Oxudum, xəbərdar oldum da, vardım,
Varlıqlar sirrini yer-yer axtardım.
Səni tapan kimi yumdum kitabı1,
Hamının sənədir gördüm xitabı.
Sənsən, hər varlığın içində sənsən,
Bütün canlılara həyat verənsən.
Yetişir sayəndə çörəyə insan,
Sən ucalt başımı, böyük Yaradan!
Məni bir gün belə sən ac eyləmə,
Özgə qapısına möhta...c eyləmə.
Ruzidən ödəyən sənsən xilqəti,
Ancaq özün yetir mənə neməti.
Ağlım şey kəsəli mən səhv etmədim,
Sənin dərgahından kənar getmədim,
Qapıma yolladın nemətimi sən,
İstəməmiş verdin qismətimi sən.
Qocalmışam sənin öz astananda,
Yetiş imdadıma qorxunc zamanda.
Bu sözlər xətadır, bu nədir, aman,
Sən mənimsən, demək, mənimdir cahan,
Sərgərdar qoymuşdur bu dünya məni,
Sən xilas edənsən, qurtar bəndəni.
Kimin qapısında töküm göz yaşı,
Hamının sayəndə ucalır başı.
Nə qədər örtülü sirlər vardır,
Səndən gizli deyil, bu, aşikardır.
İnsanın məqsədi məlumdur sənə,
Yetir arzusunu sən də yerinə.
Çatdırmasan məni bu arzuma sən,
Səndən də qərəzsiz yaşayaram mən.
Səndən axtardığım istək yaxşıdır,
Sənə könül açıb demək yaxşıdır.
Sirri desəm yada, eylər xar məni,
Səninlə danışmaq ucaldar məni.
Sən, ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.
Ucaltsın başını ilahi qüdrət,
Şadlıq tacı geysin ondakı himmət.
İşləri nizama düşsün, var olsun,
O, dərvişdirsə də, tacidar olsun2.
1. Yəni sirrini dərk etdiyim bütün ulduzlardan və elmlərdən əl çəkdim.
2. Onun yüksək niyyət və ülvi mənəviyyatının başına azacıq ruzi ilə kifayətlənmək tacını qoy ki, qiyamət günü insan bu dünyada gördüyü əməllərə hesabat verərkən o, öz yoxsul, dərvişanə, təvazökar keçirdiyi ömrünün hesabına padşahlıq rütbəsinə layiq görülsün.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
Ledi Qaqa evindən Konsert verəcək
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qeyri-adi ayaqqabılar
Bijuteriyalar 2
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Günün ulduz falı
Mənim toxuduqlarım
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Bir ildir Yaşarsızıq, unutmadıq
Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Sağlam pəhriz
Bakının Qızlar Universitetində oğlan?
Aşbaz 5 milyon avroya təyyarə alır
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Kayli Cenner və Travis Skot barışıb
Hind kinosunda "inqilab" başlanır-FOTO
Nusret klipə çəkildi - VİDEO
Bu günün hava proqnozu
Qubada 20 Yanvar şəhidlərini andılar
İctimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Qızıl maska sayəsində dəriniz işıldasın!
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Toxumaq dərsi-8
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Avqust
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Acı souslu makaron (foto-resept)
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Uşaqlara masajı necə edirlər?
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
B12 vitamininin "səyahəti"
Ermənistan Azərbaycana başqa yol qoymur
Saçlarınızın parlaq və sağlam qalması üçün...
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Çox yağda qızartma
- ŞƏRHLƏR