Yay fəsli sona çatır, qarşıdan isə payız və soyuq qış - mövsümi qrip və soyuqdəymə dövrü gəlir. Belə görünür ki, COVID-19 koronavirus pandemiyasının geri çəkilməsini gözləmək mənasızdır. Artıq bir sıra ölkələrdə epidemiyanın ikinci dalğası müşahşidə edilir. Bu, Azərbaycanda da gözlənilirmi?
Qadin.Net bildirir ki, Media.Az ölkənin pandemiya xəstəxanalarından birində uzun müddət işləyən terapevt həkim Mehriban Abdullayeva ilə bu mövzuda danışıb.
“Payız-qış dövrü ölkədə koronavirus infeksiyasının ikinci dalğasına səbəb ola bilər. Məsələ burasındadır ki, bu dövrdə kəskin respirator, bəzən də virus infeksiyaları yayılır. Buna görə vətəndaşlar mövsümi qrip və soyuqdəymə ilə koronavirusun əlamətlərini çaşdırmamaq üçün çox diqqətli olmalıdırlar”, - deyə o, bildirib.
Həkim sadalanan xəstəliklərin bir çox simptomunun oxşar olduğunu qeyd edib:
“Kəskin respirator infeksiyalarının simptomları daha tez aradan qalxır. İnsanda azacıq hərarət, öskürək, burun axması müşahidə edilir, amma bir neçə gündən sonra vəziyyət sabitləşir. Mövsümi qrip yüksək hərarət və əzginliklə müşahidə olunur. Koronavirusda isə hərarət o qədər tez yüksəlmir, ümumi əzginlik və əzələ ağrıları bir həftədən çox davam edə bilər. Koronavirusun əsas fərqləndirici xüsusiyyəti qoxu və dadbilmənin kəskin itməsidir”.
M.Abdullayeva yoluxanların sayının artmaması üçün vətəndaşları karantin rejiminin tələblərinə əməl etməyə çağırıb:
“Maska taxmaq, sosial məsafəyə riayət etmək çətin deyil, sağlamlığınız və yaxınlarınız haqqında düşünmək vacibdir”.
Həkimin sözlərinə görə, immunitetin yüksəlməsi üçün sağlam həyat tərzi keçirmək, çoxlu mövsümi meyvə və tərəvəz yemək, daha tez-tez təmiz havaya çıxmaq lazımdır.
“Həmçinin prlofilaktika üçün D vitamini və C vitamini (fışıldayan həblər və ya draje şəklində) qəbul edə bilərsiniz. Bundan əlavə, epidemiya zamanı hər hansı bir sink tərkibli preparatlar kursundan keçmək olar, çünki sink immuniteti stimullaşdıran və bədənin müdafiəsini gücləndirən təbii bir immunomodulyatordur”, - deyə M.Abdullayeva əlavə edib.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, koronavirusun ikinci dalğası olmayacaq. Bunun əvəzinə yoluxmaların “böyük bir dalğası” yüksəlib-azalacaq.
“Üstəlik, virusun bu növü mövsümi qrip ilə sinxronlaşmayıb”, - deyə ÜST-dən bildirilib.
Buna baxmayaraq, oktyabr ayında Rusiyada pandemiyanın ikinci dalğası gözlənilir.
Avropada karantin rejiminin yumşaldılması isə infeksiyanın yenidən başlanmasına səbəb olub. Məsələn, İspaniyada koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə sayı iyul ayının əvvəlindən orta hesabla beş dəfə arıb. Almaniya hökuməti statistikanın kəskin pisləşməsi fonunda ikinci dalğaya hazırlaşır. Belçika və Fransa karantinin qaytarılmasını istisna etmir.
ABŞ-da da vəziyyət çox qeyri-sabitdir. Ən kritik bölgələr Kaliforniya, Florida, Texas, Nyu-York və Corciya ştatlarıdır. Yoluxmaların 40 faizi bu ərazilərin payına düşür. Eyni zamanda Amerika da xəstəliyin ikinci dalğasını gözləyir.
XƏBƏR LENTİ
Xiyar salatı (foto resept)
Sevdiyinizin yaxşı ata olacağını göstərən 4 xüsusiyyət
Kibariye Bakıda konsert verəcək
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Planetimizdən yaşlı daş tapıldı-Unikal kəşf -FOTO
5 günə 3 kiloqram arıqlayın
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
HAVA necə olacaq?-20 Oktyabr
Böyrək çatışmazlığı
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Yaxşı əti necə seçmək lazımdır?
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (2)
Müəllim olmaq istəyənlərin nəzərinə!
Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək
Demet Akalının pullarını xərcləyən qızı Hira imiş
Bürclərin musiqi seçimi (2)
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
8 martda günəş tutulacaq
Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb
Ərzaqların son istifadə tarixi
Balıqqulağı peçenyesi (foto resept)
Planetin ən yaşlı insanı vəfat edib
Azərbaycanda bu müəllimlərdən vergi alınacaq
Şirkətləri ağır zamanlar gözləyir
Günün ulduz falı
Kerem ilə Handenin serialı niyə yayımlanmayacaq?
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
"Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Geyim seçimində yol verilən xətalar
Gəbələk şorbası
“Amfibiya adam” koronavirusdan öldü
Asan hazırlanan saç maskası
Quru göz sindromu
Azərbaycanın ilk pilotsuz təyyarəsi
Əsrlər yadigarı - "Sarı gəlin"imiz
Payızda koronavirusa yoluxma artacaq - VİDEO
Nüsrətin müştərisi 41 min dollarlıq hesab ödəməli oldu-FOTO
"Dişləyən" texnika: qorxu, yoxsa bilməzlik?
Ramazanda bunları bilməniz vacibdir
Qaraciyər xərçənginin müalicəsində yeni üsul tapıldı
İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi - RƏSMİ
COVID-19-un müalicəsi tapıldı - FOTO
Paltarın bəzəyi - güpür
Messi 6-cı dəfə "Qızıl buts" aldı
Saatlar
2050-ci ilə qədər Yer kürəsində yaşayanların yarısı eynək taxacaq
Hava haqqında














