Boşluq
Məhəbbət – sənin qəlbində başqa birisinin açdığı boşluqdur ki ,
sən onu heç cür doldura bilmirsən. (Müəllif)
Onunla qəfil rastlaşdığımız gün artıq axşam düşmüş, üstəlik, qalın duman birdən-birə şəhərin üstünə enib küçələri ağızbaağız doldurmuşdu. Evlərinə tələsən adamlar belə dumanda az qala burun-buruna gələn maşınların arasında tutqun kölgə kimi görünürdülər. Maşınlar həm bir-birinə yol verir, həm də piyadaları vurmamaq üçün ləngiyir; adamlar isə tez-tez bir-biri ilə toqquşur, itələşir, sanki bir-birinin zəif yerlərini tapıb aradan maneəsiz keçmək istəyirdilər.
O, düz üstümə yeridi, mən mümkün qədər labüd toqquşmadan yayınmağa çalışırdım; əllərimi yelləyib qəzadan qabaq həyəcan işarəsi verdim, yalnız buna macal tapdım; lakin vəziyyəti aydınlaşdırmaq, görünür, hər ikimiz üçün eyni dərəcədə əhəmiyyətli deyildi. O, ya maraq xatirinə, ya da sadəcə tələsdiyi üçün yolunu dəyişmədi. Uzun müddət yerimdə səndələdim, bərk soyuqluq hiss edirdim, axı onun keçdiyi yerdə böyük bir boşluq açılmış və bədənim müdafiəsiz qalmışdı.
Duman seyrəldikdən sonra onu yenidən görüm və çoxdankı tanış kimi salamladım. O, gün işığında fikirli halda mənə baxdı; görünür, nəyisə xatırlamağa çalışırdı; qiymətli anları əldən verməyib variantları götür-qoy edirdi; bu zaman mən ona tərəf gedirdim, onu bədənimdəki boşluğa daxil etməyə tələsirdim, amma o, son anda saymazyana böyrümdən ötüb keçdi.
Mən onu saxlamadım, çünki qəflətən məndə belə bir bədbin fikir yarandı ki, artıq o özü də bu boşluğu doldura bilməyəcək.
2003
Məktub
Hərdən sözlər elə asanlıqla seçilir, fikirlər elə səlis ifadə olunur ki, birdən sənə elə gəlir, qələmi saxlayıb sadəcə dodaqlarını tərpətməklə də həmin məktubu yazmaq mümkündür. Belə məktubu öz ünvanına yollamağa heç ehtiyac da qalmır. Axı bir də görürsən ki, çoxdan gözlədiyin məktub hələ gəlib sənə çatmayıb , lakin sən orada nə yazıldığını artıq bilirsən.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Eyfel qülləsinin "kiçik bacı"sı
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Məşhur cütlükdən etiraf
İdmanın uşaq sağlamlığına faydaları
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Bacarıqlı xanımlar üçün (5)
Xaş-xaşlı tort (foto resept)
Prezident İlham Əliyev dövlət qulluqçuları ilə bağlı fərman verdi
Dadlı, ancaq zərərli qidalar
Britni Spirs bir günlük evə buraxıldı-FOTO
Deyl Karnegidən 12 məsləhət (2)
İndiyə qədər minə yaxın şəxs koronavirus barədə yalan məlumatların qurbanı olub
"Qu quşunun nəğməsi" (foto resept)
HAVA necə olacaq?- 30 MART
MƏHŞURLAR EYNİ POZDA
Paltar tikərək milyonçu oldu-FOTO
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - RƏSMİ
Prezident seçkilərində MDB-dən olan qısamüddətli müşahidəçilər missiyası Azərbaycana gəlib
Hava haqqında
Yağlı dərinin parıldamasını necə aradan qaldıraq?
Ərizə qəbulu başlandı
Azərbaycan və Türkiyə Ordusunun Ermənistan sərhədinə toplanmasının səbəbi
Günün ulduz falı - 20.09.2013
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edildi - VİDEO
Bayram günlərində hava necə olacaq?
Əsmər qadınlar necə makiyaj etməlidir?
Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Gələn il Azərbaycanın əmək bazarında vəziyyət necə olacaq?
Güləşçilərin reytinqi açıqlandı
Sabah hava necə olacaq?
Türkiyə müxalifətindən Xocalıya ədalət tələbi
Professor-müəllimlər işə dəvət olunur
Yemək bişirmə üsulları
Azərbaycanda yeni binalar belə tikiləcək
Ad günü
Yaşlı insanların koronavirusdan qorunmasının yolları açıqlandı
Ağ geyinməyin incəlikləri
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
Günün ulduz falı
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
Dalkılıç onu tərk edən Handenin könlünü almağa çalışır
Ingilis Dili-VI Dərs
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Huawei yeni smartfonu göstərdi
Ziyafət geyimləri
Murat bir gündə iki ÖLÜM xəbəri aldı
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
Əməliyyat etmədən xəstənin mədəsini kiçiltdilər - UNİKAL ƏMƏLİYYAT
Saçınızı boyatmazdan əvvəl bilməyiniz lazım olan 10 məqam
2019 Qış Saç Trendləri
- ŞƏRHLƏR