Müdrüklük
Zirvədə dayanıb müdrük adamlar,
Hər kəs o zirvəyə çıxa bilməyir.
Ayaq üstə ölür köklü ağaclar,
Əcəl öldürsə də, yıxa bilməyir.
Kimi südə çəkir, kimisi qana,
El verir qiyməti yaxşı, yamana.
Göz çəpsə, neyləsin ona zamana?
Düz yola düzünə baxa bilməyir.
Gücü eldə axtar, hikməti sözdə,
Dönüklük eyləmə saldığın izdə.
Qayalar uçuran sel də, dəniz də
Yerindən çalxanır, axa bilməyir.
Zülfüqar, hey gedir ömür karvanı,
Qayıdan vardırsa, göstər, o hanı?
Tutmaq istəyənlər bütün cahanı,
İldırım olsa da, çaxa bilməyir.
Tuş gələcəkdi
Külçə qızıl ilə bazara gedən,
Xırda pul olmasa, boş gələcəkdi.
Yalana aldanıb, xeyrini güdən,
İstər arabaya qoş, gələcəkdi.
Əgər mərdin işi düşsə xəsisə,
Dövlət əldən gedər, boş qalar kisə.
Sığınsan namərdə, uysan nakəsə,
Hər addım başına iş gələcəkdi.
Var-dövlət bölünər, ağıl bölünməz,
Alın yazısını silsən, silinməz.
Zülfüqar, dünyanın işi bilinməz.
Kim kimin oxuna tuş gələcəkdi.
Mənəm
Özüm də özümə qənim olmuşam,
Döyülən də mənəm, döyən də mənəm.
Yaxşı ki, mən özüm mənim olmuşam,
Söyülən də mənəm, söyən də mənəm.
De, niyə borcludu aqil nadana?
Bu hikməti kim anlaya, kim qana.
Hamının oduna hey yana-yana,
Yanmaqla özünü öyən də mənəm.
Dost istəsə, min şölə var çıramda,
Haqq buyurub, əlim yoxdur haramda.
Zülfüqaram, qurd olmuşam yaramda,
İçimdə özümü yeyən də mənəm.
Məni
Ölüm, qalım dünyasıdı,
Nə gözləyir görən məni?
Daşa dönsəm, divarlara,
Tapılarmı hörən məni?
Bu dövrandan gəldim zara,
Beş gün gördüm, üçü qara.
Xaraba qalmış damlara
Eylədilər kərən məni.
Kimlər üçün doğulmuşam?
Qəm gölündə boğulmuşam.
Dövran sıxıb, yığılmışam.
Niyə yoxdu görən məni?
Zülfüqaram, üzüm gülməz,
Gedən günlər geri gəlməz.
Palaz olum, üstümdə gəz,
Etmə pərən-pərən məni.
25. 10.1996
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sabah bağlı olacaq yollar məlum oldu
Maraqlı ideyalar
South beach pəhrizi ilə 12 kq arıqlayın!
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Girov götürülən 30 azərbaycanlıdan yeni xəbər
Sellülit əleyhinə vasitələr
İnsanlar nə üçün tez məğlub olur?
Hansı üz quruluşuna tellər yaraşar?
BÜRCLƏR bizə nə vəd edir? -1 İyun
Toydağıdan "xınayaxdı": bu kimə lazımdır?
Gözəl saatlar
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
Necati Şaşmaz Amerikada evlənib?-FOTO
Heyvanları insana bənzədən illüziya
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Qaynar.info saytı dağıdıldı
"Adı: Zehra" serialı final edir-FOTO
Süd və banan pəhrizi
Baş Prokurorluqdan Qarabağa gələn xarici ölkə vətəndaşlarına MÜRACİƏT - VİDEO
Hava haqqında
İnstagramdakı ''Son Görünmə vaxtı'' necə deaktiv edilir?
Bəs bizim "Pepe" bizə nə öyrədir?
Seçkiyə hazırıqmı?
Uşaq ayaqqabıları (2)
Ukrayna prezitendi azərbaycanlı musiqiçiyə vətəndaşlıq verib
Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib
Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ
Sağlam dəri üçün...
Sağlam olmaq üçün faydalı qidalar
"Dördbucaq" piroqu(foto resept)
Regionlara gediş-gəliş test verməklə mümkün ola bilər? - AÇIQLAMA
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
Bütün kalorilər yansın!
Topladığı qəpiklər sayəsində “Cek pot” uddu
Bulvarda sürprizlər
Ünsiyyətdə müsbət kəlmələrin gücü- Yaradıcı düşüncə (1)
Təbii saç boyama üsulu
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Hamiləlik düşünənlər üçün məsləhətlər
HAVA necə olacaq?-5 dekabr
Facebook-da yenilik var
Model olduğunu düşünürdülər,ƏSLİNDƏ isə-FOTO
Mətbəx mebeli dizaynları
Bakıya yağış, rayonlara qar yağacaq
Qabartma tozunun ev şəraitində hazırlanması
Təkrar zəlzələ gözlənilirmi? – RƏSMİ AÇIQLAMA
Bunları bilirdizmi?
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Süd ilə arıqlama















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]