Əziz Qadın.Net-lilər, bildiyimiz kimi, istər tərəvəzdən, istərsə də meyvədən hazırlanmış salatları hər gün yemək xeyirlidir. Lakin hansı salat olursa-olsun, istər son dərəcə sadə, istərsə də bayramlarda nəzərdə tutulan mürəkkəb salatlar - onların hazırlanmağının da öz incəlikləri, qaydaları vardır. Bu xəbərimdə bu sirləri sizinlə bölüşmək istəyirəm.
* Salat üçün yumurtanı ən azı 10 dəqiqə qaynadıb bişirmək lazımdır.
* Göy paxlanı qaynar duzlu suya töküb bərk qaynatmaq lazımdır. Belə etsəniz paxlanın əvvəlki rəngi dəyişməz.
* Salat üçün tərəvəzi bir qaydada duzlamaq və nazik doğramaq lazımdır. Belə olsa mayonez, xama onlara yaxşı hopar, salata özünəməxsus dad verər.
* Tərəvəzin qabığını soyub bişirdikdə mineral duzlar itir. Məsələn, qabığı soyulmuş kartofu qaynatdıqda tərkibindəki mineral duzların 20 faizi suya çıxır. Bu zaman kartofu bişirəcəyiniz suya azca duz qatsanız, bu itki nisbətən azalar.
* Tərəvəzi və kartofu soyub bişirmək istəyirsinizsə, o zaman onları əvvəlcə qaynar suya salın. Belə etsəniz onları bişirdikdə tərkibindəki qidalı maddələr, vitaminlər cüzi miqdarda parçalanacaqdır.
* Çuğundur tez bişsin deyə onu təmiz yuyub, duzlu suda qaynadın.
* Əgər salata alma qatırsınızsa, onu soyub doğradıqdan sonra təxminən 10 dəqiqə müddətində limon turşusu qatılmış suda saxlayın. Belə etsəniz, alma dilimlərinin rəngi qaralmaz.
* Kartof tez bişsin deyə onu qaynatdığınız suya 1 qaşıq marqarin əlavə edin.
* Bəzən gül kələmin aralarında həşərat özünə yer tapır. Odur ki, gül kələmi bişirəndə onu doğramazdan əvvəl 5-10 dəqiqə müddətində möhkəm duzlanmış soyuq suyun içində saxlayın. Belə etsəniz, həşəratlar suyun üstünə çıxacaq.
* Bişmiş kökün tərkibindəki karotin çiy kökə nisbətən iki dəfə azdır. Kökün qabığında karotin və mineral duzlar çox olduğundan onu bişirərkən bacardıqca soymayın, axar suyun altında qaşıyıb təmiz yumaqla kifayətlənin.
* Təzə tərəvəzin tərkibindəki vitaminlər isti dəydikcə parçalanır. Buna görə də tərəvəzi güclü odun üzərində tez bişirmək lazımdır.
* Hər hansı tərəvəzi bişirdikdə qazana 2 parça şəkər salmaq lazımdır. Belə etsəniz, tərəvəz bişdikdən sonra çox ləzzətli olar.
* Kələmi buğda bişirərkən üzərinə azca sirkə, yaxud limon turşusu əlavə etsəniz əzilməz, kövrək olar.
* Qabıqlı kartofu suda qaynadarkən qazana duz əlavə etsəniz, bişdikdən sonra əzilməyib bütöv qalar.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR