
Azərbaycanda Məhərrəm ayı başladı. Milli.Az Trend-ə istinadən bildirir ki, yeni 1435-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə təsadüf edir. Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir.Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayının başlanması ilə bağlı fitvasında deyilir: "Bu ayın, Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseynin (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir".Aşura günü noyabrın 14-nə təsadüf edir. Fitvada vurğulanıb ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir:"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır. Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi yolunda şəhid olmuş, xüsusən Qarabağ torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini yad edərək əziz tutan xalqımız torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etmək yolunda daha artıq səy nümayiş etdirəcək".Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Aşura günü hər kəs qanun çərçivəsində hərəkət etməlidir: "Azərbaycanın da özünün qanunları var. Aşura günü küçələrdə qanunsuz olaraq hərəkət etmək, yürüşlər etmək olmaz. Bu kimi məsələlərdə ehtiyatlı olmalıyıq və biz şəhadəti məscidlərin daxilində, həyətində olan imkandan istifadə edərək keçirməliyik. Bizə küçə yürüşlərinə qəti icazə verilmir və biz də onu istəmirik. Bu gün bizim iki minə yaxın məscidimiz var və bu, yetərlidir. Hələ məscidlərin yarısını doldurmamış, bir də görürsən ki, bir dəstə yığışıb küçələrə çıxır. Bu, düzgün deyil".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlham Əliyev: "Səninki səndə, mənimki məndə"
Belə də qadağalar olar?
Xəzər dənizində zəlzələ oldu
Saxta texniki alət hətta partlaya bilər
Hər kəs bu hadisədən danışır-FOTO
Qənirə Paşayeva Dondar Quşçuda erməni mərmisi düşən evdə - VİDEO
Ticarət mərkəzinə hücum: 15 ölü
Saxta gün eynəklərini necə ayırd etməli?
Boyunuzu uzatmaq istəyirsiniz?(2)
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qocalmaqdan qorxursuz? Ölümü gözləmək gərək deyil.
HAVA necə olacaq?- 8 MART
24 ildir yalnız sosiska və kartof qızartması yeyir - FOTO
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı son məlumatlar açıqlanır - CANLI YAYIM
“General Polad Həşimov xatirələrdə” kitabı nəşr olundu!
Bu domen 3,6 milyon dollara satıldı
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Zorakılıq, qızlara yoxsa cəmiyyətə?
Coan Roulinqdən xeyirxah addım
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
"Kara Sevda" məhkəməyə verildi - FOTO
Əməliyyatsız 60 kiloqram arıqlayan aktrisanın indiki halı - FOTO
İş görüşməsinə gedərkən nə yeməli?
Məsum və məhkum
Sevgilisi İrem Derici haqqında bunları dedi-FOTO
Prezident:"O müəssisələr tərəddüdsüz bağlanacaq"
Bananlı parfe (foto resept)
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Noyabr üçün hava proqnozu
Məşhur aktyor canlı yayımda evlənmə təklif etdi-FOTO
Akalın libasını fanatına hədiyyə etdi
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Bu şəxslərə ölkədən çıxış YASAQ EDİLDİ
Dilqəmdən daha bir mərdlik
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Dörd uşaqlı ailə batan katerdən möcüzəvi şəkildə xilas oldu - VİDEO
Virtual aləmin reallıqları
"Time" jurnalına görə 2019-cu ilin ən yaxşı 10 filmi
Məktəblilərin yaz tətili günləri açıqlandı
Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Salma Hayek ailəsindən danışdı-FOTO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
İllərin məşhurlara təsiri
Gil maskasının saça faydası















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]