Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bu təxribatlar, həmçinin kibermühitdə də davam etdirilir. Belə ki, son vaxtlarda ölkəmizin sosial şəbəkə istifadə hesablarına, şəbəkə qurğularına – router və ya modemlərinə kütləvi hücumlar edilir, insanlar arasında dezinformasiya yaymaqla qorxu və ya təşviş yaratmağa cəhdlər edilir.
Bu barədə Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda deyilir ki, bu gün hər kəsin mobil texnologiya və internetə çıxışının olması hamını potensial olaraq informasiya müharibəsinin iştirakçısına və qurbanına çevirə bilir.
“Məhz bu dövrdə hər birimizin kibertəhlükəsizlik məsələsinə xüsusi həssaslıqla yanaşması və kibertəhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları mövcud vəziyyətdə ayıq davranmağa və sadə kibertəhlükəsizlik qaydalarına əməl etməyə çağırır:
Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
Tanımadığınız nömrələrdən gələn mesajlara və zənglərə etimad etməyin və cavab verməyin. Tanıdığınız mənbə olsa belə əvvəlcə mesajın düzgünlüyünü yoxlayın.
Sosial şəbəkə hesablarınızın təhlükəsizliyini qoruyun. İki faktorlu təsdiqləmədən və güclü parollardan istifadə edin. Daha ətraflı: https://cert.az/…/diqqetsosial-media-hesablarinizin-tehluke…
“Wi-Fi” şəbəkənizin təhlükəsizliyini qoruyun və vaxt itirmədən müvafiq sazlamaları aparın. Daha ətraflı: https://cert.az/…/diqqet-wi-fi-sebekenizin-tehlukesizliyini…
Telefonunuzda istifadə edilən tətbiqlərin mənşəyinə və etibarlılığına diqqət yetirin. Bəzi tətbiqlər xəbəriniz olmadan fərdi məlumatlarınızı oğurlaya bilər. İstifadə etmədiyiniz tətbiqləri silin.
Hər yayılan məlumata etimad edib ani hərəkət etməyin. Aldığınız hər bir bildirişə şübhəylə yanaşın və həqiqiliyini rəsmi mənbədən yoxlayın.
Sosial media hesablarınız, cihazlarınız, internetə qoşulan bütün qurğular üçün ən sadə kibertəhlükəsizlik qaydalarına riayət edin. Unutmayın, internetə qoşulan hər bir qurğu özlüyündə kibertəhdid təşkil edir.
Standart istifadəçi adı və parollardan, o cümlədən zəif parollardan istifadə etməyin. Təxirə salmadan, bu cür parolları dəyişin.
Proqram təminatlarını mütəmadi yeniləyin və antivirus proqramlarından istifadə edin.
Mütəmadi olaraq kibertəhlükələr və onlardan qorunma yolları barədə özünüzü və ətrafınızdakıları maarifləndirin.
Qeyd edək ki, hər bir hücumdan ən yaxşı müdafiə yolu məlumatlı olmaq və vaxtında tədbir görməkdir!
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı, “1654” qaynar xətti və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin”, - deyə açıqlamada qeyd olunub.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)