Nə çox təkrarı və nə çox eynisi vardı. Bu eynilik insanın içini ağrıdırdı. Dadı yox idi nəfəs almağın, dadı yox idi səhər oyanıb pəncərədən baxmağın.
Açılmamış kitabların, imtahan tarixləri üzərində çarpılar dolmuş dərs proqramlarının. Saata baxmağın, tələsməyin yox idi mənası...
Yenə bir təkrarın başında idi.
"Haydı" dedi, "Qalx, üzünü yu. Aynaya bir bax. Saçlarını düzəlt, ananın ütülədiyi ağ köynəyi gey. Laklı ayaqqabıları keçir ayaqlarına. Hollivuddan gəlmiş artistlər kimi düş bu yollara.
Çörəkçi yenə sənə baxıb bığ altından gülümsəsin. Kassadakı qızın pulun qalığını verərkən əlləri yenə titrəsin. Əlində çörək paketi evə gedən yolda Əhməd əminin iti arxandan yenə hürsün və sən yenə eyni addımlarla keçib gəl o yollardan. Kim bilir neçə dəfə saydığın addımlarına eyni ədəddə, eyni sürətdə bir yenisini daha əlavə et. Divardakı təqvimdən bir səhifə daha qopar".
Radionu aç. Sevmədiyin mahnılara rast gəlincə yenə kanalı dəyişdir.
Anan nahar üçün çağıranda "Yenəmi eyni şeylər" deyə bir az deyin. Əskik qalmasın heç bir şey. Axşama qədər düşünsün, nəyi var bu uşağın deyə. İçi-içini gəmirsin. Qab-qacaqları yuyarkən dilində ən sevdiyi mahnı donsun. Sevinci qaçsın və hətta bir az da ağlasın. Ana olmaq asan deyildi, olmadığını da anlasın...
Atan üzünə baxıb "dəli" desin. "Adam olmaz bundan. Oxuduğu o qədər il boşa getdi. Şükür yox, həmd yox, təşəkkür yox ataya. Üstünə bolca söz... Adam olmaz bundan. Olmaz, xanım" deyə deyilsin.
Böyük qardaşın məktəbdə öyrəndiyi bakteriyaları, virusları, parazitləri, göbələkləri izah etsin. Gigiyenadan, sterilizasiyadan, dezinfeksiyadan danışsın. Üstəlik, bir az etika, bir az ədəbiyyat, bir az da ünsiyyətdən danışsın. Amma həyatımızda yenə heç bir şey dəyişməsin... Danışmağı bitər-bitməz söyüş dolu sözləri beynimdə döyünsün.
Sözlərdə qalsın hər şey.
Kimsə gözümdəki donuqluğu fərq etməsin. Kimsə məqsədsiz olduğumu, hər gün eyni şeyləri eşitməkdən bezdiyimi, etməkdən usandığımı anlamasın. Kimsə aydın olmağa ehtiyacım olduğunu və əslində bunun sevgidən belə daha lazımlı olduğunu görməsin. İçimdəki fırtınanı, bədbəxtliyimi fərq etməsin... Və kimsə mənə necə xoşbəxt olacağamı öyrətməsin...
Qapı qarşısında ayaq səsləri eşitdi. Sakit, təlaşsız, ağır-ağır yaxınlaşan...
Hər zamankı kimi anası idi gələn. Qapı yavaşca açıldı. Gözləri yavaşca bağlandı. Yatmış olmaq ən yaxşısı idi. Ən gözəli idi.
Otaqdakı ayaq səsləri kəsildikdə alnına isti bir əl toxundu. Yanağına kiçik bir öpüş qondu. Saçlarını iylədi anası.
"Balam" deyən bir səs eşitdi. Gözlərini araladı. Sevilmək nə xoş idi, ana demək nə xoş idi.
- Ana, - dedi. - Yaxşı ki, varsan!
Hüzn dolu bir cüt göz sevgiylə baxırdı. Ana gülümsədi...
İçindəki şəlalə daha da coşdu. "Yaxşı ki, varsan" cümləsi varlığını daha da mənalı etdi. Nə gözəl bir söz idi bu belə. Sadə, amma mənalı. İçində "Sənə ehtiyac duyuram, mənə güc verirsən, səninlə ürəyim daha güclü atır" cümlələri gizli idi. Üzərində bir az düşünə bilsə, bəlkə başqa mənalar da tapardı. Amma bir uşağın anasına möhtaclığı əlbəttə olması lazımlı bir şey idi. Ana hər yaşda ana idi. Təcrübə idi, keçmiş illər idi, çəkilmiş ağrılar idi.
Ana əsəbi yox edən bir toxunuş, mənasızlığa atılan bir yumruq idi. Qarşılıq gözləmədən vermək idi. Fədakarlıq idi, sevgi idi. Ana varkən eynilik gedərdi. Ana dəyişdirərdi hər şeyi. Və anayla dəyişərdi hər şey...
Ana uzanan bir əl idi. O əldə, "səni tanıyıram, söyləmək istədiyini bilirəm, içindən keçəni görürəm" vardı. O əlini uzatdığı zaman müqaviməti qırılardı üsyanın. İçində yığılmış mənfilik yuvasından çıxardı. Bir rayihə salınırdı damarlarını örtən. Bir ümid doğurdu içində. Ana yaxşı ki, vardı...
- Haydı, qalx artıq dəli oğlan, - dedi. - Nahar hazırdır. Sən və mən ikimiz bir nahar edək. Belə yaxşı-yaxşı, kefini çıxara-çıxara. Bizimkilər erkən çıxdı. Böyük qardaşının imtahanı varmış. Erkən gedib bir az işləyəcəkmiş. Atan da işə getməzdən əvvəl yoldaşıgilə gedəcəkmiş. Sənin bu gün dərsinn yoxdur. Ona görə erkəndən qaldırmağa qıya bilmədim. Həm də evdə tək qalanda sıxılıram. Belə bir az söhbət edərik.
- Yaxşı - dedi - qalxıram.
Qalxdı. Əlini, üzünü yudu. Aynaya bir baxış atdı. Saçlarını düzəltdi. Üzərinə anasının ütülədiyi ağ köynəyi geydi. Bu gün çörək almaq yox idi. Çörəkçi bığ altından gülə bilməyəcəkdi. Kassir qızın əli titrəməyəcəkdi. Əhməd əminin iti ardından hürməyəcəkdi. Bu gün addımlarını saymayacaqdı. Atası deyinməyəcəkdi, böyük qardaşı dərslərini ona baxaraq yekunlaşdırmayacaqdı. Bu gün dünən deyildi. Bu gün başqa idi...
Gülümsədi...
İçindən isti düşüncələr keçdi. Amma çayın istiliyi, içinin aclığı daha da güclü idi. Masaya oturduğu zaman qabına qoyulan qızarmış çörəklər kərə yağıyla görüşmək üçün qışqırırdı. Necə də sevərdi qızarmış çörəklə kərə yağını. Üstünə də motal pendiri... Yanında açıq rəngli bir çay...
- Ohhh - dedi. - Dünya toxkən daha gözəldir.
Amma insanın tək acan yeri mədəsi deyildi. Mədə ən asan doyan yanı idi bəlkə də. Elə bir aclıq vardı ki, qidası hər vaxt sahibi olan əllərdən başqasında deyildi. Bacarıq onu tapmaq idi.
-Ana, dedi, - insan necə xoşbəxt olar?
Çaşmış baxışlarla bir an dayandı qadın. Oğlunun gözlərindəki axtarışı gördü. İçindəki sual işarələrini. Baxdı və susdu qadın. Hər vaxt bir insanda gördüyündən çox daha çoxu olduğunu xatırladı. Udqundu... Gülümsədi... Danışdı qadın:
- Özü üçün yaşamaqdan imtina edib, hər kəsə ana kimi davranmağı bacara biləndə - dedi.
- Yaxşı, insan ana kimi hər kəsə necə davrana bilər?
- Allahı sevməyi bacaranda.
- İnsan Allahı necə sevər?
- Ürəyində Onu Rəbbi olaraq qəbul edib hər anını onunla keçirmə istəyini içinə yerləşdirəndə.
İnsan o zaman Onu hər şeyin önünə gətirməsi lazım olduğunu anlayar. O zaman Onu elə bir istər ki, Ondan. Elə bir yalvarar ki, bu yalvarışla içində Ona dair cümlələr böyüyər, sevgi böyüyər, duyğular böyüyər. Necə ki, bir insanı sevəndə içindəki duyğuları gizləyə bilməyib aşkar etsə, insan Rəbbinə qarşı da elə aşkar edər. Saxlaya bilməz özünü. Onsuz da Ondan bir şey də saxlanmaz ki. Sən Onu çağıranda O həmişə səninlədir. Bil ki, gülüşün gülüşü, hüznün hüznüdür.
Onun insanın içindən keçməsi ən səssiz, amma ən dərindir. Allah bir dəfə gəzdimi içində Onun gəzdiyi hər yer bir gül bağçasına dönər və hər yerə özündən bir parça buraxar. Fərqində belə olmazsan na doğru olan yaxınlığının artdığının. Bir də baxarsan içində Ondan daha gözəli yoxdur. Bir də baxarsan dilində Onun adından başqası yoxdur!
- Yaxşı, insanın Allaha olan sevgisi necə daha çox artar?
- Onu necə sevməyin lazım olduğunu səndən daha yaxşı bilən və Allahın da çox sevdiyi, sevgini öyrətdiyi və sevməyi öyrədən Peyğəmbərinə tabe olub, onun ayaq izlərinə basaraq irəliləyəndə. Necə ki, zamanında Peyğəmbərimizə (s.ə.v) səhabələri tabe olaraq irşad məqamına çatmışlar, bax eləcə.
Ana susub cümlələri nöqtələyəndə, bir səssizlik bürüdü ortalığı. Ocaqda qaynayan çayın pıqqıltısı ətrafa yaydığı buxarı söz olub tökülürdü masaya. Oğul ilk dəfə anasını belə maraqla dinləmişdi. İlk dəfə anasının ürəyindəki gizlini, içindəki inandığına olan sevgini görmüşdü.
Sualına cavab almış idimi?
Almışdı.
Amma indi, gözündə işıq-işıq böyüyən bir ana vardı. Daha əvvəl fərqinə varmadığı bir dəyər, bir cövhər vardı.
Bəzən, axtardığımızı həmişə uzaqlarda axtarardıq.
Halbuki, gözümüzün önündə olardı, görməzdik.
Və bəzən, axtarmaqdan da uzaqdıq.
Sualla cavabın vuruşmasından geriyə qalanla öz içində səfərə çıxan oğul günəşi, ayı, ulduzları, gündüzü və gecəni düşündü. Günəş hər səhər doğulurdu və "mən sıxıldım artıq bir daha doğulmayacağam" demirdi. Digərləri də. Kainatda təkdüzəlik, eynilik, sıravilik deyə bir şey yox idi. Hər an bir möcüzə idi və hər "olmaq" möcüzənin ifşası idi.
Dərin bir nəfəs alıb udqundu. İçindən daha nələr keçdi, nələr. Amma söz uçar, yazı qalardı. Bir qələm götürdü əlinə. Bu yaxınlarda bir yerdə rast gəldiyi və kimə aid olduğunu bilmədiyi bir misranı yavaş-yavaş yazdı əlindəki salfetə...
"Hər kəs yaxşı mən yaman!
Hər kəs buğda, mən saman!"
Sonra... Sonra içindən bir sızıltı keçdi:
"Nə yaxşı ki, varsan... Allahım!.."
Dəyərli müəllimimə olan sevgisiylə Rəbbini tapan tələbələrindən biri.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR