Ailə büdcənizə görə bəzi şeyləri azaltmaq çox çətindir. Bəzən vəziyyət o qədər çətin ola bilir ki, daha başlamadan əhvalınız pisləşir. Ev xərclərinin bəzilərini kəsməyin tamamilə motivasiya işi olduğunu söyləməyəcəyəm, əlbəttə, bu öz adıma çox axmaq və yersiz bir arqument olar. Lakin maddi çətinliklər etdiyiniz işlərdə motivasiyanızı sala bilər və sizi depressiyaya sürükləyə bilər. Buna görə sizə mümkün olduğu qədər tez kəsə biləcəyiniz və bunun nəticəsində ailə büdcənizin birazca da olsa, rahatlamasına köməkçi ola biləcək şeylərin bir siyahısını etdim. Çox insan büdcəsindən bəzi şeyləri kəsməyin həyat keyfiyyətləri üzərində mənfi bir təsirə sahib olacağını və həqiqətən sevdikləri bir çox şeydən imtina etmələri lazım olduğunu düşünürlər. Bunun hər zaman belə olması lazım deyil, müasir həyatda onlarsız da həyatımızı yaşaya biləcəyimiz bir çox şey olduğundan almadığımız şeylərin yerinə dəyişdirəcəyimiz yeni bir şeylər tapmağımız olduqca asandır.
Kabelli Televizora pul ödəməyi dayandırın.
Dürüst olmaq lazım olsa, heç kimin oturub bütün gün ərzində televizor izləyəcək vaxtı olmur və buna görə də pulunu verərək üzvlüyünü aldığınız kanalların bir mənası olmur. Əgər film izləmək üçün internetden istifadə edirsinizsə və bütün günü evdə olmursunuzsa, üzvlük üçün nizamlı olaraq pul ödəsəniz, bu ailə büdcəniz üçün gərəksiz bir xərc olacaq. BUndan əlavə indiki vaxtda internet istifadəsi artıq çox uyğundur. Kiçik bir ödəniş qarşılığı ya da tamamilə pulsuz olaraq izləmək istədiyiniz bir çox filmi internet üzərindən izləyə bilərsiniz.
Bahalı və markalı təmizlik məhsullarından uzaq durun.
Çox insan evə alınan məhsullar üçün xərclənən pulların lazımi xərclər olduğunu düşünür. Lakin yüksək qiymətli kimyəvi məhsullarla çox bahalı olmayan tozlar arasında bir o qədər də fərq yoxdur. Əlbəttə, evinizi təmizləmək məcburiyyətindəsiniz, lakin təmizlik məhsullarınızı marketlərdən də almaq məcburiyyətində deyilsiniz. Özünüzün hazırlaya biləcəyiniz təmizlik məhsullarını istifadə etmək xərclərinizi azalda bilər. Bu tərz bir dəyişiklik əslində həyat keyfiyyətinizi aşağı salan bir şey deyil, yüksəldən bir şeydir. Avropa ölkələrində olduqca məşhur olan bu vəziyyətin ölkəmizdə də yayılmasını təmin edə bilərik.
Aylıq ən çox pul ödədiyiniz, yəqin ki, kommunal xərclərdir. Ayın sonunda hər kəs qaza, işığa, suya və s. çox pul xərcləyir. Bu xərcləri vaxtında ödəməyə çalışın, gələn aya qalmasına icazə verməyin. Əgər kommunalı ödəmək üçün imkanınız olmasa, çox çətinlik çəksəniz, etibarlı bir dostunuzdan pulunuz olanda geri ödəmək şərtiylə borc ala bilərsiniz. Bu insanlar ən azından banklar ya da digər təşkilatlar kimi borcunuzu faiziylə istəməyəcək.
Bağ xərclərini tamamilə yox edin.
Əgər bir ev sahibisinizsə və evinizin bir bağı varsa, bağ işlərinin illik nə qədər xərc olduğunu az-çox bilirsiniz. Bu xərclər büdcəniz üçün lazımsız olan xərclərdən biridir. Professional kömək istəmədən də öz bağınıza qulluq etməyi öyrənə bilərsiniz. Bir az vaxt sərf etsəniz və araşdırma aparsanız, bunu həyata keçirmək mümkündür. Bundan əlavə ətrafınızdakı bu işlərdə təcrübəli böyüklərinizdən də kömək ala bilərsiniz, bağda nəyisə düzəltmək üçün alətə ehtiyacınız olarsa da, qonşularınızdan ya da ailə yaxınlarınızdan ala bilərsiniz. Lakin işiniz bitdiyində aldığınız vasitə və vəsaitləri geri verməyi unutmayın.
Üzvlüklər və abunəlikləri azaltmağa çalışın.
Bəzi abunəlikəri ləğv etmək büdcənizdə olduqca böyük bir dəyişiklik edəcəkdir. Digər bir tərəfdən indiki vaxtda insanlar əllərinin çatdığı hər şeyə abunə olmağa, müxtəlif klub və təşkilatlara üzvlüklər etdirməyə başladı və əgər bu abunəçilərinin və üzvlüklərin faydalarından kifayət qədər yararlana bilmirlərsə, yalnız boş yerə pul ödəyirsiniz deməkdir. Həqiqətən faydalı və istədiyiniz şeylərə pul xərcləməyə çalışın.
Hər zaman ucuz olanı almağa çalışın.
Ucuz olan məhsulları almaq hər zaman da yaxşı bir şey deyil, çünki ucuz olması pulunuzun qarşılığında tam mənasıyla yaxşı məhsul ala biləcəyiniz mənasını vermir. Ucuz və aşağı keyfiyyətli məhsul almaq o demək deyil ki, həmin məhsulları çox yaxın bir zamanda yenidən almaq məcburiyyətində qala bilərsiniz. Bəzi hallarda istifadə edilmiş və ikinci əl keyfiyyətli məhsullar belə yeni, lakin pis çıxarılmış məhsullardan daha uzun istifadə edilə bilinir. Qiymət üstünlüyü ilə ucuzluq arasında hər zaman bir fərq olduğunu bilməlisiniz və bunu da sınayaraq və səhv edərək öyrənə bilərsiniz. Pul yığmaq, ümumiyyətlə, çox çətin bir işdir və hər kəs bunu bacarmır. Vərdişlərinizi dəyişdirmək üçün səy göstərməli və baha başa gələn vərdişləriniz üçün daha əlverişli alternativ düşünməyə çalışmalısınız. Bundan əlavə etdiyiniz səylərin büdcəniz üzərində, həqiqətən də, bir təsiri olduğuna əmin olmalısınız. Bəzi zamanlar insanlar pul yığmağa çalışarkən daha çox pul xərclədiklərinin fərqinə vara bilmirlər. Bu mövzuda diqqətli olmalısınız.
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR