Fevralın 24-ə (saat14:00) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 30 000-dən çox sorğu yerləşdirilib.
Qadin.Net bildirir ki, Bakı Şəhər üzrə Təhsil İdarəsindən trend-ə verilən məlumata görə, onlardan 29000-ə yaxını ümumi təhsil məktəblərini, 2000-ə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib.
Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər. Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi "Facebook" səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.
XƏBƏR LENTİ
Məzuniyyətdə cavanlaş
İnqilabi kəşf insanları xərçəng və allergiyadan xilas edəcək
Google keçmişə qayıdır
At quyruğuna qonmuş kəpənək fotoqrafı
Türk ulduza qarşı şok addım
Günəş eynəkləri
Aralarında 33 yaş fərqi olsa da...-FOTO
Stress dişləri çürüdür
Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı
Əsl məhəbbət: arvadı üçün 1 illik yemək bişirdi
Atəşkəs rejiminin pozulduğu Tovuzdan son görüntülər - VİDEO
Azərbaycanda ilk
Köpəkdən insanlıq dərsi
Həcc ziyarətinə start verildi
İran hakimiyyəti “WhatsApp”ı yasaqladı
Bir paylaşımla milyon qazanan ulduzlar - Siyahı
Gilaslı keks (foto-resept)
Uşaq bezlərində təhlükə aşkarlandı
Dünyanın ən ağıllı qorillası öldü-FOTO
Günün qoroskopu: kommersiya üçün pis vaxt deyil
Geyim dəstləri
Dünya Bankı Afrikaya 25 milyard ayıracaq-SƏBƏB
Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO
Qənaət
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Gülməli ev heyvanları
Uşaqlara büdcə idarə etməyi necə öyrətməli?
Min bir gecə şirniyyatı (foto resept)
Ucuz, yoxsa bahalı telefonlar daha yaxşıdır?
Ayran şorbası
Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI
HAVA necə olacaq?
5 min dollarlıq planşet satılacaq
Məşhur modeldən qalmaqallı açıqlama
"Həyat" adlı oyun
El inancları
Rita anasına 1,5 milyonluq hədiyyə aldı-FOTO
Bu gün Ümumdünya Qan Donoru Günüdür
Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?
Öz dünyası olan bu uşaqları yaşadan həyat eşqidir
Azərbaycanda il ərzində yeni Ayın təzələnmə vaxtı açıqlanıb
Windows Phone rekordu: 3 milyard
Quru dərilər üçün maska
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Allahın nəzərdən xəbəri yoxdur?
Mənə namaz necə nəsib oldu
Çaylı keks
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO














