Müdrüklük
Zirvədə dayanıb müdrük adamlar,
Hər kəs o zirvəyə çıxa bilməyir.
Ayaq üstə ölür köklü ağaclar,
Əcəl öldürsə də, yıxa bilməyir.
Kimi südə çəkir, kimisi qana,
El verir qiyməti yaxşı, yamana.
Göz çəpsə, neyləsin ona zamana?
Düz yola düzünə baxa bilməyir.
Gücü eldə axtar, hikməti sözdə,
Dönüklük eyləmə saldığın izdə.
Qayalar uçuran sel də, dəniz də
Yerindən çalxanır, axa bilməyir.
Zülfüqar, hey gedir ömür karvanı,
Qayıdan vardırsa, göstər, o hanı?
Tutmaq istəyənlər bütün cahanı,
İldırım olsa da, çaxa bilməyir.
Tuş gələcəkdi
Külçə qızıl ilə bazara gedən,
Xırda pul olmasa, boş gələcəkdi.
Yalana aldanıb, xeyrini güdən,
İstər arabaya qoş, gələcəkdi.
Əgər mərdin işi düşsə xəsisə,
Dövlət əldən gedər, boş qalar kisə.
Sığınsan namərdə, uysan nakəsə,
Hər addım başına iş gələcəkdi.
Var-dövlət bölünər, ağıl bölünməz,
Alın yazısını silsən, silinməz.
Zülfüqar, dünyanın işi bilinməz.
Kim kimin oxuna tuş gələcəkdi.
Mənəm
Özüm də özümə qənim olmuşam,
Döyülən də mənəm, döyən də mənəm.
Yaxşı ki, mən özüm mənim olmuşam,
Söyülən də mənəm, söyən də mənəm.
De, niyə borcludu aqil nadana?
Bu hikməti kim anlaya, kim qana.
Hamının oduna hey yana-yana,
Yanmaqla özünü öyən də mənəm.
Dost istəsə, min şölə var çıramda,
Haqq buyurub, əlim yoxdur haramda.
Zülfüqaram, qurd olmuşam yaramda,
İçimdə özümü yeyən də mənəm.
Məni
Ölüm, qalım dünyasıdı,
Nə gözləyir görən məni?
Daşa dönsəm, divarlara,
Tapılarmı hörən məni?
Bu dövrandan gəldim zara,
Beş gün gördüm, üçü qara.
Xaraba qalmış damlara
Eylədilər kərən məni.
Kimlər üçün doğulmuşam?
Qəm gölündə boğulmuşam.
Dövran sıxıb, yığılmışam.
Niyə yoxdu görən məni?
Zülfüqaram, üzüm gülməz,
Gedən günlər geri gəlməz.
Palaz olum, üstümdə gəz,
Etmə pərən-pərən məni.
25. 10.1996
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Halit Ergenç 1 milyon dollarını itirdi
Roma Papası mikroblardan qorxur
Uşaqları cizgi filmindən qoruyun
Ailə müqəddəs anlayışdır
Vyetnam rəqibimiz oldu
Sobasız pirojna (foto resept)
Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır
Ajda Pekkandan Azərbaycana dəstək
Bakı qəsəbələrinə elektrik qatarlarının gedişi bərpa ediləcək
Sila və Hazer ilk dəfə -FOTO
Kaylinin qızı ən gənc sahibkar oldu - VİDEO
Tək nəfərlik fəsil
Kəs və yapışdır-13
Nikel allergiyası
Albalı tortu(foto resept)
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Bakıda inanılmaz ucuzlaşma
Makiyajla məşhurlara çevrilən Alexis
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
135 kiloqram olan qadın arıqlayıb model oldu-FOTO
Bakıda saxta pul çap edənlər tutuldu
Tətil 1 mayadək uzadılacaq?-AÇIQLAMA
Hamiləlikdə yaşanan qorxular
Xalq şairi: "Ağrılardan qurtulmaq istəyirəm..."
Sidney Yemək Festivalının ideyası
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
Məşhur cütlüyün ayrılıq xəbəri yayıldı-FOTO
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI
Bu günün hava proqnozu - 05.11.2013
Bu günün tarixi (14.10.2014)
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Bədən ölçüləri ilə hər kəsi heyrətləndirdi-FOTO
“Ufak tefek cinayetler” aktrisasından qəribə istək-FOTO
Serj Sarkisyan : "Müharibə çıxış yolu deyil"
Roma papası Azərbaycana gələcək
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
Körpələrin yuxusu haqqında bilmədikləriniz
Tuğba sevgisindən danışdı-FOTO
Dünyanın ən soyuq məskənindən 21 foto
Jessica Albanın gözəllik sirləri
İran sürətlə dünyaya inteqrasiyaya başlayır
Yağ yandıran 2 detoks
Hava necə olacaq?
Günün ulduz falı - 25.09.2013
Aişvariya Rai və qızı da koronavirusa yoluxdu-FOTO
Alişan oğlu haqqında vacib qərar verdi-FOTO
"Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır"
Qarabağın yalnız bir həlli yolu var
Sabahın HAVAsı
Evlilik haqqında 8 həqiqət















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]