-Ay bala, gəl yeməyini ye. Yenə hara qaçırsan səhərin gözü açılmamış?
-Gəlirəm, nənə, qonşu həyətə qoyunlar girib. Yazığın zülmlə əkdiyi göy-göyərtini tapdalayırlar.
İbrahim qaça-qaça qonşunun bağçasına keçdi. Kiş-kiş edib qoyunları güclə də olsa çıxarmağı bacardı. Qonşusu iki uşaqlı, xəstə qadın idi. Uşaqlarının yeməyini, geyimini göy-göyərti əkib-satmaqla qazanırdı. Əri onları atıb gedəndən bir dəfə də olsun onlara nə pul göndərmiş, nə də zəng vurub əhvallarını soruşmuşdu. Qadın Rusiyaya gedib gələnlərdən onun kefinin yerində olduğunu eşidirdi. Varlı bir rus qadınının evinə girib gününü keçirirdi. Bu qadın da burda iki uşaqla, xəstə canıyla sürünə-sürünə yaşayırdı.
İbrahimin bu qadına hörməti var idi. Onun uşaqlarına həsəd aparardı. Onların anası var idi, onlar üçün əlindən gələni edirdi, amma İbrahim...
İbrahim yetim idi. Anası o körpə ikən vəfat etmişdi, atası da başqası ilə evlənib getmişdi Rusiyaya. Heç oğlunu axtarmırdı. Demirdi ki, mənim boynubükük, anasız bir oğlum var. Gedim, görüm necədir, neyləyir. İbrahim həmişə bunları düşünürdü. Həmişə öz-özünə sual verirdi ki, görəsən niyə atası onu heç görməyə gəlmir. Görmək bir yana, heç zəng də vurmur. Heç yadına düşmür.
-Kimin qoyunlarıdır onlar?- Nənəsinin səsi İbrahimi sanki yuxudan oyatdı- Səhər-səhər yenə girir onun-bunun həyətinə. Allah sahibinə insaf versin.
-Nə bilim, ay nənə. Yazıq Münəvvər xala görsə ürəyi partlayar. Gör nə günə qoyublar.
-Day gəl yeməyini ye. Qayğanaq bişirdim, soyumasın.
-Gəldim.
Nənəsi bayaqdan İbrahimin o tərəf, bu tərəfinə keçir, nəsə deməyə çalışırdı sanki. Amma necə deyəcəyini bilmirdi.
-Nədi ay nənə? Sözlü adama oxşayırsan. De gəlsin!
-Bala, gəl sən dayının sözünə qulaq as. Qoy alsın sənə hərbi bileti, getmə əsgərə. Sən getsən mən neylərəm?- Nənəsi son sözdən sonra boğuldu, qəhərləndi. Önlüyünün ucu ilə gözünün yaşını sildi. - Sən mənə ananın əmanətisən. Qorxuram gözümdən kənara qoymağa. Qızımın qoxusunu səndən alıram. Gəl vaz keç bu fikrindən.
İbrahim yerində vurnuxdu. Artıq neçənci dəfəydi bu evdə o söhbət açılırdı. O isə israrla rədd edirdi bu təklifi. Ən böyük arzusu idi əsgər olmaq. Fikirləşirdi ki, ömrünün axırına kimi hərbçi olacaq, vətənə qulluq edəcək.
-Bunu danışmışıq da, nənə. Mən əsgər olmaq istəyirəm.
-Əsgər olub neyləyəcəksən e? O qədər əsgər gedənlər var. Sən getməsən də olar.
-A...elə şey olar? Mən onların üzünə necə baxaram? Onlar orda düşmənlə üzbəüz dursunlar, mən də oturum burda nənə balası olum? Anamın yatdığı torpağı qorumaq mənim borcumdu. Nənə, bir də mənə belə desən küsəcəm səndən.- İbrahim gözləri dolmuş nənəsini qucaqladı. Başını sinəsinə qoydu. –Qorxma, gedim xidmətimi başa vurum, gələcəm sənin yanına.
-Yaxşı, day dinmədim.
Nənəsi naümid şəkildə stula oturdu. Bu əsgərlik məsələsi çıxandan özünə yer tapmırdı. Qızını görürdü yuxuda. Görürdü ki, başında qara kəlağayla arxasını ona çevirib, üzü qibləyə tərəf dizlərini qucaqlayıb oturub. Qulağında qızının son nəfəsində ona dediyi sözlər cingildəyirdi. "Oğlum sənə əmanət, ay ana!"
-Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim....
İbrahimin ayaqqabısını geyinə-geyinə şən-şaqraq səslə dediyi şeir nənəsini fikirdən ayırdı.
-Yaxşı day, yaxşı...Hara gedirsən?
-Vüsalgilin ustası gələcək bu gün. Gedim kömək edim.
-Ehh, oğul...Allah ürəyinə görə versin.- Nənəsi dərindən ah çəkdi. İbrahimin təmiz qəlbi vardı. Hamıya kömək edərdi. Harda köməyə ehtiyacı olan görsəydi, heç fikirləşmədən kömək edərdi. Kim nə iş buyursa yerinə yetirərdi. Buna görə də kənddə hamı İbrahimi çox sevirdi. Hətta İbrahimin bu saflığından sui-istifadə edən insafsızlar da var idi.Onu istədikləri kimi işlədirdilər. Amma İbrahim bunu vecinə almazdı. Həmişə hamıya kömək etməyə çalışardı. Kim olur olsun.
***
Artıq ayrılıq məqamı gəlmişdi. İbrahim əsgər gedirdi. Nənəsi gecə səhərə kimi doyunca ağlamışdı. Çox qorxurdu. Sanki ürəyinə dammışdı ki, nəsə olacaq. İbrahimin boynuna sarılıb onu buraxmaq istəmirdi. Bəlkə 10 dəfə "özündən muğayat ol" dedi. İbrahim də nənsinin bu halına çox üzüldü. Uşaqlıqdan nənəsi saxlamışdı onu. Anasını ancaq şəkillərdə xatırlayırdı. Uşaq vaxtı həmişə öz-özünə deyirdi: "Kaş anam sağ olaydı. Nənəm çox yaşlıdır. Paltarlarımı ütüləməyi unudur çox vaxt. Özüm də ütüləyə bilmirəm. Kaş anam sağ olaydı. O məni yaşıdlarımın arasına ütüsüz paltarda buraxmazdı." Amma indi nənəsi olduğu üçün Allah şükr edirdi. Onu belə üzgün, qəmli görmək İbrahimə ağır gəldi. Sakitcə dayısının qulağına – Dayı, nənəmi apar da burdan. Onu belə görməyə dayana bilmirəm. Mən qayıdana kimi ona yaxşı bax. O mənim anamdır, bilirsən də....
-Sağ get, salamat gəl- dayısı da İbrahimin boynuna sarıldı.-İgidim mənim. Dayısının aslanı!
Daha sonra dayısı nənəsini də götürüb İbrahimdən ayrıldı.
***
Artıq 35 gün idi ki, İbrahim əsgərlikdə idi. Nənəsi onun gedişinə hələ də alışmamışdı. Hər gün səhər İbrahimin çox sevdiyi qayğanağı bişirib masanın üstünə qoyurdu. Sonra da götürüb toyuqlara atırdı. Bu gün də qayğanaq bişirmişdi. Masanın üstünə qoyub qarşı masada oturub fikrə getmişdi. Onu fikirlərdən oğlunun səsi ayırdı.
-Sabahın xeyir, ay ana! Nə olub? Yenə yumurta bişirmisən? Bax, qısqanıram ha... -deyib bir tikə çörəyi götürüb qayğanağa batırıb yemək istəyəndə anası əlinin üstünə vurdu.
-Çək əlini, İbrahimindi. Sən hələ də məni danışdırmadın İbrahimlə. Təşkil elə, komanirindən zaddan gör kimdə telefon var, ürəyim partladı. Hər gün yuxuma gəlir.
-Yaxşı, ana, bu gün çalışıb bir şey edərəm. - dedi və çıxdı. Heç 15 dəqiqə keçməmiş geri qayıtdı:
-Ana, al, İbrahimdi.
Arvad yerindən dik atıldı. Telefonu əlinə almamış qəhərləndi. Səsini nizamlamağa çalışıb telefonu qulağına tutdu.
-İbrahim!
-Can nənə! Necəsən?
-Sən gedəndən necə olum, ay bala?- nənənin səsi titrədi. – Sənə qayğanaq bişirmişəm.
İbrahimi gülmək tutdu. Amma bilindirmək istəmədi. Bilirdi ki, gülsə nənəsinin kövrək qəlbini qırmış olacaq.
-Sağ ol, ay nənə. Mənim paylarımı özün yeyərsən. Mən qayıdana kimi özünə yaxşı bax. Bir qram əskik olsa səndən inciyərəm. Özünə fikir ver. Burda hər şey yaxşıdır. Yemək də, içmək də. Sən narahat olma.
- ... Nənə susurdu. Yerinə isə göz yaşları danışırdı. İbrahim nənəsinin ağladığını hiss edirdi. Amma nə etməli? Nənəsi çox kövrək idi. Ağlama desə daha çox ağlayacaqdı. Ona görə də söhbəti yekunlaşdırmağa çalışdı.
-Yaxşı, nənə, məni çağırırlar. Yenə də danışarıq. İmkan olan kimi özüm zəng vuracam dayıma. Sənlə də danışarıq.
-Özündən muğayat ol, bala!- dedi və telefonu oğluna uzatdı.- Səsini eşitdim balamın.
***
Elə həmin gün bütün kənd bir xəbərlə sarsıldı. "İbrahim əsgərlikdə vəfat edib." Səbəbi isə iynə olub. Peyvənd üçün vurulan iynəni İbrahimin bədəni götürməyib. Xəstəxanaya çatdırsalar da çox gec olub. İbrahim artıq gözlərini əbədiyyətə yummuş, illərlə həsrətilə yaşadığı anasına qovuşmuşdu. Hamı dəhşətə gəlmişdi. Eşidən hər kəsi qəhər boğurdu, İbrahimin nənəsigilin həyətinə haya qaçırdı. Nənəni sakitləşdirmək qeyri-mümkün idi. Qadın var gücü ilə qışqırıb özünü ora-bura çırpırdı. "Əmanətinə sahib çıxa bilmədim, bala" deyib başına-dizinə çırpırdı. İynəni vuran həkimə qarğışlar edib çırpınırdı. Üz-gözü qan içində idi. Hərbi cənazə maşını həyətə daxil olanda nənə özündən getdi. Onu sakitləşdirmək üçün həkim çağırdılar. O ayılanda heç kəsi tanımır, heç nəyi xatırlamırdı sanki. Susqun şəkildə, bir küncdə oturub qorxaq baxışlarla insanları seyr edirdi. Qulağında isə hardansa, uzaqlardan gələn şən-şaqraq bir səs cingildəyirdi.
"Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim..."
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlənməkdə say məhdudiyyəti varmı?
Sabirabadlının başına "dövlət quşu" qondu
Şəkil çəkdirməyin qadağan olunduğu məşhur turistik məkanlar - SİYAHI
Azərbaycanda mülayim hava şəraiti davam edəcək
Gözəl maşınlar
Qaz smart-kartlarına 10 manat hədiyyə edilməsi ilə bağlı söhbətlərə aydınlıq gəldi - RƏSMİ
Hunzalılar -ən sağlam xalq
Rusiyaya daha bir şok
Azərbaycan telekanallarında ədəbi dilin istifadəsi ilə bağlı aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Gözəllik üçün praktik məsləhətlər
Bu gün Məhərrəm ayı başlayır
Kağızdan əl işləri
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Vafli (foto resept)
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Uşaqlara Vulkan, Leysan adlarının qoyulmasına icazə verilməyib
Günün ulduz falı - 22.12.2013
Prezident: “Təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik”
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Google sensor ekranlı noutbuk göstərdi
"ASAN xidmət" mərkəzlərində işləmək istəyirsiz?
Azərbaycanda könüllü donorların sayı AÇIQLANDI
190 manat nə vaxt ödəniləcək? - AÇIQLAMA
Bergüzar Korel hamilədir?
Kolleclərə tələbə qəbulu başladı
Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər
Kəsmikli xəmirdən burma (foto-resept)
Dahi futbolçu karyerasına son qoyub arzusuna qovuşacaq
Avtomobilə hansı hallarda həbs verilir?
Obamadan şok etiraf
Oxşar ulduzlar
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Avropa çempionatında inanılmaz dəyişiklik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kriştianu Ronaldu möcüzə edə bilmədi
Emosional zəka
Gözəllik salonundan yeni çıxmış kimi görünmək istəyirsiniz?
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Heyvansevərlər üçün maraqlı şəkilər
Meşələri istirahətə qurban verməyək
Sabahın HAVAsı
Smarfonların bu ziyanını bilmirdiniz
Şəhid ailələrindən 1 700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edilib
Kəsmik kürəcikli, şokoladlı keks (foto resept)
5 möhtəşəm oval dırnaq manikürü
İngilis dili-Mm
2020-ci ilin ayaqqabı trendləri
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
İngilis mediası Meqanı tənqid etdi-FOTO
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO
- ŞƏRHLƏR