Bu sözləri bizimlə söhbətində Yasamal rayon sakini Yaqut Sərdarova bildirdi. Yaqut xanım çoxavazlı siqnallara görə cərimələrin artırılmasını təqdir edərək adi siqnallardan yersiz istifadəyə görə də cərimələrə diqqət çəkməyi təklif etdi.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
Qeyd edək ki, qanuna görə, çoxavazlı səs siqnalları yalnız yollarda üstünlüyə malik olan nəqliyyat vasitələrinə, təcili yardım, polis maşınları, yanğınsöndürənlərə və s. aiddir. Avtomobillərə sonradan quraşdırılan çoxavazlı, yüksəktonlu siqnallara görə adi adamlar 80-100 manat məbləğində cərimə tətbiq edilirlər. Amma İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsini nəzərdə tutan qanun layihəsi qəbul ediləndən sonra yüksəktonlu siqnallara görə cərimələr təxminən 10 dəfəyədək artacaq. Qeyd edək ki, prezident İlham Əliyevin imzası ilə sözügedən qanun layihəsi parlamentə təqdim edilib. Layihədə göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadəyə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.
Yalnız sürücülər günahkar deyil
Cərimənin qalxmasını təqdir edən Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, insanların maddi durumu o səviyyədə deyil ki, səsgücləndiricidən istifadəyə görə 800 manat cərimə ödəsinlər: "Üçüncü dəfə eyni xətanı edən isə 1600 manat məbləğində cərimələnir. Sovet istehsalı olan, xüsusilə "07" markalı avtomobillərdə səsgücləndiricilərdən daha çox istifadə edilir. Qaydaları pozanlar isə ən çox orta təminatlı ailələrin övladı olan gənc “avtoş”lardır. Cərimələrin artması nəticəsində düşünürəm ki, bu gənclər ailələrindən 800 manat məbləğində cərimə pulu ala bilmədiklərinə görə qayda pozuntusuna son verməli olacaqlar”.
İ.Hüseynli düşünür ki, cərimələr yalnız avtomobil sürücülərinə deyil, səsgücləndiriciləri maşınlara quraşdıran sex ustalarına da şamil edilməlidir. Ekspert bildirdi ki, xüsusi səsgücləndiricilər əsəb sisteminə mənfi təsir etməklə yanaşı, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır: “Arxadan güclü səs siqnalı gəldikdə, yolun ön hissəsində olan sürücü çaşaraq idarəetməni itirib qəza törədə bilər və biz dəfələrlə bunun şahidi oluruq”.
Əgər yol polisi...
İ.Hüseynli cərimənin artırılmasının problemin qarşısını müəyyən qədər alacağını bildirsə də, bunun nəzarətin hansı formada keçirilməsindən də asılı olduğunu dedi: “Əgər yol polisi ilə sürücülər arasında sövdələşmə gedəcəksə, problemin aradan qaldırılmasında cərimələrin artırılması heç bir rol oynamayacaq. Yəni 800 manat cərimə əvəzində yol polisi 200-300 manat alıb sürücünü ötüşdürəcəksə, heç bir irəliləyişdən danışmağa dəyməz”.
İ.Hüseynli inkişaf etmiş ölkələrdə nəinki xüsusi səsgücləndirici siqnallardan, hətta yeri gəldi-gəlmədi adi siqnallardan da istifadə etməyin qadağan olduğunu dedi: “Məsələn, elə küçələr var ki, orada xüsusi yol hərəkəti işarəsi olan lövhənin üzərində adi siqnallardan istifadənin qadağan olunduğu barədə bildiriş var. Yaxud da lövhənin üzərində hansı saatlarda adi siqnallardan istifadə edilməsinin qadağan olunduğu qeyd edilir. Bakıda isə belə lövhələr barmaqla sayılacaq qədərdir”.
Müsahibimiz sanksiyaların artırılmasının zaman-zaman sürücülərdə mədəni davranışların formalaşmasına gətirib çıxaracağını da düşünür: “Düşünürəm ki, sanksiyalarla mədəniyyət formalaşdıra bilərik. Yadınızdadırsa, bir müddət öncə təhlükəsizlik kəməri taxmayan sürücülərlə bağlı cərimələrin miqdarı da artırıldı. Nəticə göz qabağındadır. Artıq tək-tük sürücü görmək olar ki, kəmərdən istifadə etməsin”.
İnsanları dəli edən səs
Psixoloq Nail Cəlil deyir ki, qəfil hay-küy, gözlənilməz səs akustikası insanlarda gərginlik, çaşqınlıq yaradır: “Bəzən görürsən, yolda kilometrlərlə uzanan tıxac var, bu zaman belə sürücülər boş-boşuna siqnal verməyə başlayırlar. Bu da həm digər sürücülərə, elə siqnal piyadalara, həm də sərnişinlərə çox pis təsir edir. Bəzən arxadan gələn avtomobil sürücüsünün verdiyi yersiz siqnal qarşıdakı sürücünü özündən çıxarır və bu zaman hansısa insident baş verə bilər”.
Sanksiyaların ağırlaşmasının, cərimələrin artmasının problemin qarşısını almağa kömək edəcəyini deyən Nail Cəlil bildirdi ki, bu, həm də insanların əsəb sisteminin sakitləşməsinə səbəb ola bilər: “Yaxşı olar ki, cərimələr olmadan sürücülər qaydalara əməl etsinlər. Sərt qaydalar ictimai nəzarəti tənzimləməyin bir üsuludur”.
Qeyd edək ki, Türkiyədə aparılan araşdırma nəticəsində bəlli olub ki, gözləmədiyi, qəfləti halda yüksək səslə üz-üzə qalan insanların psixikasında problemlər olur, əsəbləri özləri də anlamadan pozulur.
Siqnal eşitmədə problem yaradır
LOR həkimi Gülşən Hacıyevanın sözlərinə görə, yüksək səs insan qulağının kar olmasına da gətirib çıxara bilər. Xüsusilə yüksək səs insan gözləmədiyi halda qəflətən gəlirsə, qulaqdakı səs alıcı hüceyrələri öldürərək eşitmə sistemində problemlərin yaranması ilə nəticələnir.
LOR həkimi cərimələrin artırılmasının insanların sağlamlığının qorunması baxımından yerinə düşdüyünü dedi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR