Qadin.NET / Avropanın parıldayan şəhəri - Barselona

Avropanın parıldayan şəhəri - Barselona

Barselona, həm tarixi, həm də müasir bir şəhərdir. Gotik tərzdəki kilsə və binalardan tutmuş, müasir ticarət mərkəzlərinə qədər hər istiqamətiylə Barselona müxtəlif zövləri oxşayır. Bu xəbərim Sizləri hər baxımdan məlumatlandıracaq və Barselonada mütləq görülməsi lazım olan yerləri xatırladacaq 

Avropanın parıldayan şəhəri - Barselona

La Seu (Santa Eulalia Kilsəsi) 

Şəhərin ən köhnə hissələrindən biri olan yerli adıyla "Barri Gòtic" kimi tanınan, yəni Gotik Səmtdə olan kilsə, bütün İspaniyada olan Gotik əsərlər arasında ən diqqət çəkənidir. Kilsənin inşası 13-cü əsrin sonlarında başlamış, ancaq 15-ci əsrin ortalarına qədər tamamlanmamışdır. Xarici qismindəki bəzəmələr əzizlərin həyatlarını təsvir edir. La Seunun içindəki ən çox diqqət çəkən hissə isə yamyaşıl tropik bir bağçaya baxan həyətdir. Burada ayaqüstə dayanıb, ətrafı seyr edərkən kilsənin inşasına uzun vaxt sərf etmiş memar və sənətkarları xatırlayacaqsınız. 

Turistlərin ümumi fikrinə görə, dekabr ayı buranı ziyarət etmək üçün ən uyğun vaxtdır. Çünki, bağçada ev istehsalı Milad dekorasiya vəsaitləri satan ticarətçiləri görmək mümkündür.

La Seu gün boyu ziyarətçilərə açıqdır. Kilsəyə giriş ödənişsizdir; ancaq damı və ya ölülərin dəfn olunduğu kilsə movzeleyini görmək istəsəniz, bir neçə avro ödəməniz lazım olacaq. Kilsədə bazar günü günortadan sonra "sardana" kimi tanınan Katalan xalq rəqsi nümayiş etdirilir.

Avropanın parıldayan şəhəri - Barselona

Parc Guell (Guell Parkı)

Şəhərdəki kilsələrdə mistik və dini havadan təsirləndikdən sonra Gaudinin məşhur parkında vaxt keçirmək məqsədəuyğun bir qərar olacaq. Mütəxəssislərin rəyinə görə, bura dünyanın ən təsiredici və insanın yaratdığı qeyri-adi mənzərələrindəndir. Barselonanın şimal-qərbində olan sahədə mozaika kolajlardan, göbələk şəklindəki bacalara qədər bir çox fərqli əsər görmək mümkündür. Gaudinin artistik tərzi və Katalan mədəniyyətinə olan eşqi parkın hər bir küncündə aydın hiss olunur.

Bura gəlmişkən Josep Maria Jujol tərəfindən inşa və dekorasiya edilmiş bazar sahəsini - Sala Hipostilanı da görmənizi təklif edərdik. Pagan tərzi binada dörd mövsümü təmsil edən bir çox simvol var. Burada mozaika tərzli bankı görə bilərsiniz. Bu bank dünyanın ən uzunu bankı kimi məşhurdur. Bu bölgədəki gəzməyə dəyər digər yerlər Bağlı Şapel (parkdakı ən yüksək sahədir) və Gaudinin Muzey Evidir. Parc Guell hər gün açıqdır və giriş ödənişsizdir. Gaudinin evinə girişdə isə məqbul bir ödəniş tələb edilir. 

Avropanın parıldayan şəhəri - Barselona

Barri Gotic (Gotik Səmt) 

Şəhərin ən köhnə qisimlərindən olan bu bölgənostalji bir gəzinti edə bilərsiniz. Bu bölgədə Barselonanın ən məşhur arxitektura strukturları var. Şəhərin mərkəzinə yaxın olan bölgədə kiçik kafelər, barlar və İspan içkilərinin dadına baxa biləcəyiniz yerlər mövcuddur. Səmtdə La Seu, Barselona Baş yepiskopluğu və Sant Jaume Meydanı yerləşir. 

Avropanın parıldayan şəhəri - Barselona

Mercat da Sant Josep da la Boqueria (Boqueria Bazarı)

17-ci əsrdən bəri qəssablar, çörəkçilər və fermerlərin məhsullarını satdığı bazar hələ bu ənənəni davam etdirir. Təzə balıqdan şəraba qədər bir çox məhsulun satıldığı bazarda saysız-hesabsız bar və restoranlar var.

Avropanın parıldayan şəhəri - Barselona

La Sagrada Familia (Müqəddəs Ailə Kilsəsi)

1882-ci ildən 1926-cı ildə ölənə qədər Art Nouveau ustası Antoni Gaudi özünü bu kilsənin inşasına həsr etmişdir.  Gaudidən Gotik tərzdə tikilən kilsənin nə vaxt bitəcəyini soruşduqda, sənətçi "Müştərim (Tanrı) tələsmir" deyə cavab verərmiş.

Arxitekturaya çox meylli olmasanız da, əminik ki, dahi Gaudinin digər əsərləri kimi bu kilsəni də bəyənəcəksiniz. Hörümçə bənzər ayaqları səbəbiylə dərhal tanınan bu kilsəni ziyarət edərkən ən incə detalın belə nə qədər simvolik olduğuna diqqət yetirin. Kilsənin hər küncü dini simvollarla bəzədilmişdir. Kilsənin içi də, ən az xarici qədər möhtəşəmdir. Vitray şüşələrindən hamar seqmentli daşlarına qədər kilsə görənləri heyrətə salır.

Barselonanın mərkəzinin şimalında olan La Sagrada Familiaya giriş təxminən 12 avrodur. Bura girmək üçün həm La Sagrada Familia, həm də Gaudinin Muzey Evinə girmənizi təmin edəcək ümumi bir bilet ala bilərsiniz. 

Avropanın parıldayan şəhəri - Barselona

Casa Batllo

Bütün səyahət yazıçılarının fikrincə, Gaudinin tikdiyi binalar arasında ən məşhuru şübhəsiz buradır. Mütəxəssislərə görə, qəribə şəkilli xarici görünüş əjdahanı öldürən müqəddəs Corcun təsvirini əks etdirir.  Hər gün səhər 9-dan axşam 8-ə qədər açıq olan Casa Batlloya giriş təxminən 16 avrodur. 

Avropanın parıldayan şəhəri - Barselona

Museu Picasso (Picasso Muzeyi)

Gözləriniz və zehininiz Gaudinin əsərləriylə doydusa, Barrio Chinonun Picasso Muzeyinə səyahət edin. Ümumiyyətlə, hər kəs Pablo Picassonun formasız şəkilləri haqqında məlumatlı olsa da, bu muzeydə sənətçinin zaman keçdikcə inkişafını görə bilərsiniz. Picassonun ilk illərində şəkdiyi əsərlərdən qəribə şəkil və heykəllərə qədər bir çox əsər bu muzeydə sərgiyə qoyulur. Muzeyə giriş 9 avrodur və çərşənbə axşamı-şənbə 10.00-20.00 saatları arasında ziyarətə açıqdır. 

Avropanın parıldayan şəhəri - Barselona

Casa Mila (Daş Ocağı)

1906-1910-cu illər arasında Antoni Gaudí tərəfindən inşa edilən bina, La Pedrera ("Daş ocağı") ləqəbiylə də tanınır. 1984-cü ildə UNESCO Dünya Mirasları siyahısına Güell Parkı və Güell Mülkü ilə birlikdə Parc Güell, palais Güell, Casa Mila à Barcelone adıyla qeyd edildi. 2005-ci ildə Sagrada Familia, Casa Batlló da Miras siyahısına daxil edildikdən sonra Les œuvres d'Antoni Gaudí adı ilə qeydiyyata alınmışdır.

11 mart 2016
GO BACK