Ekspert: Bu gün ailə qurmaq ötəri bir prosesə çevrilib. İnsanlar maşın alanda daha çox fikirləşirlər, nəinki ailə quranda Xalq şairi: Uşaq əslində, onu dünyaya gətirən adamın yox, tərbiyə edib böyüdən adamın övladıdır. Ölkədə valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi hazırlanır. Yeni sənəd valideynlərin öz övladlarına qarşı məsuliyyətini gücləndirməyə, onların valideynlik borclarını yaxşı dərk etməsinə və yerinə yetirməsinə yönəlib. Xüsusən son illər valideyn məsuliyyətsizliyinin baş alıb getdiyini görən layihə müəllifləri hesab edirlər ki, sənəd problemin aradan qalxmasına kömək edəcək. Belə ki, hər bir qadın hamilə olmazdan öncə dünyaya gətirəcəyi uşağı böyüdüb boya-başa çatdırmaq imkanına malik olub-olmamasını düşünməlidir. “Qadın uşağın tərbiyəçisidir, dünyaya gələn uşağı qadın boya-başa çatdırır. Ona görə bu düşüncə tərzi qadında olmalıdır, fikirləşməlidirlər ki, mən dünyaya uşaq gətirməyə nə qədər hazıram” - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovamətbuata açıqlamasında bildirib. O deyib ki, bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi var. Komitənin hazırladığı sənəd hər bir doğulan uşağın diqqət mərkəzində olması və qayğı ilə əhatə olunması öhdəliyini müəyyənləşdirir: “35 yaşında qadın kömək üçün komitəyə müraciət edib. Onun nə evi, nə işi var, həyat yoldaşı da işləmir, amma 5 uşağı var. Bu qədər uşağı dünyaya gətirəndə düşünmürlər ki, bunları necə dolandıracağıq?” Valideyn himayəsi ilə bağlı qanun layihəsinin yaxın günlərdə ictimaiyyətin müzakirəsinə veriləcəyini bildirən S.Qəhrəmanovanın sözlərinə görə, ailələr dağılandan sonra ən çox əziyyət çəkən uşaqlar olur. Bundan əlavə, bir çox atalar aliment verməkdən boyun qaçırır: “Ona görə boşanmağa baxmayaraq, ata və ana uşaqlara sahib durmalıdır. Atılmış uşaqlar bir problem olaraq qarşımızda dayanıb. Biri dünyaya gətirir, bir başqası isə övladlığa götürür”. Gerçəkdən, problem çox böyükdür. O qədər böyükdür ki, acı nəticələri uşaqların çöllərdə dilənməsi, sahibsiz qalması, əməklərinin amansızcasına istismarı, zorakılığa cəlb edilmələri, insan alverinin qurbanına, yetimxanaların gözüyaşlı sahiblərinə çevrilmələri və s. ilə nəticələnib. İndiyə qədər valideyn himayəsi, uşaq hüquqları və s. bu tip qanunlar problemi kökündən həll edə bilmədiyi halda, komitənin hazırladığı yenin qanun layihəsi bu istiqamətdə vəziyyəti dəyişdirə biləcəkmi?
Ötəri proses?
Valideyn məsuliyyətinin həm hüquqi, həm də mənəvi məsuliyyətdən ibarət olduğunu bildirən Uşaq hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədriNazir Quliyevin fikrincə, hüquqi məsuliyyət sənədlər üzərində, qanun və məcəllədə yer alan məsuliyyətdir ki, bu, hər bir valideynin üzərinə qoyulan öhdəlikdir: "Mənəvi məsuliyyət isə insanların üzərinə övladlarını daim sevmək məsuliyyəti qoyur. Hətta vəhşi təbiətdə yaşayan heyvanlar belə, övlada sahib olanda onu qorumağa çalışırlar. Ona görə də valideyn məsuliyyəti təkcə uşağın dünyaya gətirilməsi prosesi deyil. Onun böyüməsi, inkişaf etməsi, təhsil alması, sağlamlığının qorunması və cəmiyyət üçün faydalı yetişdirilməsindən ibarətdir. Bu üzdən də valideyn məsuliyyəti daim davam edən prosesdir". Alyans rəhbəri hesab edir ki, valideyn məsuliyyətinin azalması və ya olmaması uşaqların həyatında böyük problemlər yaradır. Belə ki, onların uşaq evlərinə düşməsi, ailə mühitindən kənarda qalması, əməklərinin istismar edilməsi, müxtəlif zorakılıqlara məruz qalması və s. məhz valideyn məsuliyyətinin olmaması üzündən baş verir: "Məsuliyyətin olmaması artıq valideynin uşaq üzərində öhdəliklərinin yerinə yetirilməməsidir. Bu da uşağın həyatına, inkişafına, uşaq hüquqları ilə bağlı həm beynəlxalq, həm də milli öhdəliklərin yerinə yetirilməməsinə, onların hüquqlarının davamlı pozulmasına səbəb olur". N.Quliyevin sözlərinə görə, ötən illərlə müqayisədə hazırkı dövrdə valideyn məsuliyyəti yetərincə deyil. Belə ki, son zamanlar ən çox narahatdoğurucu məqamlardan biri də valideyn məsuliyyətinin azalmasıdır. “Valideynlərin düzgün ailə planlaşmasını həyata keçirə bilməməsi, qanunsuz və erkən nikahlar, çoxlu sayda boşanmalar nəticəsində valideynlər bəzən öz öhdəliklərini icra edə bilmirlər. Əvvəllər ailə qurmaq, ailə planlaşdırmaq çox ciddi və ölçülü-biçili addım kimi atılırdı. Təəssüf ki, bu gün ailə qurmaq adi, ötəri bir prosesə çevrilib. İnsanlar maşın alanda daha çox fikirləşirlər, nəinki ailə quranda. Bunlar hamısı valideyn məsuliyyətinin azalmasına və dünyaya gələcək uşağın hüququnun pozulmasına səbəb olur: "Biz uşaq evlərindən birində olarkən uşaqlardan biri söylədi ki, bizim burada olmağımıza görə heç bir günahımız yoxdur. Doğrudan da uşağın həmin müəssisəyə düşməsində günahı yoxdur. Günah onu dünyaya gətirən, onun üzərində məsul olan valideyndədir”. N.Quliyevin fikrincə, bizim milli dəyərlərimiz, tarixi keçmişimiz, formalaşmış adət-ənənələrimiz olub. Belə ki, bunlar çox gözəl ailə modeli idi: “İndinin özündə də Azərbaycanın elə regionları var ki, orada uşaqlar yetimxanalara çox nadir hallarda düşür. Qohumlar, kənd sakinləri o uşağa sahib çıxırlar. Və yaxud hər hansı bir ailənin sosial ehtiyacları varsa, ailəyə hamı dəstək olurdu və insanlar o uşağın dövlət müəssisəsinə düşməsinə imkan vermirdi. Həmçinin ictimai nəzarət mexanizmləri vardı. İnsanlar qanundan çox ictimai nəzarətdən çəkinirdilər. Bu, çox vacib faktordur”. Alyans rəhbəri hesab edir ki, bu istiqamətdə ailə institutlarının formalaşması hansısa bir sənədlə və ya mexanizmlə deyil, cəmiyyətin içindən gələn prosesə çevrilməlidir: “Heç bir ölkədə elə bir struktur qurulmayıb ki, hər bir ailəyə nəzarət edə bilsin. Bu, valideynin içindən gəlməli, cəmiyyətin səsi eşidilməlidir ki, proses həmişə nəzarətdə qalsın. Təbii ki, savadsız valideynlərin maarifləndirilməsi, risk qrupu olaraq onlar üzrə iş aparılması önə çəkilir. Bu, bütün dünyada var və maarifləndirmə işin bir hissəsidir. Eyni zamanda, bu cür valideynlər vaxtında müəyyən olunmalı, onların valideynlik missiyasına baxılmalıdır. Əgər o, uşaq üzərində məsuliyyətini və vəzifəsini düzgün dərk edib yerinə yetirə bilmirsə, valideynlikdən kənarlaşdırılması məsələsi önə çəkilməlidir. Ailə institutlarının və bu cür statuslu mərkəzlərin vəzifəsi də məhz belə ailələri müəyyən etməkdən ibarətdir”. N.Quliyev hesab edir ki, ailələri müəyyən edərkən, hər hansı ailə ilə bağlı tədbir görülərkən öz uşağını dilənməyə məcbur edən, onu küçədə atıb gedən və ya aliment öhdəliyini yerinə yetirməyən valideyni cəmiyyət tanımalı və ona qarşı hər zaman ictimai qınaq formalaşmalıdır: “Bu gün aliment ödəməyən ata, fikrimcə, yaxşı dost, yaxşı vətəndaş da ola bilməz. Onun nə cəmiyyətə, nə də ölkəyə faydası ola bilər. Eləcə də uşağını atan anadan yaxşı insan çıxa bilməz".
Cəmiyyət tərbiyəli olmalıdır
Psixoloq Dəyanət Rzayev hesab edir ki, valideyn məsuliyyətsizliyi təkcə uşağı atmaqdan ibarət deyil. Belə ki, valideynin uşağa gündəlik həyatında göstərdiyi münasibət də onun məsuliyyətini müəyyənləşdirir: "Bəzən valideyn uşaqla birgə dənizə gedir. Övladını nəzarətsiz qoyur və uşaq dənizdə batır. Və ya nəzarətsiz hamamda çimən uşaq bəzən dəm qazından boğulur. Yaxud da valideyn hansısa parkda oturur, kiminləsə başı söhbətə qarışır, uşaq isə nəzarətsiz halda parkda oynayır və s.” Psixoloq ailədəki münaqişələrin də uşağa təsir etdiyini bildirdi: “Bütün bunlar uşaqlarda psixoloji travma yaradır. Ola bilər ki, o uşaq böyüyəndə təhsilli, savadlı olsun. Ancaq uşaqlıqda yaşadığı problemlər onun qəlbində həmişə qalacaq". Xalq şairi Fikrət Qocanın fikrincə, övladı dünyaya gələn gündən valideynin boynuna öhdəlik qoyulur. Belə ki, hər bir ailə ölkə kimidir və onu idarə etmək çox çətindir: “Ata həm ailə üçün çalışmalı, qazanmalı, həm də evdə uşağının necə böyüməsindən xəbərdar olmalıdır. Çünki uşaq günlə, saatla deyil, dəqiqə ilə inkişaf edir. Buna görə də valideyn ona xüsusi vaxt ayırmalıdır". F.Qoca uşağın tərbiyəsində valideynlə yanaşı, oxuduğu məktəb və yaşadığı cəmiyyətin də böyük rol oynadığını bildirib: "Ona görə də uşağın tərbiyəsinin məsuliyyətini təkcə valideyndə axtarmaq düzgün deyil. Cəmiyyət də tərbiyəli olmalıdır". Ölkədə çoxlu sayda uşaq evlərinin və orada valideynləri tərəfindən yerləşdirilən uşaqların olmasına gəlincə, xalq şairi bildirib ki, həmin uşaqların hamısı o müəssisələrə eyni tale üzündən düşmür: "Hərənin bir cür taleyi olur. Onların hamısı atılmır. Eləsi var ki, ata-anası qəzaya düşür, eləsi var ki, valideyni həbsxanadadır, uşaq sahibsiz qalır və s. Bu dünyada insanların haqsızlığının və mərhəmətsizliyinin iki nəticəsi var: qocalar evi və yetimxanalar. Bunlar insanların günahının və tərbiyəsinin nəticəsidir. İnsanlar var ki övladlığa uşaq götürmək üçün dünyanın o başına gedir. Amma bu yetimxanalarda millətinin öz uşaqları var. Uşağı necə tərbiyə edəcəksənsə, o, elə də böyüyəcək. Uşaq əslində, onu dünyaya gətirən adamın yox, onun tərbiyə edib böyüdən adamın övladıdır. Onu götür yetişdir, gələcəkdə də o, sənin qolundan tutacaq. Nə üçün sahibsiz qalsın? Bu, bizim çatışmayan cəhətimizdir. Amma nə etmək olar, bir quruluşdan başqasına, bir minillikdən başqa minilliyə keçmişik. Biz sovet dövründə tərbiyə almışıq. Müstəqillik dövründə isə nə qədər çalışsaq da, nə qədər inkişaf etsək də, o boşluqları doldura bilmədik. Ona görə də dözməliyik". F.Qoca hesab edir ki, valideynlərin məsuliyyətinin artırılmasından ötrü maarifləndirmə işlərinə ehtiyac var. Belə ki, bu işdə KİV-in, xüsusən telekanalların üzərinə böyük məsuliyyət düşür: "Dövlət telekanalların seriallar çəkməsi üçün pul ayırır. Yaxşı olar ki, bayağı, şit seriallar yox, tərbiyəvi əhəmiyyəti olan filmlər çəkilsin. Buna qazanc mənbəyi kimi baxmaq lazım deyil. Bu işi yazıçılara tapşırsınlar. Onlar insan tərbiyəsi məsələsinin özəyini qoysunlar. Film çəkənlər onsuz da qazanacaqlar. Reysdə gedən qatarın növbəti sərnişinləri də onlar olacaq. Amma indi bünövrəni əyri qoymaq lazım deyil. Hər kəs bacardığı kimi bu məsələni həll edir". Ekspertlər hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılması daha vacibdir. Amma cavabı vacib olan bir sual da var: ailənin, cəmiyyətin, məktəbin tərbiyələndirə bilmədiyi, ədəbiyyatın, incəsənətin ruhuna təsir etməyi bacarmadığı insana videoçarxlar, küçələrdə paylanan bülletenlər, divarlara vurulan reklamlar və s. təsir edə bilərmi? Yollardan uşaqları yığışdırmağa, yetimxanaların sakinlərini azaltmağa, uşaqlarla məhəbbətlə davranmağa elə içdən gələn sevgi bəs eləməzmi? Yoxsa qəlblərdəki mərhəmət üçün yalnız yazılı qanunlara ümid etmək lazımdır? Lap daşdan keçən sənədin valideynin hüquqi məsuliyyətini müəyyənləşdirməsinə şübhə etmək olmaz, bəs övlada sevgisini necə?
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
İngilis dili-Nn
Bu gün I və IV qruplar üçün qəbul imtahanıdır
Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib
Selena Gomez yenidən səhnəyə qayıdır- LAKİN-FOTO
Prezidentdən həbs edilən Eldar Həsənovla bağlı SƏRƏNCAM
Jestlər, mimikalar: nəyi, nə qədər doğru anlayırıq?
Türkiyədə uçan kömür şaxtasından 9 nəfər çıxarıldı
Qışda qabaran saçlar...
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Gecə üz baxımına laqeyd yanaşmayın
İnsanları internetdə belə aldadırlar
Meyvə,tərəvəz və şirniyyat kalori cədvəli
Bakıda əsən güclü külək 25-dək ağacı aşırdı
Millət vəkili xəyanətdən yazdı
Yemək seçən uşağınızı yola gətirin
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
Dünyanın ən böyük vulkanı tapıldı
Qənirə Paşayeva müəllimlərlə görüşdü
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Qeyri-adi evlər
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Ailənizi xoşbəxt edin
Erməni general "dördgünlük müharibə"dən sonra bu günə düşdü
Qlobal istiləşmənin səbəbi...
Di Kaprio evlənir-FOTO
Qafqazın ən böyük nağarası Şəkidə
Məşhur bədən boyama festivalı
Leonardo DiCaprio ayrılmadığını belə sübut etdi
Koronanın yayıldığı Çində ilk – 105 yoluxma, ölüm isə...
Tom and Jerry
Azərbaycan çaylarının suyu azalıbmı?
Məşhur müğənni tanınmaz halda: "Necə olacaq bilmirəm" - FOTO
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
XX əsrin faciəsi: Xocalı soyqırımından 27 il ötür
Sarkisyan təyyarədə müsahibə verdi
Nemtsovla bağlı şok iddia
Bekhamın 450 milyon dollarlıq yeni evi - FOTO
Koronavirusu tamamilə neytrallaşdıran preparat tapıldı
Kral həcc ziyarəti ilə bağlı göstəriş verdi
Hər üç adamdan birinin banka borcu var
Son qalamız necə alındı?
İflicin fəsadlarından xilas olmağın çarəsi tapılıb
İlham Əliyev tədbirlər planını təsdiqlədi
Yaddaş gücləndirici dərmanlar əsəbi korlayır?
Ramazanın 7-ci günün duası
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Təhsil nazirindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
Ad günündə 11 milyonluq hədiyyə aldı
- ŞƏRHLƏR