerlərdə eyni cavabı almışam" - deyən tələbə A.İsgəndərli bu endirimi real olaraq ancaq "Ali&Nino" kitab mağazasında gördüyünü vurğuladı. Düzdür azdır, cəmi 5% endirimdir. Ancaq yenə də endirim edirlər".
Biz də öz növbəmizdə EYCA-nın saytında qeyd edilən geyim mağazaları, yemək və digər istirahət məkanları ilə əlaqə saxlayıb bu kart vasitəsi ilə tələbəyə edilən güzəştlər haqqında məlumat almağa çalışdıq. Əfsuslar olsun ki, zəng etdiyimiz mağaza və ya digər obyektlər EYCA tələbə kartına endirimin olmadığını dedilər.
EYCA-nın Azərbaycanda yerləşən ofisi ilə əlaqə saxladıq. Zəngimizə cavab verən xanım saytda məlumatlar, ələlxüsus endirimlərin keçərli olduğu məkanların qeyd edildiyini bildirdi: "Endirim etməyən şirkətlərin adları saytdan silinir".
Xanıma bir neçə şirkətlə artıq əlaqə saxladığımızı və onların heç birindən endirimlərlə bağlı müsbət cavab almadığımızı bildirdikdə isə, "bu mümkün deyil. Ola bilsin ki, işçilər bilmirlər, lakin müdiriyyətin bu haqda məlumatı var" cavabını aldıq. Sual olunur - əgər tələbə alış-veriş zamanı EYCA tələbə kartını təqdim edirsə və ona endirimin olmadığı bildirilirsə, bu haqda müdirin bilməyinin nə mənası? Xanım bu suala da saytda qeyd edilən endirimlərin aktiv olunduğunu inadla deməyə davam edərək "Mütəmadi olaraq müvafiq monitorinqlər keçirilir və ümumi durum yoxlanılır", - deyə bildirdi.
Lakin bu monitorinqdə tərəfdaş şirkətlərin müdirlərinin, yoxsa işçilərin yoxlanılması məlum olmadı…
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Koronavirusun hansı halda analizdə çıxmadığı açıqlandı
Milli yemək axtarışında....
Vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır
Uşağı "pis yetişdirməyin" yolları (I)
Bu yay Azərbaycanda qıtlıq ola bilər: fermerlər təşvişdədir
Özbək şorbası (foto resept)
Qadınların varlı kişiləri qəşəng kişilərə nisbətən daha tez sevmələrinin səbəbi bəlli olub
Sağlam və parlaq saçlar üçün vitaminlər
Günün qoroskopu: səbrli olun
Frutti Di Mare Pizza (foto-resept)
Dünyanın ən qəribə ağacları
Sərhədyanı çaylarda su elektrik stansiyaları yaradılacaq
Saxta eynəkdənsə, eynəksiz gəzmək yaxşıdır
Bunları söylərkən rahat olun (2-ci hissə)
Günün ulduz falı - 08.12.2013
Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
Kolorado çayının əyrisi
Varlıq içində yoxluq
Əkiz tibb bacıları koronavirusdan öldülər-FOTO
Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı
Günün ulduz falı
Bleyk yeni trend yaratdı-FOTO
Başqa planetlərdə həyat axtarışı – Elm adamlarından kəşf
Xalqı azadlığa və müstəqilliyə aparan yol
Azərbaycan Avropanın xəritəsini dəyişir
Mübarizsiz 10 il...
Karyeranız işgüzar danışıqlardan asılıdır
Qida maddələrinin təbiiliyi
"Bu hələ başlanğıcdır" - Aygün yoqaya başladı
Möhtəşəm rekord: super nənə ölkədən ölkəyə üzdü
Facebook istifadəçilərinin narahatlığına əsas yoxdur
Möhtəşəm yataq otaqları
Cəbhədə erməni təxribatı
Dodağı qalın göstərmə üsulları
1 yaşına qədər uşaqlara pnevmokok peyvəndlərin tətbiqinə qısa müddətdə başlanılacaq
Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik etdi
Sabahın HAVAsı
Cimi Hendriksin gitarası rekord məbləğə satıldı
Romanı ayaqyalın fəth edən afrikalı(2)
Azərbaycan teatrının görkəmli sənətkarı anılıb
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Mən şəkil çəkirəm- 3
Günə limonlu su ilə başlamaq üçün 6 səbəb
Pinar Altuğ da makiyajsız FOTOsunu paylaşdı
Telefonla oynayan uşaqlar təhlükədədir
Azərbaycanda 26 bank bağlana bilər
Prezident yanğın yerində olub
2015-ci ilin qol çantaları
Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib?