Azərbaycanda ilk dəfə olaraq istehsalatın müxtəlif sahələrində əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün tədris kursları təşkil ediləcək. ANS PRESS-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək. DƏMX-nin rəisi Fuad Əlizadə prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanından, habelə digər normativ-hüquqi sənədlərdən irəli gələn tələblərin icrası olaraq, iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”. F.Əlizadə bununla əlaqədar DƏMX və Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən müəssisə, idarə və təşkilatlarda çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kurslarının təşkil ediləcəyini bildirib: “Bu kurslar Əmək və Sosial Problemlər üzrə ETTM-də təşkil olunacaq və məşğələlər zamanı həmin mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Onlar müvafiq əyani və metodiki vəsaitlərlə də təmin olunacaq, təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlara müvafiq sertifikat veriləcək”. Xidmət rəisi əməyin mühafizəsi üzrə mütəxəssislərin ixtisasının artırılması ilə bağlı əmək qanunvericiliyində müvafiq tələbin əksini tapdığını da diqqətə çatdırıb: “Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun şəkildə inzibati cərimələr tətbiq ediləcəkdir”. F.Əlizadə əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyd olunan kurslara maraqla qatılacaqlarına və öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün yaradılmış bu şəraitdən maksimum istifadə edəcəklərinə əminliyini ifadə edib.
Əmək və Sosial Problemlər üzrə ETTM-nin direktoru Vüqar Həsənov sözügedən ixtisasartırma kurslarının əhəmiyyətindən söz açaraq bildirib ki, ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssislərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır. Kurslar mütəxəssislərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına, beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazımi şəkildə tətbiqinə xidmət edəcək: “Artıq təcrübədə təsdiqini tapan bir həqiqətdir ki, əməyin mühafizəsi sisteminin yüksək səviyyədə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsinin artırılması üçün də xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR