Psixoloq: "Günün planlaşdırılması fərdlərin həyat tərzindən, məşğuliyyətlərindən, zövqlərindən asılı olaraq fərqlənir".
Saatın əqrəbləri eyni işləsə də, hər adam üçün zaman duyumu fərqlidir. Bəziləri bir işi yarım saata, bəziləri isə bir neçə günə bitirə bilmir.
Özəl ali məktəblərin birində tələbə olan Solmaz Yusifovanın sözlərinə görə, gün iki sutkaya bərabər olsaydı, işlərinin öhdəsindən gələ bilərdi. "Gün çox tez keçir. Otağımı belə səliqəyə salmağa çatdırmıram. Görüş yerinə də həmişə gecikirəm. Tanışlarım mənə məsləhət görür ki, saatı qabağa çəkim. Beləcə, bəlkə də heç olmasa, vaxtında dostlarımla görüşə və ya dərsə gedərəm", - deyən həmsöhbətim dərsə gedəndə də vaxt azlığından doyunca yata bilmədiyini bildirir: "Dərsdən gələndə nahar edir, sonra yatıram. Axşam isə səliqə işlərini görürəm. Dərsimə də bir az vaxt ayırıram ki, artıq gecə saat üç olur. Səhər də tez oyanmalıyam. Nəticədə yuxusuz qalıram".
Kiçik sahibkarlıqla məşğul olan Sərdar Quliyev isə bildirib ki, gündəlik işləri və məşğuliyyətləri üçün plan ayırır: "Hər gün sabah üçün plan hazırlayıram. Bunun üçün qeyd dəftəri tutmuşam. Planın tərtibi üçün başlıq kimi təqvimi qeyd edirəm. Sonra isə görəcəyim işləri nömrələyərək göy qələmlə yazıram. Hər işi yerinə yetirdikcə qarşısına qırmızı qələmlə üstəgəl qoyuram. Bu, mənə məktəb illərində müəllimlərin qoyduğu əla qiymətini xatırladır və məni planda nəzərdə tutulan növbəti işləri görməyə həvəsləndirir. Bəzi nəzərdə tutulan işlərin hansı saatda və hansı müddətdə icra olunacağını da qeyd edirəm".
S.Quliyevin dediyinə görə, gündəlik planda zəng edəcəyi və ya görüşəcəyi adamların telefon nömrələrini də tapıb yazmağı unutmur: "Ola bilər ki, katibə hansısa telefon nömrəsini itirsin və ya unutsun. Gözlənilməz hansısa hadisə üzündən işə gəlməyə də bilər. Planların tərtib olunduğu qeyd dəftərim isə mənə özümü itirməməyə və vacib işləri unutmamağa yardımçı olur".
Gündəlik və aylıq planlar da tutduğunu deyən müsahibim bunun, əsasən, iş adamları üçün münasib olduğunu bildirib: "Bəzən elə olur ki, işlər plan üzrə getməyə bilər. Bunun üçün əvvəlcədən ehtiyat planı da hazırlayıram".
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, günün planlaşdırılması, rejimli həyat, vaxtında yeməyini yemək, idman etmək və s. həm orqanizm üçün xeyirlidir, həm də işlərin öhdəsindən gəlməyə kömək edər: "Bəziləri hətta işə gecikməsinlər deyə, xüsusilə də xanımlar, axşamdan sabah nə geyinəcəkləri, hansı çantanı götürəcəklərini, saç düzümlərini planlaşdırırlar. Bu, onlara gecikməməyə və səhər tezdən geyimləri ilə otaqda səliqəsizlik yaratmamağa kömək edir".
A.Qurbanova günün planlaşdırılmasının fərdlərin həyat tərzindən, məşğuliyyətlərindən, zövqlərindən asılı olaraq fərqləndiyini bildirib: "Günün planlaşdırılmasında hamıya şamil oluna biləcək qayda yoxdur. Amma planı səhər, günorta, axşam, gecə vaxtlarına bölmək olar. Misal üçün, səhər vaxtı üçün ayrılmış planda saat səkkizdə yuxudan oyanmaq, 10 dəqiqəlik idman, duş qəbulu, səhər yeməyi, daha sonrakı öhdəlikləri, işə gedirsə işdə ilk görməli olduğu tapşırıqları, tələbədirsə təkrarlamalı olduğu dərsi, istirahətə çıxan adamdırsa istirahət gününün əyləncəli və səmərəli keçirilməsi üçün nəzərdə tutduğu məşğuliyyətlər yer almalıdır".
Psixoloq deyir ki, xüsusilə də işgüzar adamlar nahar etməyi ya unudur, ya da bunun üçün vaxt tapa bilmirlər. "Bunun üçün hər gün eyni vaxtda nahar etmək lazımdır. Bu, tədricən vərdiş halını alacaq. Ümumiyyətlə, eyni vaxtlarda qida qəbulu orqanizm üçün də xeyirlidir. Ayaqüstü, necə gəldi, tələsik qida qəbulu isə həzm prosesini də çətinləşdirir. Axşama doğru gəzinti də planlaşdırmaq olar. Belə ki, təmiz hava insan üçün əvəzsizdir. Təbiət qoynunda gəzinti zamanı rastlaşdığınız adamlarla və ya hansısa tanışınızla xoş ünsiyyət isə sizi gündəlik streslərdən qurtarar", - deyən Qurbanova nəzərə çatdırıb ki, planda yalnız görüləcək işlər yer almamalıdır: "İnsan mütləq dincəlməli, həyatdan zövq alacağı anları da olmalıdır".
"Planlar pozula da bilir", - deyən müsahibimiz buna görə çox narahat olmamağa çağırır: "Ola bilsin ki, özünüzü yaxşı hiss etməyəsiniz və ya başqa səbəbdən planlarınız alt-üst olsun. Bu səbəbdən də önəmli işləriniz üçün ehtiyat planı da tərtib edin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Uşaqlar üçün corablar
Ölkədə ilk: Ordu qadına tapşırıldı
Böyük sənətkarın ölüm səbəbi 168 il sonra bilindi
Məşhurlardan dəriyə qulluq maskaları
Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında
Asan boxaça (foto resept)
Xiyar pəhrizi
Ağlasığmaz, amma həqiqət olan görüntülər
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Panço tortu (foto resept)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Dima Bilan psixiatrik klinikaya yerləşdiriləcək
Şam ləkəsinin çıxarılması
Böyük savaş xəbərdarlığı
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Alimlər koronavirusa qarşı peyvənd hazırlayırlar
İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA
Aleyna Tilki reklam qiymətini qaldırdı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Dini liderlər dünyanı sülhə çağırdılar
4 gün iş olmayacaq
Muzeydən 1,5 milyon dollarlıq kitab oğurlandı
Duvaq seçərkən...
Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi
İsveçrədə yeni prezident seçildi
"Son zəng" yalnız 2 saat ərzində keçirilir
Yeni İllə bağlı bir həftəlik qeyri-iş günü?
2013-cü ilin ən uğursuz filmləri
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Sellüliti kremsiz də “görünməz” etmək olar
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
"Telegram"ın işində qüsurlar yarandı
Sellülitə qarşı ən yaxşı 5 krem
Daşaltı əməliyyatından 23 il ötür
Arıqlamaq üçün ideal bitki-Razyana
Ərdoğanın oğlu həbs edilə bilər
Günün qoroskopu:ailə üzvləri ilə ünsiyyətdə səbrli olun
Putin: “Birgə monitorinq mərkəzinin harada yerləşəcəyinə Azərbaycan özü qərar verəcək”
Yağ ləkəsini necə təmizləməli?
"Çukur" mövsum finalına hazırlaşır
Ağ nöqtələrin yaranma səbəbi və onlardan xilas yolu
Qədəhlər niyə toqquşdurulur?
Paris Moda Həftəsində üst geyimlər
Azərbaycanda dərmanların vahid qiymətlə satışına başlanıldı
Müəllimlərin attestasiyası ləğv olunur
Özcan Dəniz bu serialla geri dönür
Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar
Ömrə yazılmayan bir saat
2017-ci ildə yeni aksesuar trendi: saçaqlı sırğalar
“Evdə qal” çağırışına etiraz etdi koronavirusa yoluxdu-FOTO
- ŞƏRHLƏR