Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.
Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

XƏBƏR LENTİ
Günün qoroskopu: əlverişli zamandır
Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə baş verib
Sabunla üz yumaq zərərlimidir?
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
"ABŞ-dan dəstək gözləmirəm"
Siqaret çəkənlərə bəd xəbər: qiymət qalxacaq
Emin atası və oğulları ilə - FOTO
1 dəqiqəyə 70 min dollar qazanan ailə
Nazir mobil telefon söhbətinə son qoydu
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Damağınız qanayırsa...
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Baş nazirdən maaşlarla bağlı MÜHÜM DƏYİŞİKLİK
Ziyafət çantaları
Erkən menstruasiyanın səbəbləri
Vafli səbətlər(foto resept)
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Madonna tədbirə makiyajsız qatıldı - FOTO
Göbələkli toyuq şorbası
"Fındıq qabığı" saç rəngi
Qadın.Netlilərin həyatda qorxduqları və qorxmadıqları (5)
Regionlara avtobus səfərləri ilə bağlı - RƏSMİ AÇIQLAMA
Ən doğru nəfəsalma qaydası
Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
Xocalıdan reportaj, 1991-ci il
Urmiya gölünün son günləri...
“O ses Türkiyə” qalibi bəlli oldu - VİDEO
Fərqli kotlet (foto resept)
BMT ermənilərin Gəncəyə hücumunu pisləyib
"Qarabağ"ın "Ayntraxt"la oyunlarının vaxtı dəqiqləşdi
Facebook Messenger-in kamera xüsusiyyəti YENİLƏNDİ
Yay üçün dəbli ətəklər
Tüklərdən xilas edən maska
HAVA necə olacaq?
Hamiləlikdə normal olan və olmayan dəyişikliklər
Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb
Gözəllik, yoxsa sağlamlıq?
Günün ulduz falı
Liam Nison müsahibəsinə görə təhqir olundu-FOTO
Fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə görə cərimələr artırıldı
Qaranlıqda saxlanılan ölüm
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər
Kraliça türk serialına görə Çağırış etdi
"Kuzgun" final edir?
Bütün Yer kürəsi işıqsız qalacaq: Bakı 30 martda...
Çay gözəlləşdirir
Uşaqlarla əylənək
Məşhurlar haqqında bilmədiyimiz faktlar
