Bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır:
“Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib.
O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur”.