Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
Bakı Şəhər Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2018-2019-cu dərs ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Sentyabrın 15-dək davam edən qeydiyyat prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər. Həmçinin, Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub.
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.
2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=4&v=Q-PmAVVY2Zc) hazırlanaraq Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin internet resurslarında yerləşdirilib.
Vətəndaşları maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook" səhifəsində 22 fevral-2 mart 2018-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.
Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.
2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə isə 50 000-dən artıq uşağın qəbulu nəzərdə tutulur.
XƏBƏR LENTİ
Əvvəl 5, sonra 2 rayon qaytarıla bilər
Bu müalicə beyni dağıdır
Cennifer Lopesin 48 yaşı var, amma... - FOTO
Fındıqlı piroq (foto resept)
Şişləmə tort (foto resept)
Hava haqqında
Marsda həyat izləri 40 il əvvəl tapılıb
Spiral
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Günün ulduz falı
Gəncədə həndbol üzrə açıq birinciliyə yekun vuruldu
Huawei - 20 milyon smartfona doğru
Azərbaycanda gənclər günüdür
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Xan Lənkəran
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Dəbli yay donları
Qaçqınlar təhlükə altında qalıb
Şəkil çəkmək asan iş deyil
İrəvanda böyük Qarabağ qorxusu
Məleykə Abbaszadə Beynəlxalq Mütəxəssislər Qrupunda təmsil olunacaq
Engin Altandan gözlənilməz qərar
Metro bağlanır - RƏSMİ
Sevginin əlamətləri
Sumqayıt və Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Cəbhədə gərgin gecə
Dilan Çiçək Kann festivalında göz oxşadı-FOTO
Metroda pulsuz Wi-Fi işə düşdü
“Qalatasaray” da PSJ-nin halına düşdü
Əxlaqi degenerasiya
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Yumşaq divan dəstləri
Kökəlməyə səbəb olan pəhriz xətaları
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində məktəblərə 15 minə yaxın çanta və dərs ləvazimatı paylayıb
Mişel Obama kələm turşusu hazırlamağın sirrini bölüşüb
Şəhərlə birgə oyanır Bakı bulvarı...
Çiyələyin içərisində iynə aşkarlanıb-FOTO
Ay Yerə YAXINLAŞIR
"Zəhərli ata" xarakterinin xüsusiyyətləri
4 yaşlı oğul atanı peşman etdi
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO