Mən qəribə bir insanam. Hələ yaşadıqlarımdan sonra daha da qəribə olmuşam. Adım Elxandır, 25 yaşım var. Yaşım 25 olsa da üzdən baxdıqda mənə 30-35 yaş vermək olar. Yaşadıqlarım simamda əks olunub sanki. Nəysə, söhbəti uzatmağın nə mənası? Keçim mətləbə.
Yadımdadır tam 7 il bundan əvvəl olardı, 2006-cı il olardı. Yay ayları idi. İmtahana getmişdim ali məktəbə görə. Bayırda bir az gözlədikdən sonra içəri buraxılış başlandı. Daha sonra mən də içəri daxil oldum, otağımı axtarmağa başladım. Bir müddət sonra tapıb otağıma daxil oldum. Otağın əksəriyyətini oğlanlar təşkil edirdi. Mən yerimi tapıb əyləşdim. Məndən qabaqda bir qız əyləşmişdi. Birdən başını arxaya çevirdi. O an mən yerimdəcə donub qaldım. Aman Allah bu nə gözəllikdir?! O an ürəyimə elə bil kimsə ox atdı, ox qəlbimi deşib keçdi sanki. Uzun sarı saçları vardı. Sanki günəş öz saçlarından bağışlamışdı ona. Ağappaq bir qız idi. Hələ gülüşünü demirəm. Nəysə birdən nəzarətçi otağa daxil oldu. Az sonra testlər paylanıldı. Mən bir təhər onu ağlımdan çıxarıb fikrimi testə verməyə çalışdım. Mən o qədər də güclü dərs oxuyan deyildim. Özümə görə savadım var idi amma. Nəysə, bildiyim sualları cavablandırdım, daha sonra cavab anketində cavabları qeyd etdim. İmtahan bitdi, bayıra çıxdıq. Fikrim bayaqkı qızda idi . Otaqdan bayıra çıxanda bir ara sıxlıq oldu, məni arxadan kimsə itələdi və mən özümdən asılı olmayaraq bayarki qıza toxundum. Mənə baxdı o an. Mən də:
- Bağışlayın, istəmədən oldu.
- Eybi yox, Allah bağışlasın.
Düşündüm ki, onunla danışmışkən tanış da olum. Əlimi ona uzadaraq:
- Mənim adım Elxandır.
O, bir az mənə baxdı, ilk öncə tərəddüd etdi, amma daha sonra o da əlini mənə tərəf uzadaraq:
- Mənim də adım Nərmindir.
- Tanış olnağımıza şad oldum. İmtahan necə keçdi?
- Yaxşı, sizdə?
- Məndə də yaxşı keçdi. İnşAllah daxil olarıq ikimiz də.
- Amin. Nəysə mən gedim, valideynlərim gözləməsinlər.
- Hə yaxşı, sağ olun.
Daha sonra düşündüm ki, ona əlimi uzatmaqla düzgünmü etdim? Yox, yox ,düz elədim. Hər halda kobud hərəkət olsaydı, əl uzatmaq, o da əlini mənə uzadıb əlimi sıxmazdı. Az sonra mən bayıra çıxıb valideynlərimi tapdım.
Atam:
- Hə oğlu , necə keçdi imtahan?
- Yaxşı keçdi, ata.
- Hə xeyirlisi, inşAllah oğlum, gəl gedək evə.
- Hə gedək ata, ana, gəl gedək.
- Gəlirəm oğlum.
Maşına minib evə üz tutduq. Yolda gedən zaman atam nə isə danışırdı, amma mən ona qulaq asmırdım, nə soruşurdusa məndən, mən də cavabında “hə, ata düz deyirsən” deyirdim. Fikrim Nərminin yanında idi. Evə çatdıq, mən yemək yemədim, sadəcə yorğun olduğumu söylədim və otağıma qalxdım. Otağıma daxil olub çarpayımda uzandım. Hələ də yadımdan çıxara bilmirdim onu. Görəsən bir də görəcəkdim onu? Yox əşşi, harada görəcəkdim ki? Bu fikirlərlə məni yuxu apardı və yatdım. Birdən telefonumun səsinə oyandım. Dostlarım idi zəng edən:
- Hardasan?
- Evdə
- Çıx bayıra, bir az hava alaq.
- Yox istəmirəm, yorğunam, bir az dincələcəm.
- Hə, yaxşı, oldu o zaman, hələlik.
- Hələlik.
Nəysə bir neçə gün ötüb keçdi və imtahanların cavabları bəlli oldu. Mən III ixtisas qrupu üzrə imtahan vermişdim. Cavablara baxdım və 375 bal topladığımı görüb sevindim. Tez gəlib sevincimi valideynlərimlə paylaşdım, onlar da sevindilər. Bir neçə gün sonra atamla getdim ki, balıma uyğun ixtisasları seçməyə. Mən maşından düşdüm və binaya daxil oldum, atam isə məni bayırda gözləyirdi. Daha sonra içəridə bizə vərəqlər paylandı və hər kəs öz topladığı bala uyğun ixtisasları seçib yazdı. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini seçdim. Uşaqlıqdan arzum idi həmin universitetin tələbəsi olmaq. Bundan əlavə daha bir neçə yer seçib yazdım. İşim bitdikdən sonra vərəqi nəzarətçiyə təqdim edib otaqdan çıxdım. Atamın yanına gələrək:
- Hə, ata, gəl gedək evə.
- Gedək oğlum.
Yolda gedən zaman ürəyimdə arzu edirdim ki, ay Allah, nə olar ikimiz də eyni universitetin, eyni fakültəsinə daxil olardıq. Necə gözəl olardı. Xəyal qurmaq ən gözəl şeydi. Amma adı üstündə “xəyal” ... Gerçək olması imkansız.
Nəysə, beləcə günlər ötdü və mən xəyallarımdakı universitetin tələbəsi adını qazandığımı öyrəndim. Bəli, mən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetin tələbəsi idim. Çox xoşbəxt idim.
Günlər keçir və budur, bu gün mənim ilk dərs günüm idi. Evdən çıxdım universitetə gəlmək üçün. Həyəcanlı idim, həm də çox. Atam o gün işdə idi və mən dərsə avtobusla getməli oldum. Gəldim universitetə çatdım, içəri daxil oldum. Otağımızın nömrəsini öyrənib yuxarı qalxdım. Çətinliklə də olsa otağı tapdım və içəri daxil oldum. İçəridə 5-6 nəfər var idi. Salam verdim və bir yer tapıb əyləşdim. Başımı aşağı saldım. Elə bir az keçmişdi ki, ayaq səsləri eşitdim. Mənə tərəf gələn ayaq səsləri və birdən kimsə mənə toxunaraq: "Elxan?"
Mən başımı qaldırdım, gözlərimə inanmadım. Bu ki Nərmin idi. Yuxu olduğunu sandım və gözlərimi ovuşdurub, yumub-açdım. Gözlərimi açdıqdan sonra yenə də həmən mənzərənin şahidi oldum. Mən özümü toplayaraq:
- Salam Nərmin, hə, Elxan, necəsən?
- Yaxşıyam, çox sağol, sən necəsən?
- Mən də yaxşıyam. Sən burada xeyir ola?
- Mən buranın tələbəsiyəm artıq, deyəsən sən də buranın tələbəsisən artıq, hə?
- Doğurdan deyirsən? Hə, hə mən də buranın tələbəsiyəm artıq.
- Deməli birgə oxuyacağıq.
- Hə, sevindim.
- Nəysə mən keçim əyləşim.
- Hə yaxşı.
Daha sonra o keçib mənim qarşımda əyləşdi. Az sonra müəllimimiz gəldi, tanış olduq. O gün mən, ancaq Nərminə baxdım. Onun isə fikri müəllimdə idi. Deyəsən yavaş-yavaş ona aşiq olurdum. Deyəsən nədi? Artıq aşiq olmuşdum Nərminə. Neyləyəcəyimi özüm də bilmirdim.
Nəysə, belə-belə günlər ötüb keçirdi. Biz artıq Nərminlə yaxın dost idik. Onun nə dərdi olsa idi mənə açardı, mənim də nə dərdim olsaydı, ona açardım. Bir gün bütün cəsarətimi topladım və ona ürəyimi açacağımı qərara aldım. Dərsə gəldik. Mən həmişəki kimi onu izləyir, o isə yenə də müəllimə qulaq asırdı. Dərs bitdi, biz daha sonra tənəffüsə çıxdıq. Ona onunla vacib bir şey danışacağımı söylədim. O da:
- Yaxşı, gəl bayıra çıxaq, de.
Daha sonra biz bayıra çıxdıq. Həyətdə bir skamyada əyləşdik.
- Nə deyəcəkdin ki mənə?
- Mən bunu sənə deyim, deməyim deyə çox düşündüm. Amma sonda deməyi qərara aldım. Xahiş edirəm sözümü kəsmə. Mən səni ilk görəndən bəri sənə, sənin gözəlliyinə valeh olmuşam.
- Çox sağ ol...
- Və deyəsən mən, mən, mən...
- Aha?
- Sanki o da bunu gözləyirdi. Aha, sən nə?
- Mən deyəcəkdim ki, gəl gedək yemək yeyək, dərsimiz bitdikdən sonra, sadəcə ikimiz...
Mən bunu dedikdən sonra onun az öncə üzündə yaranan gülüş bir anda soldu və könülsüz bir şəkildə təklifimə razılıq verdi. Daha sonra o sinfə qalxdı, mənsə biraz daha oturub sonra gələcəyimi söylədim. O, getdikdən sonra başladım özümü danlamağa. Yemək nədi? Nə yemək? Yemək haradan çıxdı? Bir dəqiqə, bir dəqiqə... Bəlkə yemək yeyəndə açım ona ürəyimi? Həm bir az da cəsarət toplardım o vaxta qədər. Daha sonra mən də yuxarı qalxdım. Az sonra tənəffüs bitdi və dərs başladı. Mən yenə ona baxırdım. Birdən o üzünü mənə çevirdi və ona baxdığımı görüb güldü, lakin heç halını pozmadan:
- Qələmini olar mənə verəsən? Mənimkinin mürəkkəbi bitib.
- Hə əlbəttə, buyur, buyur.
- Çox sağ ol.
- Dəyməz.
Mən ona baxmaqdan heç doymurdum. İstəyirdim səhərdən-axşama qədər ona baxım. Az sonra bir də onu gördüm ki, dərs bitdi, tənəffüs idi artıq.
Nərmin mənə yaxınlaşaraq:
- Gedək yemək yeməyə?
- Hə, gəl gedək. Biz bir kafeyə getdik daha sonra. Yemək seçdik və az sonra yemək gəldi. Yemək yeyən zaman mən başladım danışmağa dərslərdən və s. Birdən özümdən asılı olmayaraq sözümün ortasında ağzımdan “Nərmin, mən səni sevirəm” çıxdı. Elə bu an bir də onu gördüm ki, Nərmin qəribə baxışlarla mənə baxır.
Mən:
- Bağışla, bağışla, birdən çıxdı ağzımdan istəmədən.
- Niyə üzr istəyirsən ki? Düzünə qalsa mən də səni sevirəm.
- Nə?
- Hə, hə mən də səni sevirəm. Elə ilk gördüyüm gündən. Sənin də məni sevdiyini bilirdim, səni çox görmüşəm dərs zamanı mənə baxan, amma bildirməmişəm.
- Nərmin, mən də səni ilk gördüyüm gündən sevirəm. Həm də çox sevirəm. O gün dünyada məndən xoşbəxt birisi ola bilməzdi yəqin ki. O gündən biz sevgili olduq. Mən onu dərsdə nə qədər görsəm də yenə də yetmirdi mənə. Onun günün 24 saatı görmək, hər an yanımda olmasını istəyirdim. Bəlkə onunla axşamlar telefonla mesajlaşır və yaxud danışırdım, amma səsi içimdəkini məhv etməyi bacarmırdı. Onun üzünü, gözünü, saçlarını heç nəyə dəyişməzdim. Onu çox sevirdim.
Bir gün onun ad günü idi. Ona sürpriz hazırlamaq qərarına gəldim. Sürprizi universitetdə edəcəkdim. Bu fikrimi dostlarımla da paylaşdım, onlar da mənə kömək edəcəklərini söylədilər. Mən universitetə qəbul olduqdan sonra gitara kursuna getmişdim. Arada bir özüm üçün mahnılar bəstələyib gitarada ifa edirdim. Fikrim də bu idi ki, tənəffüs vaxtı yeməkxanada ona sürpriz ad günü hazırlayacaq və ona hədiyyə olaraq gitara ilə mahnı ifa edəcəkdim. Nəysə onun ad günü gəldi, yetişdi. Səhər mən və dostlarım dərsə bir az tez gəlmişdik ki, hazırlıqları görüb, rektordan icazə alaq. Nəysə icazə aldıq, sağ olsun rektorumuz anlayışla qarşıladı fikrimizi. Daha sonra yeməkxanadan bir neçə bər-bəzək asdıq. İlk dərsə girmədim. Bir də gördüm Nərmin mənə mesaj yazıb ki, canım haradasan? Dərsə niyə gəlməmisən?
Mən cavabında:
- Canım səhər yuxuya qalmışdım, avtobusa gecikdim, indi yoldayam gəlirəm,- yazdım.
O da cavabında:
- Oldu, tez gəl, darıxmışam sənin üçün - yazdı.
Bir müddət sonra hazırlıqlar bitdi. Tənəffüs oldu və dostlarıma tapşırdım ki, nə olur olsun Nərmin yeməkxanaya girməməlidir. Onlar da razılıq verdilər. Daha sonra dostlarıma dedim ki, mən bu gün dərsə girməyəcəyəm. İkinci dərs bitib tənəffüs olduqdan sonra qızlara deyin ki, onu yeməkxanaya gətirsinlər. Mən o gün rektordan icazə almışdım ki, bütün günü dərsə girməyim. Rektor da sağ olsun insanı başa düşən biri idi. Nəysə, mən daha sonra Nərminə mesaj yazdım ki, “mən hələ də avtobus dayanacağındayam, alınsa gələcəm dərsə, alınmasa da dərsdən sonra bir yerdə görüşərik. O da cavabında:
- “Yaxşı canım, amma bu gün mütləq görüşək” yazdı.
Mən yeməkxanada son hazırlıqları elə təzəcə görüb bitirmişdim ki, zəng vuruldu. Az sonra o qızlarla yeməkxanaya daxil oldu və mən qapının arxasından çıxdım və gitarayla mahnını ifa etməyə başladım. Mahnımı bitirdikdən o mənim boynuma sarıldı.
- Canım çox sağ ol, yaxşı ki, varsan, yaxşı ki, həyatımdasan. Məni heç vaxt atma, tərk etmə. Sənsiz yaşaya bilmərəm mən. Səni çox sevirəm.
- Canım sən də yaxşı ki,varsan. İnşAllah canım. Mən də sənsiz yaşaya bilmərəm. Mən də səni çox sevirəm.
Daha sonra yeməkxanada olan hər kəs bizi alqışladı. O gün heç yadımdan çıxmır. O gündən sonra biz bir-birimizə daha da çox bağlandıq. Onsuz keçmək bilməyən zaman, onunla olduğum zaman mənə yetmirdi.
Günlərin bir günü mən qərara aldım ki, Nərminlə aramızdakı münasibəti valideynlərimə söyləyim, əgər Nərminin də razılığı olsa idi nişanlanardıq həm də. Hər halda nişanlanmaq istəyimi açıq-aydın və birdən-birə deyə bilməzdim Nərminə. Ağlıma bir fikir gəlmişdi.
Bir gün ona bir üzük aldım. Üzüyü qutusundan çıxardım, qutuya sadəcə bir neçə kağız qoydum. Kağıza bir neçə söz yazmışdım. Daha sonra üzük qabını paket formasında bağlatdırdım. Səhərisi gün dərsə gəldik. Bəxtimdən ilk dərs boş idi, müəllim xəstələnmişdi, gəlməmişdi dərsə. Gedib Nərminin yanında əyləşdim. Deyəsən ona soyuq idi, dərsdə palto ilə əyləşmişdi. Bu mənim işimi daha da rahatlaşdırdı. Yanında əyləşdikdən sonra paketi cibinə atdım, xəbər tutmadı qızlarla söhbət edirdi. Daha sonra mən:
- Canım, cibindəki nədir?
- Heç nə, canım.
- Canım, cibində nəsə var axı, hər halda boş olsa idi, cibin boş görünərdi. Bir əlini at bax gör nədir.
Mənim sözümdən sonra Nərmin əlini cibinə atdı və paketi çıxardı.
- Aaaaa, bu nədi? Bu mənim cibimə necə girib?
- Nə bilim, bəlkə kimsə qoyub?
- Sən qoymusan? Nədir bu?
- Aç bax bilərsən...
Daha sonra paketi açıb üzük qabını gördü və üzük qabının ağzını açdı və içinə vərəq qoymuşdum açdı və oxudu. Vərəqdə belə yazmışdım. “Üzük qabını açanda bilirəm istədiyin mənzərə ilə qarşılaşmadın. Səndən bir xahişim var. Üzük qabının döşəkcəsini qaldır”. Daha sonra o döşəkcəni qaldırdı. Orada da kağız var idi. Onu da açıb oxudu. Orada belə yazmışdım. “Sən bir Günəşsən, mən isə ətrafında fırlanan Yer kürəsi. Sən olmasan, mənim ömrümü işıqlandırmasan, mən məhv olaram. Sənə bir sual verim. Bir ömür Günəşim olub məni qızındırarsan? Qızındıraram deyirsənsə, paltonun cibinə yaxşı-yaxşı bax. “Az sonra o kağızı qırağa qoyub əlini cibinə atdı və deyəsən üzüyü tapdı. Birdən–birə üzərimə atıldı və boynumu qucaqlayaraq:
- Olaram, hə, hə, günəşin olaram. Bu, məni çox sevindirdi. Qrup yoldaşlarım da sevindi və bizi alqışlayıb təbrik etdilər. O gündən mən ona “Günəşim” deyirdim. Onu çox sevirdim. Nərminin də razılığını aldıqdan sonra evdəkilərlə danışmağı qərara aldım. Dərsdəm gəldim və gördüm ki, atamla-anam divanda əyləşib televizora baxırlar. Mən gedib yanlarında əyləşdim.
Atam:
- Sən bu universitetə qəbul olduğundan bəri üzünü görmək müşkül məsələyə çevrilib. De görüm dərslər necədir?
- Yaxşıdır, ata, çox sağ ol.
- De görüm qız filan var? Sevgilin filan? Hə?
O an atam tam ürəyimdən vurdu, mən söhbəti necə açacağımı bilməzkən.
- Hə, var ata. - deyib başımı aşağı saldım.
- Xeyirli olsun, oğlum.
- Çox sağ ol ata, mən də sizinlə bu barədə danışmaq istəyirdim elə. Söhbəti necə açacağımı bilmirdim, çox sağ ol söhbəti açdığına görə.
(ardı var)
Əhəd Əhədli
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR