
Amerikalı idmançı Ceyms Klir səhəri faydalı və xoş etməyin yollarını bilir. O, səkkiz məsləhətlə buna nail olmağın mümkün olduğunu deyir, əsas odur ki, vərdiş halını alsın.
Milli.Az delo.ua-ya istinadən bildirir ki, ÜST-ün məlumatına görə, yaşlı adam ömrü ərzində 25 min dəfə səhəri qarşılayır. Yaxşı iddiadır, kaş hamı 68 yaş və ondan da çox yaşaya ki, bu qədər səhər görə. Bu səhərləri xeyirli etmək isə öz əlimizdədir - bunu da Ceyms Klir deyir.
1. Vaxtı deyil, öz enerjinizi idarə edin.
Əlbət, özünüz hansı işi günün hansı vaxtında daha yaxşı gördüyünüzü bilirsiniz. Məsələn, əgər yaradıcı enerjiniz səhər açılan kimi oyanırsa, o zaman bu vaxt rutin işlərlə məşğul olmayın, sadəcə yaratmaq istədiyinizi yaradın. Telefon zənglərini, məktubları-filan - hamısını günün ikinci yarısına keçirin.
2. Səhərə axşamdan hazırlaşın.
Elə də asan olmasa da, sabahı gününüzün planlaşdırılmasına axşamdan 10-12 dəqiqə sərf etməyinizdə fayda var. Axşam səhərinizin necə olacağını təsəvvür etməyə çalışın. O zaman səhər işə başlamaq daha asan olacaq.
3. Günortayadək məktub oxumayın.
E-mail qutusunu açmaq arzusunu dəf etmək çox çətindir - çoxları bunu oyanan kimi, gözlərini ovuşdura-ovuşdura, əl-üzlərini yumadan edirlər. Axı gözləyə də bilər! Enerjinizi poçtun təmizlənməsinə niyə sərf edirsiniz? Səhəri "təcili" bir işi görməyə deyil, vacib bir işi görməyə həsr edin.
4. Telefonu söndürün, yaxud başqa otaqda qoyun.
Səhərlər telefonu, ümumiyyətlə qacetləri gözünüzdən qıraqda qoymağa çalışın. Belədə sms, Facebook, Twitter, digər sosial şəbəkələrə hücum çəkib qiymətli vaxtınızı hədər etməzsiniz.
5. Sərin yerdə işləyin.
Çox isti otaqda özünüzü necə əzgin hiss etdiyinizin fərqinə varmısınız heç? Otağın sərin olmasına çalışın, bu, diqqətinizi daha yaxşı cəmləşdirməyə kömək edəcək.
6. Düz oturub, düz dayanın.
Yaxşı işləmək üçün beynin oksigenə ehtiyacı var. Ağciyərlər rahatca genişlənib-yığılmalıdır ki, orqanizmi oksigenlə təmin edə bilsin. Bu, çox bəsit səslənir. Amma iş burasındadır ki, adamların çoxu kompüter arxasında belini əyir, donqarlanıb oturur. Deməli, bu zaman sinələri yığılır, diafraqma ağciyərlərin aşağısını sıxır, dərin və asan nəfəs almaq mümkün olmur. Düz oturun, yaxud ayağa qalxıb qamətinizi düzəldin, o zaman hiss edəcəksiniz ki, daha yaxşı nəfəs alırsınız. Nəticədə beyninizə hava daha yaxşı çatacaq və diqqətinizi daha yaxşı cəmləşdirə biləcəksiniz.
7. Yemək mükafatınız olsun.
Hərdənbir səhər aclığı etmək olar. Yəni səhər öncə bəzi işləri görün, ondan sonra isə mükafat olaraq, günortaüstü qəlyanaltı edin.
8. Səhər "ayini" - hazırlıq.
Günə başlamadan öncə ona hazırlaşmaq lazımdır: 10 dəqiqə meditasiya etmək, soyuq duş almaq, gimnastika etmək. Belə bir "ayin" beyninizə siqnal göndərir ki, artıq gün başlayıb, işə başlamaq vaxtıdır.
Həmçinin unutmayın: hər səhər etdiyiniz işlər bütün gününüzə, eləcə də bütövlükdə həyatınıza necə yanaşdığınızın göstəricisidir.
Sağlam olun!
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hər mövsümə uyğun yataq dəstləri
Qida və iş
Hər kəs bu qadından danışır-FOTO
Kanadada nadir almaz tapıldı - FOTO
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Gənc ailədə uşaq
94 kq arıqlayıb MODEL oldu-FOTO
Məşhur rejissor vəfat etdi
Məşhur simaların nikah müqavilələrində AДћLAGƏLMƏZ BƏNDLƏR
Almaniyada İslam əleyhinə görünməmiş nümayişlər
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Bu gündən karantin rejimi sərtləşdirilir
Günün qoroskopu:Aktiv olun!
İran Azərbaycana qapılarını açdı
Heydər Əliyevin vəfatından 11 il ötür
Ziyafət geyimləri
Modadan küsdürən nümunələr
Bakıda yeni kanal tikilir - yarışlara görə
"Sirli" kələm (foto resept)
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Rusiya mətbuatı azərbaycanlı səyahətçiyə heyran olub
Siqaret yaddaş itkisinə səbəb olur
Araşdırmalara görə ideal kişi
Moskvaya növbəti zərbə
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
"Büdcəyə dəyişiklik olunacaq"
Bakını işğal edən kompüter oyunu...
Lotereyada 13,2 milyon dollar uddu
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Hava haqqında
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
İdmanla stresdən uzaq olun
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”
Neyrofiziologiyada inqilab kimi kəşf
Ən sürətli internet haradadır?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Güldürən heyvanlar
Nuhdan DƏHŞƏTli proqnoz-FOTO
Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?
Meksikada 5,4 bal gücündə zəlzələ olub
50 yaşlı nənə dördəm doğdu - FOTO
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Qadın və kişilər üçün gözəl kimdir?















- ŞƏRHLƏR