Barselona, həm tarixi, həm də müasir bir şəhərdir. Gotik tərzdəki kilsə və binalardan tutmuş, müasir ticarət mərkəzlərinə qədər hər istiqamətiylə Barselona müxtəlif zövləri oxşayır. Bu xəbərim Sizləri hər baxımdan məlumatlandıracaq və Barselonada mütləq görülməsi lazım olan yerləri xatırladacaq…
La Seu (Santa Eulalia Kilsəsi)
Şəhərin ən köhnə hissələrindən biri olan yerli adıyla "Barri Gòtic" kimi tanınan, yəni Gotik Səmtdə olan kilsə, bütün İspaniyada olan Gotik əsərlər arasında ən diqqət çəkənidir. Kilsənin inşası 13-cü əsrin sonlarında başlamış, ancaq 15-ci əsrin ortalarına qədər tamamlanmamışdır. Xarici qismindəki bəzəmələr əzizlərin həyatlarını təsvir edir. La Seunun içindəki ən çox diqqət çəkən hissə isə yamyaşıl tropik bir bağçaya baxan həyətdir. Burada ayaqüstə dayanıb, ətrafı seyr edərkən kilsənin inşasına uzun vaxt sərf etmiş memar və sənətkarları xatırlayacaqsınız.
Turistlərin ümumi fikrinə görə, dekabr ayı buranı ziyarət etmək üçün ən uyğun vaxtdır. Çünki, bağçada ev istehsalı Milad dekorasiya vəsaitləri satan ticarətçiləri görmək mümkündür.
La Seu gün boyu ziyarətçilərə açıqdır. Kilsəyə giriş ödənişsizdir; ancaq damı və ya ölülərin dəfn olunduğu kilsə movzeleyini görmək istəsəniz, bir neçə avro ödəməniz lazım olacaq. Kilsədə bazar günü günortadan sonra "sardana" kimi tanınan Katalan xalq rəqsi nümayiş etdirilir.
Parc Guell (Guell Parkı)
Şəhərdəki kilsələrdə mistik və dini havadan təsirləndikdən sonra Gaudinin məşhur parkında vaxt keçirmək məqsədəuyğun bir qərar olacaq. Mütəxəssislərin rəyinə görə, bura dünyanın ən təsiredici və insanın yaratdığı qeyri-adi mənzərələrindəndir. Barselonanın şimal-qərbində olan sahədə mozaika kolajlardan, göbələk şəklindəki bacalara qədər bir çox fərqli əsər görmək mümkündür. Gaudinin artistik tərzi və Katalan mədəniyyətinə olan eşqi parkın hər bir küncündə aydın hiss olunur.
Bura gəlmişkən Josep Maria Jujol tərəfindən inşa və dekorasiya edilmiş bazar sahəsini - Sala Hipostilanı da görmənizi təklif edərdik. Pagan tərzi binada dörd mövsümü təmsil edən bir çox simvol var. Burada mozaika tərzli bankı görə bilərsiniz. Bu bank dünyanın ən uzunu bankı kimi məşhurdur. Bu bölgədəki gəzməyə dəyər digər yerlər Bağlı Şapel (parkdakı ən yüksək sahədir) və Gaudinin Muzey Evidir. Parc Guell hər gün açıqdır və giriş ödənişsizdir. Gaudinin evinə girişdə isə məqbul bir ödəniş tələb edilir.
Barri Gotic (Gotik Səmt)
Şəhərin ən köhnə qisimlərindən olan bu bölgədə nostalji bir gəzinti edə bilərsiniz. Bu bölgədə Barselonanın ən məşhur arxitektura strukturları var. Şəhərin mərkəzinə yaxın olan bölgədə kiçik kafelər, barlar və İspan içkilərinin dadına baxa biləcəyiniz yerlər mövcuddur. Səmtdə La Seu, Barselona Baş yepiskopluğu və Sant Jaume Meydanı yerləşir.
Mercat da Sant Josep da la Boqueria (Boqueria Bazarı)
17-ci əsrdən bəri qəssablar, çörəkçilər və fermerlərin məhsullarını satdığı bazar hələ bu ənənəni davam etdirir. Təzə balıqdan şəraba qədər bir çox məhsulun satıldığı bazarda saysız-hesabsız bar və restoranlar var.
La Sagrada Familia (Müqəddəs Ailə Kilsəsi)
1882-ci ildən 1926-cı ildə ölənə qədər Art Nouveau ustası Antoni Gaudi özünü bu kilsənin inşasına həsr etmişdir. Gaudidən Gotik tərzdə tikilən kilsənin nə vaxt bitəcəyini soruşduqda, sənətçi "Müştərim (Tanrı) tələsmir" deyə cavab verərmiş.
Arxitekturaya çox meylli olmasanız da, əminik ki, dahi Gaudinin digər əsərləri kimi bu kilsəni də bəyənəcəksiniz. Hörümçəyə bənzər ayaqları səbəbiylə dərhal tanınan bu kilsəni ziyarət edərkən ən incə detalın belə nə qədər simvolik olduğuna diqqət yetirin. Kilsənin hər küncü dini simvollarla bəzədilmişdir. Kilsənin içi də, ən az xarici qədər möhtəşəmdir. Vitray şüşələrindən hamar seqmentli daşlarına qədər kilsə görənləri heyrətə salır.
Barselonanın mərkəzinin şimalında olan La Sagrada Familiaya giriş təxminən 12 avrodur. Bura girmək üçün həm La Sagrada Familia, həm də Gaudinin Muzey Evinə girmənizi təmin edəcək ümumi bir bilet ala bilərsiniz.
Casa Batllo
Bütün səyahət yazıçılarının fikrincə, Gaudinin tikdiyi binalar arasında ən məşhuru şübhəsiz buradır. Mütəxəssislərə görə, qəribə şəkilli xarici görünüş əjdahanı öldürən müqəddəs Corcun təsvirini əks etdirir. Hər gün səhər 9-dan axşam 8-ə qədər açıq olan Casa Batlloya giriş təxminən 16 avrodur.
Museu Picasso (Picasso Muzeyi)
Gözləriniz və zehininiz Gaudinin əsərləriylə doydusa, Barrio Chinonun Picasso Muzeyinə səyahət edin. Ümumiyyətlə, hər kəs Pablo Picassonun formasız şəkilləri haqqında məlumatlı olsa da, bu muzeydə sənətçinin zaman keçdikcə inkişafını görə bilərsiniz. Picassonun ilk illərində şəkdiyi əsərlərdən qəribə şəkil və heykəllərə qədər bir çox əsər bu muzeydə sərgiyə qoyulur. Muzeyə giriş 9 avrodur və çərşənbə axşamı-şənbə 10.00-20.00 saatları arasında ziyarətə açıqdır.
Casa Mila (Daş Ocağı)
1906-1910-cu illər arasında Antoni Gaudí tərəfindən inşa edilən bina, La Pedrera ("Daş ocağı") ləqəbiylə də tanınır. 1984-cü ildə UNESCO Dünya Mirasları siyahısına Güell Parkı və Güell Mülkü ilə birlikdə Parc Güell, palais Güell, Casa Mila à Barcelone adıyla qeyd edildi. 2005-ci ildə Sagrada Familia, Casa Batlló da Miras siyahısına daxil edildikdən sonra Les œuvres d'Antoni Gaudí adı ilə qeydiyyata alınmışdır.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR