Özofagusun daxili döşəyici təbəqəsindən inkişaf edən bədxassəli şişdir. Orqanın daxili təbəqəsindən inkişaf edən şiş, yemək borusunun içində aşağı, yuxarı və içəridən çölə doğru yayılır. Eyni zamanda limfa və qan damarları yoluyla da orqanizmin digər sahələrinə sıçraya bilər.
Ortaya Çıxması Necədir?
Özofagus xərçəngləri dünya üzrə bütün xərçənglər arasında 6-cı sırada yer alır. Bütün xərçənglərin yüzdə 1,5-2-i, həzm sistemi xərçənglərinin isə yüzdə 5-7-i təşkil edir.Görülməsi coğrafi bölgələrə görə dəyişir.Xüsusilə şərq bölgələrində çox görülür. Özofagus xərçəngi, 50-60 yaşlarında çox görülür, 30 yaşın altında nadir hallarda (%0,2) görülür. Kişilərdə qadınlara nisbətən təxminən 3 dəfə daha çox rast gəlinir.Özofagus xərçəngi, xəstələrin yarısında yemək borusunun orta hissəsində, üçdə birində alt hissəsində, geri qalanında isə üst hissəsində yerləşir. Yaşayış yerinə görə tətbiq olunan müalicə üsulları də dəyişiklik göstərir.
Özofagus xərçənginin səbəbləri, risk faktorları nələrdir?
Özofagus xərçəng xəstəliklərində risk amilləri:
–Siqaret, alkoqol istehlakı və maddə bağlılıqları,
–Qidalanma ilə bağlı faktorlar,
–Genetik və ekoloji faktorlar,
–Xərçəngə səbəb olan digər xəstəliklər də sadalana bilər.
ABŞ və Qərbi Avropada Özofagus xərçənginin ən mühüm səbəbi siqaretvə alkoqol istehlakıdır.Özofagus xərçənginin tez-tez görüldüyü digər bölgələrdə qidalanma ilə bağlı amillər siqaret və alkoqoldan daha ön plandadır.Alkoqolun təsiri tək başına olduqca az olub, siqaret ilə birlikdə Özofagus xərçəng riski doza və müddətə müvafiq olaraq çox yüksəlir.
Qidalanma ilə bağlı Faktorlar
Beta karoten, A, B, C, E vitaminləri, fol turşusu, riboflavin (vitamin növü),mineral və metallardan maqnezium, sink, selenyum,molibdenin antioksidant təsirləri, hüceyrə regenerasiyası və hüceyrə bölünməsi üzərindəki təsirləri məlumdur. Bu maddələrin kifayətsiz qəbul edilməsi xüsusilə buğda, qarğıdalı və düyüdən zəngin, təzə meyvə və tərəvəzdən qıt olan pəhriz nəticəsində önəmli risk yaratmaqdadır. Siqaret, alkoqol, təzə tərəvəz və meyvənin normadan az qəbul edilməsi, Özofagus xərçəngi üçün risk yaradan ən mühüm 3 amil kimi qəbul edilmişdir. Bu 3 amil Özofagus xərçəng xəstəlikli xəstələrdə %83 nisbətində müəyyən edilmişdir.
Qidalanma vərdişləri, xüsusilə də çox isti içkilərin çox miqdarda və tez-tez qəbul edilməsi əsas risk faktoru olaraq qəbul edilir.
Özofagus xərçənginin əlamətləri nələrdir?
–Udma çətinliyi
–Çəki itkisi
–Döş bölgəsində yanma və ağrı
–Qusma, qidaların ağıza geri gəlməsi
–Boyunda şişlik
–Anoreksiya- İştahsızlıq
–Səs tutulması
–Qanaxma
–Öskürək və boğulma hissi
Diaqnozu
Özofagus xərçəng xəstəliyi şübhəsi olan bütün xəstələrdəendoskopik müayinə ən mühüm diaqnoz vasitəsidir.Özofagoskopinin əhəmiyyəti yalnız diaqnoz qoyulmasında deyil, müalicənin nə şəkildə aparılacağının müəyyən edilməsi baxımından da böyükdür.
Müalicəsi
Özofagus xərçəng xəstəliklərində müalicənin növü ilk növbədəşişin mərhələsi və yeri olmaq üzrə bir çox faktora bağlıdır. Ancaq erkən təyin edilmiş faktlarda ən təsirli müalicə üsulu cərrahi müdaxilədir. Sadəcə cərrahi müalicənin və ya radioterapiyanınyetərli olmayacağı bəzi hallarda kombine (birlikdə) müalicələr aparıla bilər. İrəliləmiş xəstəlik hallarında cərrahi müalicə yalnız xəstənin qidalanmasının təminatına yönəlik olaraq edilə bilər.
Şişin yerləşdiyi yer də müalicə seçimində önəmlidir. Adətən Özofagusun 1/3 alt hissəsindəki şişlər cərrahi olaraq asan müalicə edilir. Üst hissədəki şişlərin isə cərrahi müalicə şansı daha azdır. Erkən lezyonlar cərrahiyyə üçün uyğun ikən ətraf toxumalara yayılım və metastazlar cərrahiyyə xaric üsulların axtarışını tələb edən səbəblərdir. Lezyonun boyu, dərinliyi və kütlənin total böyüklüyü müalicə seçimini istiqamətləndirə bilir çünki 7-8 sm-dən uzun şişlərin qonşutoxumalara yayılması ehtimalı çoxdur. Digər tərəfdən əlamətlərin müddəti də xəstəliyin mərhələsi baxımından əhəmiyyətlidir.
Fuad Nəzərov

XƏBƏR LENTİ
Dünya Kubokunun simvolik yığması
Didem Balçından gözlənilməz açıqlama
Qeyri-adi tikililər
Berkay və Hira barışdılar-FOTO
Uşağınızı elə tərbiyə edin ki...
Atatürkü bu adam zəhərləyib
Hərbi xidmət müddəti: hansı ölkədə çox, hansında azdır?
Azərbaycana gələn pullar azaldı
Dünyaca məşhur dərgi Bakıda çəkiliş etdi-FOTO
Bədən quruluşuna görə palto seçimi
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
Azərbaycanda qədim Quran tapıldı
Sofia Vergaranın gözəllik sirləri
Bel və kürək yağlarından xilas olmağın yolları
Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında yeni rekord
Bakıda Qurban qadağası
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Provans salatı (foto resept)
"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTO
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ
Atalıq məzuniyyəti... harada nə qədər?
Özünüzü qoruyun...
Ən xoşbəxt günüm
Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi
Cəbhədəki döyüş meydanından meyitlər çıxarılacaq - növbəti razılıq
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem
Düşbərə (foto-resept)
Bu şərtlə repetitor xidmətinə icazə verildi
Bakı Zooparkı fəaliyyətini dayandırır
Üz dərisini ağardan 3 maska
Kökəlmək istəyənlərin menyusu
Bakı sakinləri və qonaqlar İlk Avropa Oyunları əhvali-ruhiyyəsində
Xalq belə deyib
Yaz aylarında ən çox istifadə olunan dodaq boyaları
Boksçularımız 14 medalla birinci oldu
Tarkanın ikinci körpəsinin cinsiyyəti məlum oldu-FOTO
Türkiyə gözəli plastik əməliyyatdan imtina etdi-SƏBƏB
Kəs və yapışdır-6
Bulka və süd uşaqlarda sağlamlıq problemi yaradır.
Estetik əməliyyatlardan asılı oldu-FOTO
Hakan Şükür Türkiyə parlamentindəki digər vəzifəsini itirdi
Saçımıza qarşı etdiyimiz səhvlər
"Xalq İlham Əliyevə ona görə səs verdi ki, o, Azərbaycanda sabitliyin təminatçısıdır"
Maksim səhhətinə görə uzun müddət oxumayacaq-FOTO
Baxarkən nə görürsən? (Test)
HAVA necə olacaq?- 1 fevral
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Arıqlama haqda yanlış məlumatlar (1)
