Türkiyə və Azərbaycan siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çeviriblər. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül xanımı Hayrünnisə Gül ilə birgə Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyevanın şərəfinə verdiyi rəsmi naharda çıxışı zamanı deyib: "Zati-alilərini, möhtərəm Mehriban xanımı və nümayəndə heyətinizin mötəbər üzvlərini bir daha Türkiyədə qonaq qəbul etməkdən böyük məmnunluq duyuruq. 2007-ci ildə Prezident seçildikdən sonra mən də o zaman ilk səfərimi Azərbaycana etmişdim və böyük bir qonaqpərvərliyi o gündən bu günə hər gedişimizdə görürük. Siz də eynilə bundan tam beş il əvvəl olduğu kimi, Prezident seçkilərindən sonra ilk rəsmi səfərinizi Türkiyəyə həyata keçirirsiniz. Türkiyəni seçməyiniz heç şübhəsiz təsadüfi deyildir, nəzakətdən daha dərin bir mənaya sahibdir. Bu seçimi əbədi və əzəli qardaşlığımızın nişanəsi, strateji ortaqlığımızın parlaq təzahürü kimi dəyərləndiririk. Bu gözəl vəsilə ilə ölkəmizə gələn sizi - dəyərli qardaşlarımızı ən səmimi hisslərimlə salamlayıram". Dövlət başçısı qeyd edib ki, Azərbaycan hamımızın vətənidir, tarix boyunca millətimizin könlündə çox müstəsna bir yerə sahib olmuşdur. Qəlblərimiz azərbaycanlı qardaşlarımızla hər zaman birlikdə döyünür. Sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir, eyni mahnılarla təsirlənir, eyni şairlərin şerləri ilə həyəcanlanırıq: "Füzulini oxuyarkən siz necə dərin bir məna verirsinizsə, biz də eyni şəkildə anlayırıq. Könüldə, fikirdə və işdəki bu ortaqlığımızın naxış-naxış toxunduğu can Azərbaycanın gözəl havasını və ətrini ikinci vətəniniz Türkiyəyə gətirən sizə - dəyərli qonaqlarımıza ən səmimi duyğularımla bir daha "Xoş gəlmisiniz!" deyirəm. Bundan tam 20 il əvvəl Azərbaycana səfər edən rəhmətlik Prezident Özal Bakı Universitetində etdiyi çıxışda "acı və həsrət dolu illəri geridə qoyduq, bu yeni dövr birlik və bərabərlik içində irəliyə doğru böyük addımlar atmaq üçün tarixi bir fürsət təşkil etməkdədir" demişdi. Geriyə dönüb baxarkən məmnuniyyətlə görürük ki, Türkiyə və Azərbaycan bu tarixi fürsəti çox yaxşı dəyərləndirmişlər. Bunda heç şübhəsiz, Zati-alinizin son on ildə göstərdiyi güclü liderliyin də çox böyük təsiri vardır". O bildirib ki, qardaş ölkələrimiz qısa müddətdə böyük inkişaf əldə etmişdir. Siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çevirmişlər. Ölkələrimiz ümummilli lider, mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə güclərini xalqlarımızın və bölgəmizin xeyrinə olacaq şəkildə birləşdirmişlər. Həyata keçirildiyi dövrdə əsrin layihələri adlandırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu düşüncə və dinamizmin məhsuludur. Bu kəmərlər əmin-amanlıq anlamına gələn Xəzərdən dünyaya, sadəcə neft və qaz deyil, sülh, rifah və sabitlik də daşımaqdadırlar: "Bu müştərək baxışımızın miqyasını daha da genişləndirməkdə qərarlıyıq. Müasir İpək Yolu adlandırılan, orta xəttin ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşallah, gələn il tamamlanacaqdır. Xəttin bir başqa önəmli hissəsi olan "Marmaray" dəmir yolunun açılışını isə oktyabrın 29-da reallaşdırdıq. Çox yaxın vaxtlarda bu layihəyə əsasən London ilə Pekin Xəzər üzərindən dəmir yolları ilə bir-birinə bağlanacaqdır. Eyni şəkildə "Cənub" qaz dəhlizinin çox önəmli bir hissəsi olan TransAnadolu boru kəməri layihəsini sürətlə həyata keçirməliyik. Heç şübhəsiz, bunlar Xəzərin dünya ilə birliyini möhkəmləndirəcək, XXI yüzilliyə möhürünü vurmağa layiq layihələrdir. Bundan sonra qarşımızda duran başlıca məqsəd kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji müttəfiqliyi Zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəliyə aparmaqdır". A.Gül deyib ki, Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan Türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir: "Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan Zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir. Çox xoşdur ki, Qafqaz İslam ordusunun erməni və bolşevik işğalı altındakı Bakını xilas etməsinin 95-ci və Azərbaycanın müstəqilliyə yenidən qovuşmasının 22-ci ildönümündə dostluq, qardaşlıq və işbirliyimizin qızıl illərini yaşayırıq. Böyük şair Bəxtiyar Vahabzadə illər öncə yazdığı bu mənalı misralarda sanki əlaqələrimizin bu gününü və sabahını ifadə edir:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu
Azərbaycan, Türkiyə...
Bu münasibətlə Zati-alinizi, hörmətli xanımınızı və nümayəndə heyətinizin dəyərli üzvlərini Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu bir daha ifadə edir, Türkiyə-Azərbaycan əlaqələrinin parlaq gələcəyinə olan sarsılmaz inamımla bütün azərbaycanlı qardaşlarımıza ən səmimi salamlarımı, sevgilərimi və ən xoş arzularımı çatdırıram. Qayıdandan sonra bütün Türk xalqının salamlarını və sevgilərini bütün azərbaycanlı qardaşlarımıza çatdırmağı Sizdən xahiş edirik".
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
AzTV ittihamlara cavab verdi: Aksiya zamanı kabellərimizi kəsdilər... - VİDEO
Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği müəyyən edildi
Hunzalılar -ən sağlam xalq
Aeroport “kartondan hotel”ə çevrildi - FOTO
Milli geyimlərimizin tarixi
Fahriye Evcen çimərlikdə bu vəziyyətdə görüntüləndi – FOTO
Bulka pizza (foto resept)
Futbol meydançası ölçüsündə asteroid Yerə yaxınlaşır
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Günün ulduz falı
Mənə elə işçi tapın ki...
Lincoln yeni modeli göstərdi - FOTO
“3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın!"
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Həftə sonunun HAVAsı
Azərbaycana qış gəldi
Viktoriya dövrünün uzun saçlı qadınları
Çoxarvadlılıq azərbaycanlılara ziddirsə, donuz əti və spirtli içki nədir?..
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Bakıda pozulmuş xətlər insan həyatını silə bilər
Nəqliyyatda maska taxmamağa görə cərimə tətbiq olunacaq? - AÇIQLAMA
Meyvələri necə qurutmalı
Sağ və sol tərəf
Mərkəzi Bankdan mühüm qərar
3-5 yaşlı uşaqlarınızı əyləndirin
"Ətəyi uzun gəlin"
Vaxt keçdikcə bahalaşan maşınlar
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
Bu ölkəyə kasıblar gedə bilməz - FOTO
Azərbaycanda kütləvi surətdə “DVB-T2” standartında yayıma keçid başlayıb
Çou Yun-Fat 722 milyon dollar bağışladı
Ermənistanda aclıq gözlənilir
Boyat çörəklə qəlyanaltı (foto resept)
Gökhan "O səs Türkiyə"ni tərk etdi
Rəqəmləri birləşdir-8
Sıxıntıdan xilas olmağın 6 yolu
Nurit Hen Royal 2016 gəlinlik modelləri
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - ÖZƏL
Kişilərin qadınlarda sevdiyi saç formaları
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Təəccüb yaradan ixtiralar
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Yasin surəsi
Günün qoroskopu: çoxlu mübahisələr və isti diskussiyalar olacaq
Cud Lou “Yoluxma” filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz aldıqlarını dedi
Devalvasiya Qafqazın ən böyük bazarını məhv etdi
Qızıl niyə bahalaşır?
Türklər Amerikanı silkələyirlər
Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB
Qum festivalı
- ŞƏRHLƏR