Boşluq
Məhəbbət – sənin qəlbində başqa birisinin açdığı boşluqdur ki ,
sən onu heç cür doldura bilmirsən. (Müəllif)
Onunla qəfil rastlaşdığımız gün artıq axşam düşmüş, üstəlik, qalın duman birdən-birə şəhərin üstünə enib küçələri ağızbaağız doldurmuşdu. Evlərinə tələsən adamlar belə dumanda az qala burun-buruna gələn maşınların arasında tutqun kölgə kimi görünürdülər. Maşınlar həm bir-birinə yol verir, həm də piyadaları vurmamaq üçün ləngiyir; adamlar isə tez-tez bir-biri ilə toqquşur, itələşir, sanki bir-birinin zəif yerlərini tapıb aradan maneəsiz keçmək istəyirdilər.
O, düz üstümə yeridi, mən mümkün qədər labüd toqquşmadan yayınmağa çalışırdım; əllərimi yelləyib qəzadan qabaq həyəcan işarəsi verdim, yalnız buna macal tapdım; lakin vəziyyəti aydınlaşdırmaq, görünür, hər ikimiz üçün eyni dərəcədə əhəmiyyətli deyildi. O, ya maraq xatirinə, ya da sadəcə tələsdiyi üçün yolunu dəyişmədi. Uzun müddət yerimdə səndələdim, bərk soyuqluq hiss edirdim, axı onun keçdiyi yerdə böyük bir boşluq açılmış və bədənim müdafiəsiz qalmışdı.
Duman seyrəldikdən sonra onu yenidən görüm və çoxdankı tanış kimi salamladım. O, gün işığında fikirli halda mənə baxdı; görünür, nəyisə xatırlamağa çalışırdı; qiymətli anları əldən verməyib variantları götür-qoy edirdi; bu zaman mən ona tərəf gedirdim, onu bədənimdəki boşluğa daxil etməyə tələsirdim, amma o, son anda saymazyana böyrümdən ötüb keçdi.
Mən onu saxlamadım, çünki qəflətən məndə belə bir bədbin fikir yarandı ki, artıq o özü də bu boşluğu doldura bilməyəcək.
2003
Məktub
Hərdən sözlər elə asanlıqla seçilir, fikirlər elə səlis ifadə olunur ki, birdən sənə elə gəlir, qələmi saxlayıb sadəcə dodaqlarını tərpətməklə də həmin məktubu yazmaq mümkündür. Belə məktubu öz ünvanına yollamağa heç ehtiyac da qalmır. Axı bir də görürsən ki, çoxdan gözlədiyin məktub hələ gəlib sənə çatmayıb , lakin sən orada nə yazıldığını artıq bilirsən.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb
Rəngarəng qablar (2)
Yeddi Azərbaycan vətəndaşı Yəməndən çıxarıldı
Papa müsəlmanlar üçün müraciət etdi
Yerin nüvəsinə aid yeni kəşf
Botoks nədir?
Dünyanın ən bahalı atı-FOTO
Kabaklı kotletlər (foto resept)
Teylor Sviftdən nümunəvi addım-FOTO
Bəzi süd məhsulları və yumurta ucuzlaşıb
Türk kəndində "cəhənnəmə qapı" yarandı
Murat Boz Xocalı faciəsindən yazdı-FOTO
Erməni terrorçularının Azərbaycan ərazilərini hədəf alan raket zərbələri ilə bağlı XƏRİTƏ
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başladı
Ərdoğan Quran oxudu - VİDEO
Müxtəlif geyim tərzləri
Salma Hayek gözəlliyi ilə diqqət çəkdi-FOTO
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı
Limonlu suyun möcüzəvi faydası
Günün ulduz falı
İdmançı arıqlamaq istədi, məşqdə öldü
Almalı muffin (foto-resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-65
Bakı sakini yeni kombi düzəltdi – Sutkada 70 qəpiyə qızdırır-VİDEO
Azərbaycanın bir neçə şəhər və rayonunda qaz olmayacaq
Hava necə olacaq?
Ölümcül virus İsrailə də çatdı
16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb
COVID-19 testlərində pasiyentlərin və tibb işçilərinin səhvləri açıqlandı
Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib - RƏSMİ
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Ən böyük dirijabl
Dadlı toyuq qızartması (foto resept)
İcbari tibbi sığorta 3 ay ərzində tətbiq olunacaq? - AÇIQLAMA
Bakıda koronavirus testi pozitiv çıxan satıcı işə çıxdı - RƏSMİ + FOTO
Uşaqlarına dərs vermək üçün 90 kiloqram arıqladı
İrem Dericidən qəribə açıqlama
Ronaldinyodan Azərbaycana dəstək - VİDEO
İnsan dişli balıq hər kəsi təəccübləndirir
Günəş bizi bu xəstəlikdən qoruyurmuş – araşdırma
Kəsmikli peçenye (foto resept)
Niyə müharibə edirik?
Pomidorun nadir xüsusiyyətləri
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
Kartoflu çörək (foto-resept)
Ermənilərlə şiddətli atışma
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı
Prezidentlərin təkbətək görüşü
Dəbli köynək modelləri
Dəbli qadın qol saatları
- ŞƏRHLƏR