Avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 (saat 12:30) uşağın sənədi məktəbə təqdim edilib.
BŞTİ-dən Milli.Az-a verilən məlumata görə, İdarənin nəzdindəki ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
Valideynlər övladlarının sənədlərini sentyabrın 18-dək məktəbə təqdim etməlidirlər. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxs Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli üçün Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən iyulun 10-dək aparılıb. Müsabiqədə iştirak edən 1769 uşaqdan 1471-i uğur qazanıb.
BŞTİ-nin nəzdindəki 287 nömrəli "Zəkalar" liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə isə iyunun 6-dan 30-dək keçirilib. Müsabiqədə iştirak edən 483 uşaqdan 402-si lisey və gimnaziyaların I sinfinə qəbul olub.
XƏBƏR LENTİ
Dermatoloqların üzlərinə yaxınlaşdırmadığı 3 gözəllik vasitəsi
Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Dekorativ qidalar - foto
Necati Şaşmaz serialından danışdı-FOTO
Məşhur cütlük BOŞANDI-SƏBƏB
Faydalı maskalar
Xərçəngi məhv edən lazer hazırlandı
COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi
Rusiya 2014-cü ilin sonunadək kosmosa 11 hərbi peyk buraxacaq
Uğursuz insanların 30 vərdişi
Günəşin yaxınlığında qəribə obyekt-FOTO
Ukrayna 7 milyardı gözə aldı
Bekhemlə Zidan üz-üzə
Dişlərə qulluq
"Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri İranı narahat edir"
Yeni universitetin yaratdığı ümidlər
Azərbaycanda qış ayında yaz havası
Nə qədər xoşbəxtsiniz?
Bakıda hava soyuyacaq, rayonlara qar yağacaq
Müəllimlərə maaş müjdəsi
Hər zamanın dəbi- skelet başı
Beynindən qurd çıxarıldı-FOTO
Ebola 10 min adamı məhv etdi
Valideynlərin davranış xətaları
Günün qoroskopu: köhnə dostlardan birinin məsləhətindən yararlanın
Dərini cavanlaşdıran maska
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
"Andromeda" satıldı - 3,6 milyon avro
Hər səhər tıxacda qalanlar üçün xoş xəbər - FOTO
Suqovuşan qazisi: “Elə bildim, şəhid olmuşam” - VİDEOREPORTAJ
Kreativ əl işləri
Günəşdə güclü qasırğa
İngilis dili-Ww
Günün ulduz falı
Plastik istifadəsini azaltmağın yolları
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı
Quba və Qusara qar yağıb
Bu pişiyin qiyməti 24 min manatdır
Dünya əhalisi nə qədərdir?
Döymə kətə ( foto resept )
Rəngarəng koftalar
Apple gözləri izləyəcək
Qatarlara WİFİ quraşdırılacaq
Seren Serengil 2,5 milyona yaxta aldı
Jirinovski azərbaycanlıları təhqir etdi
Üz formasını dəyişən qidalar
Sukeçirməz, ağıllı qolbaq
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Bu boyunbağı olmadan evlənmirlər














