Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verdi. Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 20-ə təsadüf edir.
İlahiyyatçı İsmayıl Əhmədov Anspress vasitəsilə oruc tutacaq şəxslərə bu ayla bağlı bəzi tövsiyələrini verib:
İyul ayının 20-da Şam namazından sonra Ramazan ayının qüsulu alınır və niyyət edilir. Niyyət tam bir ay və ya hər günə görə tutula bilər. Ayın görünməsindən asılı olaraq isə 29 və ya 30 gün orucluq ayı davam edir. Bu, Qazilər Şurasının fətvası ilə müəyyənləşdirilir. Birinci Qədr gecəsi - avqustun 7-dən 8-nə, ikinci- avqustun 9-dan 10-na, üçüncü qədir gecəsi- avqustun 11-12-nə , dördüncü qədir gecəsi isə - avqustun 15-dən 16-a keçən gecəyə təsadüf edəcək
İmsak
İmsak səhər Azan oxunana qədər edilməlidir. İmsak vaxtı nə çox şirin, nə də yağlı yemək olmaz. Gün ərizdə susuzluqdan əziyyət çəkməmək üçün bu cür qidalardan uzaq durmaq tövsiyə edilir. İmsakda oyanıb yemək lazımdır, lakin kimsə oyana bilməyibsə, o halda da oruc tuta bilər.
İftar
Müsəlmanın iftar süfrəsi sadə və halal nemətlərdən hazırlanmalıdır. İftar ilıq su, süd, xurma, adi çayla açıla bilər. Ağır və yağlı yeməklər məsləhətli deyil. Bundan başqa, Ramazan ayında iftarda qətiyyən qazlı içkilər, sular və soyuq sular, şorabalar məsləhət görülmür.
Ramazan ayında nizamlı qidalanmağı davam etdirmək və uzun vaxt ac qalmağın yaratdığı problemlərlə üzləşməmək üçün səhərlər mütləq imsaka qalxmaq lazmdır. Formada qalmaq və sağlam qidalanmaq üçün intizamını pozmamaq üçün imsakda ağır yeməklər yemək olmaz. Belə ki, gecələr metabolizm prosesi asta getdiyi üçün ağır yeməklərə üstünlük versəniz, piylənmə tez baş verəcək. Bu isə artıq çəki riskini artırır. Buna görə də imsak vaxtı proteini bol olan qidalara üstünülük vermək lazımdır. Məsələn, süd, qatıq, pendir, yumurta kimi qidalar aclığı gecikdirir və uzun müddət toxluq hissi yaradır. İmsak vaxtı meyvə-tərəvəz, göyərti, meyvə kompotları və kəpəkli çörək olduqca xeyirlidir.
Susuzluq hissini azaltmaq üçün duzlu və şirin, çay və qəhvə kimi içkilərdən uzaq durmanız tövsiyə edilir. Bu cür içkilər, xüsusilə də imsakdan sonra yuxusuzluq hissini artırır və günboyu yorğunluğa səbəb olur. Eyni zamanda qanda şəkərin miqdarının düşməsinə səbəb olduğunu unutmayın. Ona görə də iftarda daha yüngül qidalara üstünlük verməlisiniz.
İftara gəlincə isə onu iki yerə bölməniz tövsiyə edilir. İlk öncə xurma ilə qanda şəkərinizin miqdarını nizama salın. Şorba kimi birinci mərhələni bitirdikdən sonra, ağ ət və zeytun yağı əlavə olunmuş göyərtili yeməklər yeyə bilərsiniz. Yeməkdən sonra isə çay və qəhvə əvəzinə yaşıl çay, şüyüd kimi bitki çayları məsləhət görülür.
Bu ayda, həmçinin unlu və və şərbətli şiriniyyatlardan da uzaq durmalısınız. Bunun əvəzinə südlü şiriniyyatlar və ya meyvə yaxşıdır. Bundan başqa, imsak və iftar arası 2 litr su içməli olduğunuzu da unutmayın.
Olar-olmaz
Oruc tutarkən başı suya batırmaq olmaz.
Xəstə insanlar, yəni şəkərli diabet və bu kimi xəstəliklərə tutulan, eləcə də pəhriz saxlayanlar oruc tutmamalıdır. Susuzluq və ya bu səbəbdən xəstəliyə düçar olan şəxs oruc tutmamalıdır.
Lakin iynə vurdurmaq olar.
4 rükətli namazları səfərdə 2 rükət qılmalı olan şəxs səfər zamanı orucunu tutmamalıdır.
Zöhr namazından sonra səfərə çıxan şəxs orucunu tamamlamalı və pozmamalıdır.
Zöhr namazından əvvəl səfərə çıxan şəxs isə səfər həddini (24 km) keçənə qədər orucunu tutmalıdır.
Zöhr namazından sonra səfərə çıxan və səhəri gün zöhr namazına qədər vətəninə qayıdan şəxs orucunu tutmalıdır. Səfəri başa çatmadan geri dönməli olan şəxs orucunu tutmalıdır.
Xəstəlik, səfər, hamiləlik və sair üzrlü səbəblər üzündən oruc tuta bilməyən şəxs həmin səbəblər aradan qaxdıqdan sonra orucunu tutmalıdır.
Uşağa süd verən qadının (süd anasının) oruc tutması vacib deyil, lakin həmin insan özündə bu gücü hiss edirsə, tuta bilər.
Səfərdə 10 gün və daha artıq qalan, getdiyi yer 48 km (gediş-gəliş) məsafədə olan şəxs səfər etdiyi yerdə oruc tutmamalıdır.
İşi səfər etmək (bələdçilər, sürücülər və.s ) və işi səfərdə olan şəxs (müəllimlər, həkimlər və s.) səfərdə 10 gündən az qalsa belə, oruclarını tutmalıdır.
Oruc tutan şəxsin günorta yatması orucunu batil etmir.
Diş fırçalamaq, ağıza su almaq (mədəyə getməmək şərti ilə), spreylərdən istifadə etmək, diş çəkdirmək olar.
Fitrə çıxarılması
Fitr bayramının gecəsi ailədə adambaşına fitrə zəkatı ayrılır və ertəsi gün bayram namazından əvvəl ehtiyacı olanlara paylanılır. Bu, özünün və ailəsinin ehtiyaclarının təminatını ödəyən şəxsin üzərinə düşür. Fitrə zəkatı özünün və ailəsinin ehtiyaclarını təmin edə bilməyənlərə vacib deyil. İftardan əvvəl evinə gələn şəxslərin də fitrə zəkatını həmin şəxs verməlidir.
Bu zəkat buğda, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi ərzaqlardan 3 kq və ya onlardan birinin qiymətini ehtiyacı olanlara verilir. Fitrə zəkatı verən şəxs öhdəsində olanlar qeyri-müsəlman olsalar belə, onların fitrə zəkatını ödəməlidir.
Allah (c.c) oruc və namazlarınızı qəbul etsin!
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR