“Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır”.
Qadin.Nert bildirir ki, bunu Report-a açıqlamasında Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov deyib.
Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu.
İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.
Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.
“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - S.Şərifov qeyd edib.
XƏBƏR LENTİ
Demet Akalın 3 milyon qazanacaq-FOTO
Kənan Doğulu BOŞANMA barədə AÇIQLAMA verdi
Albalı-qovurma plov (foto resept)
Günün qoroskopu: münasibətlərin bütün incəliklərini anlamaq çətindir
Günün ulduz falı
Xanımlar üçün üzüklər
Bakı gülə qərq olub (FOTO)
71 yaşlı Ajda Pekkandan əyləncəli səhnə şousu - FOTO
Günün qoroskopu: bu gün xeyli plan qura bilərsiniz
Su içmək üçün 7 səbəb
Bəlkə lazımınız olar
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
Sobada gül kələmi (video-resept)
Şuşanın işğalından bir neçə saat əvvəl...
Sağlam olmağın sirləri
Alimlər qocalığın qarşısını alan üsulu tapdılar - İnanılmaz kəşf
Bu şəxslərin işə çıxmasına yenidən icazə verildi - RƏSMİ
Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu
Sinə xərçəngi haqqında
Cəbhədə erməni təxribatı
Bakıya 12 milyon doza gətirildi
Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub
Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO
Körpəmlə ilk və son görüşüm
"Bəzəkli şam ağacı" tortu (foto resept)
Yaz makiyaj nümunələri
Məhsul alarkən aldanmamaq üçün nə etmək lazımdır?
Yay üçün ayaqqabılar
Hamiləlikdə ayaq qıc olmaları
Dünyanın ən dərin hovuzunu inşa edir-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-17 noyabr
Depressiyadasınızmı?
Azərbaycanda iki telekanal birləşib
Mehriban Əliyeva onu qonaq çağıran ailənin evində - FOTO
Bakıda avtobus sürücüləri niyə yollarını "azırlar"?
Siçovullar ordu sıralarına qəbul edildi - FOTO
Saxta gün eynəklərini necə ayırd etməli?
ÜST rəhbəri gənclərin davranışının koronavirusa yoluxmanı artırdığını açıqladı
Badımcan kotleti (foto-resept)
Rusiya BMP-ləri Azərbaycana göndərir
Boşansalar da bir evdə yaşayırlar
Hiperaktiv insanlar unutqan olurlar
Bergüzar Koreldən 1 milyon sevinci-FOTO
Bakıda "toy karvanları"nın yaratdığı fəsadlar açıqlandı
Azərbaycanda anomal soyuqlar gözlənilir
Adobe Photoshop (dərs 19)
Azərbaycana yeni vəzifə həvalə edildi
Kələm dolması (foto resept)
Dəbli qol saatları
Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - FOTO














