
Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ermənilər böyük itkilər verdi
Halit Bergüzarın göz yaşlarından danışdı
Yeni dizaynlı Range Rover Evoque
Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor
Xərçəngdən qorunmaq istəyirsiz? Xoşbəxt olun!
Hicablı xanımlar üçün qış geyimləri
Pəhrizdə olarkən bunları etməyin!
Qaymaqlı tort (foto resept)
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Ceyhun Bayramov: “İnternatların qısa müddətdə tam ləğvi gözlənilmir”
Sobada pendirli toyuq (foto resept)
Bella HAMİLƏ olduğunu dedi inanmadılar-FOTO
Turistlər səyahət etdikləri mağarada tələyə düşdülər
Bu şəxslərin maaşı 25 faiz artdı
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Azərbaycanda internet bahalaşır?
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
Karantində olan Ronaldudan koronavirusla bağlı böyük jest
Bergüzar Korelin körpəsinin cinsi məlum oldu - FOTO
Baharın gəlişini qeyd edən dələ
Yoldaşınızın gözündə sevgilisisiniz, yoxsa anası?
Maraqlı dibçəklər
Okeana atılmış məktub 50 il sonra tapıldı-FOTO
Azərbaycan "Eurovision-2016"da iştirakın təstiqlədi
Çavuşoğlu və Akar Bakıda: Belə bir gündə Azərbaycanda olmaq xoşbəxtlikdir - VİDEO
Allergiya mövsümü başladı
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
Güləşçilərin reytinqi açıqlandı
Hava haqqında
2019 Amerika Musiqi Mükafatları: Qırmızı Xalça
İŞİD-ə qarşı 1000 km divar tikilir
Hava haqqında - 13.12.2013
Məktəblilər üçün yeni kompüterlər istehsal ediləcək
Qadın bədəninin sirli hormonu - estrogen
Arda Turan evləndi – FOTO
Tibbdə inanılmaz yenilik: ölünü diriltdilər
""Formula 1" yarışında 5 min dollarlıq bilet satışı kifayət qədər olub"
Allahşükür Paşazadə xalqa müraciət etdi
Balıq piroqu (foto resept)
Ən yaxşı hellouin geyimləri
Pide (foto resept)
Bakıda dördəm dünyaya gəldi - FOTO
14 tibb bacısı eyni anda hamilədir
Türk qəhvəsinin faydaları
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
İstirahətə tələsin
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Bakı Metropolitenindən sökülən evlərlə bağlı açıqlama
Bədəni və zehni rahatladan üsullar















- ŞƏRHLƏR