Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Bu barədə AZƏRTAC xəbər verib.
Məktubda deyilir:
“Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”.
Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.
Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
XƏBƏR LENTİ
Aleyna Tilki Bakıda
Google Mail-də yenilik var
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Gicitkənin saçlara faydası
HAVA necə olacaq?
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
“Vəhşi mələk” Rusiya vətəndaşlığı almaq istəyir - FOTO
Dünyanın ən qeyri-adi tikililəri
"Canlı Ken"in 10 il əvvəlki fotoları yayıldı - FOTO
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Payız gəlinlərinin gül buketləri
Xankəndində güclü partlayışlar və pulemyot səsləri
Bakıda yeni ölü dirildənlər
Qabaqlı toyuq kotleti (foto resept)
Nazirlik rəsmisindən karantinin yumşaldılmasının fəsadları ilə bağlı MÜHÜM AÇIQLAMA
WhatsApp-dan Google bombası
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Rus dili - Дд
Hyustonun qızı ölüm ayağında
Hollaniyalı Anna canlı yayımda müsəlman oldu-FOTO
Bakı metrosunda sıxlığın qarşısı belə alınacaq
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
22 ildir, dəyişməyən aparıcı - FOTO
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Corc Sorosdan böhran xəbərdarlığı
Messinin ən böyük arzusu
Avropadan Fələstinə dəstək
BÜRCLƏR bizə nə vəd edir?-18 İyul
Sağlam qocalın(1)
Günün ulduz falı - 21.01.2014
Zinət əşyaları - qadın gözəlliyinin sirridir
Geyim dəstləri
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Prezidentdən MTN-lə bağlı SƏRƏNCAM
Binaların fasadları üçün “ağıllı” günəş stansiyası hazırlandı
Xərçəngdən qoruyan vitaminlər
Azərbaycanda niyə uşaqlar üçün TV kanalları yoxdur?
Bu aydan bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
Xoşbəxt insanların sirri
Vanqa haqqında bilmədikləriniz
Niyə köhnə fotolarda heç kəs gülmür?
21 günə arıqla
BÜRCLƏR bizə nə vəd edir? - 28 fevral
İnsanlar niyə xəyanət edir?
"Time" jurnalına görə 2019-cu ilin ən yaxşı 10 filmi
"Qara qum" piroqu (foto resept)
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Obamanın qızı Harvardda oxumağa başladı














