Çox vaxt üzərinizdə ağır bir yükün olduğunu hiss edirsinizsə mütləq oxuyun.
1. Prioritetlərinizi müəyyənləşdirin – biz çox şey etmək istəyirik, lakin çox istəyən azdan da olar. Bir siyahı hazırlayın, hazırda məşğul olduğunuz və maraqlandığınız hər şeyi yazın. Yəqin ki, uzun bir siyahı alınacaq. Bunlardan yalnız sizə ən çox lazım olanları seçin, qalanlarını isə silin və ən vacib olanlara fokuslanın. Mənə görə xoşbəxt həyatın sirri fokuslanmaqdadır, sevdiyiniz şeylərə fokuslanmaq. Fokuslanın – sevdiyiniz işə, insanlara, məqsədinizə, əlavə heç nəyə enerji sərf etməməyə çalışın – əsasən də mənfi düşüncələrə. Unutmayın ki, sizin indiki həyatınız düşüncənizin məhsuludur. Necə düşünürsüzsə o cür də olacaq.
2. Smartphone – dan bir müddət uzaq durun, heç olmasa bir həftə. Özünüzü test edin, mütləq sizdə alınacaq! Ekrana çox baxmaq gözləri və lazımsız informasiya axını ilə beyninizi yorur, enerjinizi lazımsız informasiyayla başınızı doldurmağa sərf etməyin. Yalnız zəng etmək və qəbul etmək üçün telefondan istifadə edin. Hər dəqiqə telefonda Facebook və Instagramı yoxlamaqdan əl çəkə bilmirsinizsə, real həyatınızı müşahidə edin. Yəqin ki, həyatınızda maraqlı anlar, insanlar, hadisələr azlıq təşkil edir. Real həyatınızı maraqlı etdiyiniz təqdirdə smartphone-dan da uzaq durmağı öyrənəcəksiz. İşdən sonra isə telefonun varlığını unutmağa çalışın. Nə qədər boş vaxt qazandığınıza özünüz də təəccüblənəcəksiz.
3. Tək qalın. Bir müddət tək qalmağa çalışın. İşdən sonra və həftəsonları bunun üçün kifayətdir. Amma yaxşı olardı ki, 3-4 günlük mümkünsə tək haradasa dincələsiniz. Ya evdə ya da hər hansı bir rayona səyahət etməklə təbiət qoynunda olasınız.
4. Həyatınızda heç bir rol oynamayan insanlardan uzaqlaşın. Bəzi insanlar bizim həyatımızda vacib rol oynayır və həmişəlik qalırlar, bəziləri bir müddətlik gəlib gedirlər, əksəriyyət isə heç bir rol oynamır, bu insanları həyatınızda saxlamaq evinizdə illərlə istifadə edilməyən toz basmış əşyaları saxlamaq kimidir. Axı bizim enerjimiz də limitsiz deyil ki, həyatımıza daxil olmaq istəyən hər kəsə sərf edək. Bunlar bizim emosional olaraq yüklənməmizə səbəb olur. Sonra isə yorğunluqdan şikayət edirik. Bunlara sosial şəbəkələrdən tutmuş (bütün şəbəkələrdə olmağa məcbur deyilsiz), geyinmədiyiniz paltarlar, illərlə evdə saxladığınız istifadəsiz əşyalar və kompüterinizdəki lazımsız fayllara qədər hər şey daxildir. Təmizlik prosesində siz artıq yüngüllük hiss etməyə başlayacaqsız.
5. Təbiətdə çox olun. İnsan təbiətin bir parçası olduğu üçün ona ən çox rahatlıq verən elə təbiətin özüdür. Şəhərdə parklar, dəniz kənarı hələ də mövcuddur. Və ya botanika bağını ziyarət edə bilərsiniz. Hər gün 1 saatlıq tək başına gəzinti sizə çox böyük daxili rahatlıq gətirəcək.
6. Ətrafdakı əlavə səs-küyü azaldın. Bəzən özümüz də bilmədən beynimiz ətrafdakı səslərlə doldururuq. Məsələn evdəki televizorun, bacımızın dinlədiyi musiqinin səsi, şəhərdəki və ya açıq qalan pəncərənizdən girən nəqliyyatın səsi və ya kənarda danışan insanların “vızıltısı”, məsələn kafelərdə.
7. Az danışın. Çox danışmaq çox düşünmək deməkdir, bu həm beynimizi yorur həm də danışdıqca enerjimiz tükənir. Bir müddət az danışmağa çalışın. Yalnız vacib şeylərlə bağlı ünsiyyət qurun. Danışmamaq beynin istirahət etməsinə səbəb olacaq.
8. Meditasiya edin. Müasir insan düşünmədən dayana bilmir. Heç olmasa 5 dəqiqə heç nə düşünməməyə çalışın. Alınmır elədir? Bunun üçün meditasiya mövcuddur. Meditasiya beyində təmizlik işləri aparmaq üçün ən yaxşı vasitədir. Hər gün 10-15 dəqiqədən başlayaraq getdikcə daha çox vaxt ayırmaqla meditasiya etməyi öyrənə bilərsiz. Vaxtı problem etməyin, hər kəsin gün ərzində 15 dəqiqə vaxtı var. Bunu hətta yatmazdan əvvəl və ya işdə nahardan qalan əlavə vaxtda da eləmək olar. Həyatımızda hər şey vərdişlərimizin nəticəsidir, 1 ay hər gün meditasiya etdikdən sonra, bu sizdə vərdişə çevriləcək. Hətta nəqliyyatda gedəndə, parkda oturanda, ofisdə belə ən az 10 dəqiqənizi meditasiyaya ayırmaqla beyninizi boşalda (sakitləşdirə) biləcəksiz.
9. Hər gün çimin. Meditasiya beyninizi təmizləyir, lakin gün ərzində dərimiz ətrafdakı bütün enerjiləri özündə toplayır. Onlardan qurtulmaq üçün hər gün çimmək vacibdir, əgər mümkünsə səhər və axşam. Axşam çimdikdən sonra niyə rahat yata bildiyinizi heç düşünmüsünüz? Bütün gün ərzində çirkli havanın, qarşınıza çıxan insanların, nəqliyyatdakı basabasda sizə istəmədən toxunan, işdə ünsiyyətdə olduğunuz insanların, iş otağının, iş stresinin enerjisindən qurtulursuz. Bədəniniz stresdən təmizlənir, buna görə də işdən gələrkən də çimmək çox vacibdir. Çimərkən su ilə birlikdə bədəninizdən qara rəngli enerjinin axıb getdiyini, yerinin isə sarı rəngli parlaq enerjiylə dolduğunu təsəvvür edin.
10. Su için. Gündə neçə stəkan çay və ya kofe içdiyinizi saymısınızmı? Gəlin bir həftə bunları su ilə əvəz edək. Beynimizi və dərimizi təmizlədik, qaldı daxili orqanlarımız. Hər səhər üzümüzü yuduğumuz kimi daxili orqanlarımızı da “yumalıyıq”. Səhər duran kimi 1 stəkan ilıq suya bir az limon sıxıb içərək bunu edə bilərsiniz. Yarım saatdan sonra isə yeməyinizi yeyə bilərsiz. Gün ərzində çayı su ilə əvəz etməyə çalışın. Əgər çox çaysız qala bilmirsinizsə qaynar suya bir az yaşıl nanə və limon qataraq özünüzə dadlı çay hazırlaya bilərsiz, bu həm də bədəninizin təmizlənməsinə yardım edəcək. Səhər işə gələrkən göyərti satan xaladan nanə və limon almağı unutmayın.
Pürrəng
XƏBƏR LENTİ
İnstaqram Madonnaya qadağa qoydu
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Krediti ödəməyənin cəzası nədir?
Azərbaycan kuboku 1/8 final: "Qarabağ" AZAL-a qarşı
Şahzadənin sevinci ürəyində qaldı-FOTO
İlkin təəssürat: inanaq, ya yox?
71 yaşlı Ajda Pekkan ana olmaq istəyir
Oğlunu qucaqlaya bilməyən həkimin duyğusal anları - VİDEO
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
"Maşa və Ayı" tortu (foto resept)
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Saç rənginizi nə müəyyənləşdirir
Ölkədə ictimai nəqliyyatın qiyməti bahalaşır? – AÇIQLAMA
HAVA necə olacaq?- 30 APREL
Rusiya Ermənistanı qlobal naviqasiya sistemi QLONASS-a qoşur
"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik
Günün ulduz falı
Filmlər haqqında bilmədiyiniz faktlar(1)
TQDK vaxtı uzatdı
Ordumuz itki verməyib
Uşaqların sağlamlığı üçün 10 qida
Murat Bozdan 4 milyonluq investisiya - FOTO
2018-ci ildə ən çox qazanan aktyorlar
Ən təhlükəli tətil əraziləri
Məşhur modeldən şok ETİRAF-FOTO
Toy çantaları
Günün qoroskopu:Səbrli olun!
AFFA hakimi təhqir edən 3 futbolçunu dörd oyunluq cəzalandırdı
Bəs yatmasaq necə olar?
"Yelbeyin qutu" uşaqlara nələr edir?
Prezidenti ATƏT sədri ilə görüşdü
Günəş vitamini
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
51 yaşlı modelin gənclik sirri bəlli oldu-FOTO
Mehriban xanım və qızları Psixonevroloji Mərkəzdə - FOTO
Boksçularımız 14 medalla birinci oldu
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Fabletlər sürətlə populyarlaşır
İmkansız tələbələrə xoş xəbər
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Kobra çəkək
Təhsil nazirindən şagirdlərə qadağa
Xərçəngin qarşısını alan qidalar
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Bu çanta ev qiymətindədir















- ŞƏRHLƏR