Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniya Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, X.Xələfov Azərbaycanla Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpa olunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
Azərbaycanla Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən P.Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən P.Teesalu paytaxtımızda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nin bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.
Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair ölkəmizin mövqeyinin anlaşma ilə qəbul olunduğunu bildirib. P.Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyə olunduğunu xüsusilə vurğulayıb.
Birinci Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
WhatsApp-da yeni üsul var
Elman Rüstəmov manatdan DANIŞDI
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
Rusiyadan keçmiş SSRİ vətəndaşları ilə bağlı KRİTİK HƏMLƏ
"Çingiz mənim kumirimdir"
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
Mərkəzi Bankdan kredit açıqlaması
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Leyla Əliyeva açılışda - FOTO
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər
Ən çox televizora baxan xalq hansıdır?
Fettuccine Alfredo (foto resept)
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
HAVA necə olacaq?- 22 APREL
Böyüməmiş ana olan qızlar
Ayran şorbası
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Baş epidemioloqdan AÇIQLAMA
İstiqaməti kompassız təyin edən canlılar
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
H&M qadın geyimləri
Darçının faydaları
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Balıq qadın ürəyinə xeyirlidir
Ev şəraitində gözəlləş!
Faydalı məsləhətlər
Yay üçün ayaqqabılar
Balığın əməliyyatına 380 avro ödədi
Qadınlarda hormon pozğunluğu əlamətləri
Sinemin makiyajsız FOTOsunu paylaşdı
Vivienin bürc illustrasiyaları
Dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələndi - FOTO
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi
Dünyanın ən qəribə ağacları
Dünyada İLK - Həbsxananı xatırladan KAFE - FOTO
YouTube Kids platformasını təqdim edəcək
Bu gerçəkdir, model deyil
Dil təmizliyi üçün təbii üsullar
Məşhur modeli təhqir etdilər-SƏBƏB
Bu ölkədə oruca qadağa qoyuldu
Bred Pittdən gözlənilməz hərəkət
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
Nardan ürəyə aparan yol
Stiven Siqal Rusiyada torpaq alacaq
Yuxu yozmaları - L
Azərbaycanda şagirdlərində cinsi inkişafı yoxlanılacaq.
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti
- ŞƏRHLƏR