Valideyn-övlad münasibətlərinin qurulmaması gələcəyə də öz dağıdıcı təsirini göstərir. Zaman keçdikcə arzuolunmaz mühitə düşən övlad ilk olaraq ona yardım əli uzadacaq şəxsə, valideyninə müraciət edə bilmir. Qorxu, çəkingənlik hissi onu valideynindən uzaqlaşdırır. Nəticədə problemlər və bundan yoğrulan faciələr ortaya çıxır. Övlad insan alverinin, ya narkobiznesin, ya da ki bir başqa yolun qurbanı olur. Bu gün baş verən son neqativ hadisələrində də maraqlı bir tendensiya diqqətdən qaçmır. Yeniyetmələrin böyük qismi öz fikirlərini, ürək sözlərini, etirazlarını belə, Facebook-da paylaşır. Bir qismi üstü örtülü, bir qismi isə üstü açıq formada valideynini günahlandırır. Əlbəttə, bütün bunlar Azərbaycan cəmiyyətində valideyn-övlad münasibətlərindəki problemlərin olmasından xəbər verir.
Psixoloq Nail Cəlil də bu problemlərdən Milli.Az-a danışır. Onun sözlərinə görə valideynlər övladları ilə münasibətlərdə özlərini üstün hesab edir, bir çox hallarda müəyyən yaş dövrlərində övladlarına, onların davranışına elə də ciddi önəm vermir: “Hər hansı bir nöqsana yol verdiyi üçün çox zaman övlad valideyni tərəfindən danlanır, təhqir olunur”.
Ekspert qeyd edir ki, bu münasibətlərin necə qurulmasında valideynlərin təhsil, bilik səviyyəsinin də rolu var: “Valideyn-övlad münasibətlərində ailənin təhsil, bilik, mədəni səviyyəsinin nə dərəcədə olmasının rolu önəmlidi. Əxlaqi, tərbiyəvi, mənəvi amillər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Valideyn-övlad münasibətlərində iki məqamı nəzərə almaq lazımdır. İlk növbədə, valideyn genetik faktorlarla bağlı olan psixoloji və mühit tərəfindən formalaşan sosioloji amilləri nəzərə almalıdı. Bu iki amil istənilən halda bir-birini tamamlayır”.
N.Cəlil valideynin həyatdakı mövqeyinin övladı üçün önəm daşıdığını vurğulayır: “Valideynlər həyatda hansı rolu tutursa, övladlar da ona bənzəməyə çalışırlar. Bəzən də olur ki, mühit övladı tamamilə başqa cür tərbiyə edir. Olur ki, valideyn cinayətkar olur, övlad isə ona baxaraq özünə ibrət götürür. Və yaxud da əksinə”.
Bu gün cinayətkar uşaqların az olmamasını da diqqətdən qaçırmayan ekspert bu yolun yolçusu olmamaq üçün valideynləri məsuliyyətli olmağa səsləyib: “Bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Normal tərbiyə, istiqamətləndirmə, mənəvi əxlaqi dəyərlərin aşılanması şəraitində uşağın pis yola düşməsi, cinayətkar olması ehtimalı azalır. Bu baxımdan qeyd edə bilərəm ki, valideynin normal davranışı, övladına diqqəti çox vacibdi”. Uşaqlarda 3 yaşınadək formalaşan sosial-genetik strukturun fərdin gələcəyi üçün vacib olduğunu deyən psixoloq onlara şəxsiyyət kimi yanaşılmasının vacibliyindən söz açır: “Uşağın şəxsiyyətinin formalaşdığı zaman kəsiyi onun üçün çox həssas dövr hesab edilir. Elmdə sübut olunub ki, istənilən uşağın şəxsiyyəti 3 yaşınadək müəyyənləşir. Bu zaman onun 3-5 minlik söz ehtiyatı formalaşır, fikirlərini özünə lazım olan tərzdə ifadə edir. 3 yaşınadək formalaşan sosial-genetik struktur fərdin gələcəyi üçün əsasdı. Bu mənəvi-psixoloji və fiziki inkişafı təmin edir. Belə deyim var ki, 7 yaşadək uşağın qulu, 15 yaşadək onun dostu olursan. 15-i adladıqdan sonra isə siz övladınızla məsləhətləşib, onunla fikir mübafiləsi aparmalısınız. Hər bir insana, o cümlədən də uşağa şəxsiyyət kimi yanaşılmalı, onların fikirləri öyrənilməlidi”.
Uşaqların şəxsiyyət məsələsinə toxunan N.Cəlil qeyd edir ki, ölkəmizdə nəinki uşaqlara, heç böyüklərə də şəxsiyyət kimi yanaşılmır: “Adi bir müəllim şagird haqda danışdıqda deyir ki, o, hələ məktəblidi, öz fikrini deyə bilməz, oxumalı, təhsil almalıdı. Öncəki illərlə müqayisədə təhsil sistemində şagirdlərin fikirlərinin özünəməxsus tərzdə ifadə edə bilməsi üçün şərait yaradılıb. Amma bu model də hələlik yetkin formada deyil. Ali məktəblərdə də bir çox hallarda tələbələrin yaradıcılıq keyfiyyətləri, innovativliyinin qarşısı alınır. Şəxsiyyətin dinamikliyi, hərəkətliliyi həm də cəmiyyətin inkişafı deməkdi. Gənclər yeni qüvvədir, onların ideal bir şəxsiyyət kimi yetişməsi üçün ailə və cəmiyyətdəki münasibətlər normal qurulmalıdı”.
Azərbaycan reallığında valideyn-övlad münasibətlərinin ya tam açıq, ya da ki qapalı olmasını söyləyən ekspert valideynləri övladları ilə kifayət qədər ünsiyyətdə olmağa səsləyir: “Valideyn-övlad münasibətləri ya həddindən artıq açıq olur, ya da ki qapalı olur. Belə hallarda uşaqlar böyüklərdən qorxub çəkinirlər. Problemlər, böyük fəsadların yaranmaması üçün valideyn kifayət qədər övladı ilə münasibətdə yaxın olmalıdı. Belə olarsa, övlad valideyni ilə daha açıq olar, sirlərini bölüşüb onlardan məsləhət alar”.
Ailələrdə əsas tərbiyə metodunun döymə, söymə cəzalandırmadan ibarət olduğunu deyən N.Cəlil valideynləri tərəfindən uşağına məsuliyyət hissinin aşılanmasından danışır. Ailə üzvlərinin öz məsuliyyətlərini lazımınca dərk etmədiyini söyləyən psixoloq düzgün maariflənmə, cəmiyyətdə normal münasibətlərin tənzimlənməsi üçün medianın da öz funksiyasını yerinə yetirə bilmədiyindən gileylənir: “Ailələrdə əsas tərbiyə metodu hədələmə, vurma, döymə, cəzalandırmadı. Uşağın böyükdən çəkinməsi üçün bəlkə də fiziki tərbiyə lazımdı... Uşağa öz məsuliyyətini hiss elətdirmək lazımdır ki, getdikcə o, bunu daha yaxşı dərk etsin. Bu baxımdan nəinki valideynlərin, o cümlədən cəmiyyətin, medianın da üzərinə məsuliyyət yükü düşür. Media tərəfsizliyi, qərəzsizliyi qorumaqla yanaşı, həm də maarifləndirməni düzgün yerinə yetirməlidi. Təəssüflər olsun ki, bu gün media maarifləndirmə funksiyasını, demək olar ki, unudub. Müəyyən xoşagələn məqamlar olsa da, vəziyyət ürəkaçan deyil. Bu gün bəzi Azərbaycan ailələrində valideyn-övlad münasibətlərində problemlər, ailədə etibarın itməsi, zorakılıq kimi hallar müşahidə edilir. Bu, həm də ailə üzvlərinin öz məsuliyyətlərini dərk etməməsindən irəli gəlir. Bütün bu çatışmazlıqlar münasibətləri sarsıdır. Mənfi halların qarşısının alınması üçün qabaqlayıcı və profilaktik tədbirlər görülməlidi. İnsanlar da bu kimi hallara mənəvi-psixoloji baxımdan hazır olmalıdırlar. Media da, öz növbəsində, bu və digər mövzularda insanları düzgün istiqamətləndirməyi bacarmalıdır”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Şahzadə Harrinin sevgilisi 4 il əvvəl - FOTO
Kann Film Festivalı - Top 10 geyim (I hissə)
Xəstəliyə qarşı mürəbbələr (2)
Havanın istiləşməsi koronavirusa necə təsir edəcək? - PROQNOZ
Ən uzaq kosmik cism tədqiq ediləcək
"Kurtlar Vadisi" ekranlara qayıdır
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
Saç tökülməsinin qarşısını almaq üçün 3 üsul
Yohansonunun 50 minlik robotu hazırlandı-FOTO
Nəqliyyatçıların maaşı artıb
Hava haqqında - 20.09.2013
Südlü sousda toyuq (foto resept)
Toyuqlu sezar salatı (foto-resept)
Krım Ukraynadan ayrılır
Miray Daner eşq iddialarına açıqlama verdi
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Doğru büsthalter seçimi
Azərbaycanın tanınmış yazıçısı vəfat edib
Ən ekzotik sualtı aləmlər
Qarakənd faciəsindən 24 il ötdü
Bu gün Səfər ayının sonuncu günüdür
Sadə kələm salatı (foto resept)
Türkiyədə qədim yeraltı şəhər tapıldı
Bakıya yenə yağış yağacaq
Yerin yaxınlığından asteroid keçdi
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Təhsil nazirindən yeni əmr
Ən sevdiyim paltarlar və ya paltar növləri
Pendirli pide poğaça (video-resept)
Canlı soxulcanlar uddu–Xərçəng xəstəsindən ŞOK addım
Üz şəklinizə görə ləl-cəvahirat seçimi!
Ramazan ayının 30-cu gününün duası
Azərbaycanda sərin hava nə vaxta kimi davam edəcək?
Bakıda daha bir tunel sürücülərin istifadəsinə verilir
Qadın və beyin
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Dünya okeanının temperaturu rekord həddə çatdı
"Yazıq" portret
Conni Deppin yeni sevgilisi odur-FOTO
Arıqlamağa kömək edəcək 13 məhsul
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
Min cavan dəyən ən dəbli yaşlı qadın.
Kiyev milisi odlu silaha əl atacaq
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır
Bu gün imtahandır
Limonlu yay tortu (video-resept)
- ŞƏRHLƏR