Gənclik əyləncədir, gənclik coşqudur. Əylənmək, coşmaq, mahnı oxumaq, bəzən də yalnız qışqırmaq üçün gənclərin ən çox müraciət etdiyi məkanlar karaoke klublardır. Belə klublar vasitəsilə gənclər böyük səhnələrdə olduğu kimi musiqi sədaları altında mahnı oxuyur, özlərini məşhur müğənnilər kimi hiss edir, özlərinin də dedikləri kimi stress atırlar. Bəzən o qədər əylənirlər ki, klubdan ayrıldıqda səsləri belə tutulur.
“Karaoke” sevərlər arasında müxtəlif təcrübələr aparan alimlər bu cür istirahətin əhvalın yüksəlməsinə, stressin keçməsinə təsir etdiyini sübut ediblər. Məlum olub ki, müntəzəm “karaoke” oxuyanlar arasında ürək xəstəliklərinə tutulanlar daha azdır. Gənclər də özlərini yaxşı hiss etdikləri üçün belə məkanlara üz tuturlar.
Biz də qəzetimizin bu sayında gənclərlə birlikdə əylənmək, onların çılğınlığına şərik olmaq üçün metronun "28 may" stansiyasının yaxınlığında yerləşən karaoke kluba yollandıq.
Karaoke nədir?
“Karaoke” yapon sözüdür və bu dildən tərcümədə “kara” - boş, “oke” - orkestr birləşməsindən yaranıb və “boş orkestr” mənasını verir. Karaokenin ən böyük faydası insana verdiyi rahatlıqdır. Bu klubun Azərbaycandakı ilk yaradıcısı Gəncəvi Məmmədov adlı şəxs olub. Karaokeni ilk dəfə Moskvadakı restoranların birində görən bu gənc eyniadlı klubdan Bakıda da açmaq qərarına gəlib. İlk klubu yaratdıqdan sonra şəhərimizdə yüzlərlə karaoke klub fəaliyyətə başlayıb. Hazırda bütün dünyada gənclərin ən sevdiyi məşğuliyyətlərdən birinə çevrilən karaokelər azərbaycanlı gənclərin də sevimli əyləncə növlərindən biridir.
“Karaoke”də qiymətlər
Kluba daxil olduqda gənclərin çoxluğu diqqətimizdən yayınmır. Öz mahnılarını ifa etmək üçün növbəyə dayanan gənclər həyəcanla ən yaxşı kim oxuyacaq deyə rəqabətə girirlər. Həmçinin bu klubda musiqi ilə yanaşı, gələnlərə çay, kofe, spirtli içkilər, müxtəlif qəlyənaltılar da təklif olunur. Qiymətlər isə məkanların, yerlərinə, dizaynlarına görə dəyişir. Ödəniləcək məbləğ klubun səviyyə və prestijindən asılıdır. Hazırda Bakıda girişi 2 manatdan başlayaraq 15-20 manata qədər olan karaoke klubları fəaliyyət göstərir. Bəzi məkanlar da gənclər bir mahnı üçün bir manat ödəyirlər. Mahnı sayı 20-ni keçdikdə isə müəyyən endirimlər olur. Klubun ofisiantı deyir ki, burada bir bakal pivə 3-4 manat arasındadır. Onun sözlərinə görə, bayram günlərində qızlara xüsusi endirimlər olur: “Endirim olan günlər, qızlar yalnız sifariş etdikləri təamların pulunu ödəyirlər. Mahnılar isə pulsuz olur”.
Məlumat üçün bildirək ki, Megafun əyləncə mərkəzinin karaoke klubunda otağa daxil olmaq üçün 10 manat karta yüklənir. Müştərilər yarım saat ərzində nə qədər istəsələr, mahnı oxuya bilərlər.
Hətta qışqırırlar da...
Karaoke klubun administratoru Vüqar Əbilov deyir ki, klubda müştərilər o qədər çox olur ki, yerləri əvvəlcədən bron etmək lazımdır. Administratorun sözlərinə görə, onlar hər ifaçını alqışlayırlar: “Klubumuzda gənclər çoxluq təşkil etsə də, yaşlı nəslin nümayəndələrində də az deyil. Bizim elə müştərilərimiz var ki, onlar həftənin şənbə və bazar günləri qrup halında gəlirlər. Bir neçə qadın yığışır və asudə vaxtlarını səmərəli keçirirlər. İstədikləri mahnını sifariş edir özləri bildikləri kimi ifa edirlər. Bəziləri lap qışqırırlar da. Amma burada əsas olan yaxşı oxumaq yox, içindəki stressi atmaq, mikrofonu əlində tutub özünü səhnədəki kimi hiss etməkdir. Bizim işimiz isə hər bir müştəriyə ifasından sonra kollektiv olaraq əl çalmaq alqışlamaqdır. Bunu ifaçının xaric oxuyub və qışqırması, musiqini gecikərək oxuması ilə heç bir əlaqəsi yoxdur”. Karaoke klubun əməkdaşı ən çox sifariş verilən mahnılar haqqında da məlumat verdi. O deyir ki, gənclər daha çox türk və rus estradasına üstünlük verirlər: “Hər bir kollektivin zövqünə aid mahnılar var. Bəziləri rus estradasından Oleq Qazmanov, Alsu, Filipp Kirkorov, Timur Nasırov, Alla Puqacova, İrina Aleqrova sənətçilərin mahnılarına üstünlük verirlər. Bizim gənclər isə daha çox türk mahnıları oxuyur. Öz estradamıza müraciət edənlər Ədalət Şükürov, Röya, Akif İslamzadə, Brilyant Dadaşova, İlqar Muradov və Eyyub Yaqubovun mahnılarını oxuyurlar. Gənclər ümumilikdə dinamik mahnılara üstünlük verirlər”.
Karaokedə evlənənlər
Karaoke klubun daimi müştərilərindən olan Aytən deyir ki, səhnədə mahnı oxuduqda özünü başqa dünyada hiss edir: “Karaoke kluba ən çox rəfiqələrimlə gedirəm. Orada həm əylənirəm, həm də mahnılar ifa edirəm. Əslində musiqi dinləmək mahnı oxumaq başqa həyatdır. Musiqisiz həyatımı təsəvvür etməyim mümkün deyil. Mahnı oxuyanda sanki başqa aləmdə oluram. Oxuduqca o mahnını yaşayıram, hiss edirəm. Əsasən bizim köhnə və unudulmaz mahnılarımızı ifa edirəm. Məncə, musiqisiz həyatın mənası yoxdur”.
Klubda söhbətləşdiyimiz zaman məlum olur ki, hətta burada tanış olub ailə quranlar belə var. Bu cütlüklərdən biri də Vüqar Aynur cütlüyüdür. Onlar deyir ki, hər ikisi ötən il dostları ilə əylənməyə gələrkən tanış olublar. Belə ki, Aynur səhnədə mahnı ifa edərkən Vüqarın xoşuna gəlib və ona düet oxumağı təklif edib: “İkimizin də musiqi ifa etmək üçün səsimiz var. Mən oxuyarkən səhnədə özümü əsl müğənnilər kimi hiss edirdim. Auditoriyanı ələ almışdım. Bu Vüqarın diqqətini çəkdi və mənimlə oxumaq üçün səhnəyə çıxdı. Hər kəs bizi alqışladı. Tanışlığımız da məhz burada başladı. İndi də vaxtımız olduqca kluba ilk tanışma yerimizə baş çəkirik”.
Ruslan isə deyir ki, səsi olmasa da karaoke klubda rahat oxuya bilir: “Məsələn, mənə hər hansı, ad gündə, toyda mahnı oxu desələr heç vaxt oxumaram. Çünki, həqiqətən bərbad səsim var. Amma karaokedə komplekslərimdən xilas oluram. Elə oxuyuram elə bir səhnədə dahiləşirəm (gülür)”.
Onu da deyək ki, karaoke klubda cangüdənlər olduğundan fotoaparatla keçməyə icazə vermədilər. Buranın da əsas qadağalarından biri foto çəkilişlərdir.
XƏBƏR LENTİ
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Uşağı mətbəxdən uzaq tutun
Azərbaycanda torpaq alqı-satqısında yeni qaydalar
Azərbaycana qar, şaxta qayıdır
Azərbaycanda xaricilərdən xüsusi məlumatlar tələb olunacaq
Rianna Fransa prezidenti ilə tərəfdaş oldu - FOTO
Gəncədə möhtəşəm muzey tikilir
Evdə güldan düzəltmək
Hava haqqında
Azərbaycanda güclü istilər olacaq
Güclü külək əsəcək
Açma (foto resept)
Harrison Fordun cəzası məlum oldu
İmmuniteti necə gücləndirməli?
Azərbaycan ordusu ermənilərə zərbələr endirdi
Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək
Bakı-2015 Avropa Oyunları zamanı rabitə infrastrukturunda görüləcək işlərin detalları açıqlandı
HAVA necə olacaq?
Ana evim
Hərbçilər haqda sərəncam
Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
Oğlan uşaqları üçün yay geyimləri
Emina artıq onunla yaşayacaq-FOTO
"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı
Mağazalarda sellofan torbaların pulla satışına başlanıldı
HAVA necə olacaq?-12 dekabr
Tibbi bankalar
Bergüzar Korel və Halit Ergenç 150 min xərclədilər-SƏBƏB
Dəbli və gözəl ətəklər
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
Qadın.netlilərin ləqəbləri
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Pərəstişkarlarından Bergüzar Korelə qeyri-adi hədiyyə - FOTO
Toyuqlu döşəmə plov (foto-resept)
Mən bu rəngləri sevirəm,bəs siz?
Qocalmağı gecikdirən maska.
Gülbeşəkər biskuviti (foto resept)
Bu günün hava proqnozu
Mənim toxuduqlarım
Bazarlarda bahalaşma
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Dünyanın ən böyük "Mona Liza"sı-FOTO
Cəbhədə amansız atışma
Bakı kəndlərində sel köçü
Dünya böyük müharibənin astanasında
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Azərbaycan tarixindən yüz şəxsiyyət-46
Şuşanın dağları düşmənlə dolu
Virusları öldürə bilən maskalar hazırlandı - FOTO
- ŞƏRHLƏR