Biri vardı, biri yoxdu, bir padşahın bir oglu vardı. Bu oglan bir gecə yatıb yuxuda Nar qızını gördü və ona aşiq oldu. Sübh olanda vəziri çagırıb yuxusunu ona söylədi, dedi:
- Gərək gedib Nar qızını mənə alasan.
Vəzir ərz elədi:
- Başqa hər nə əmrin varsa, söylə yerinə yetirim, amma onu gətirməyi mənə tapşırma. Onu mən bacarmaram, çünki Nar qızı devlərin içindədi.
Padşah oglu dedi:
- Hökmən gərək gedəsən. Yoxsa boynunu vuraram.
Vəzirin əlacı kəsilib razılıq verdi. şahzadə buna xeyli pul verib, tədarük görüb yola saldı. Vəzir gedəndə bazardan bir qır-saqqız aldı. Bir müddət yol gedəndən sonra gəlib bir evə çıxdı. İçəri girəndə baxıb gördü ki, burda bir qarı oturub ki, alt dodagı yer süpürür, üst dodagı göy süpürür. Qarı bunu görəndə sevinib dedi:
- Qadan alım, nə yaxşı gəldin, altı ay olar ki, adam əti yeməmişəm. Tez gəl, səni yeyim. Yoxsa oglanlarım gəlib səni mənim əlimdən alıb yeyərlər, mənə bir şey verməzlər.
Bu sözləri eşidəndə vəzir qarının agzına bir qədər qır-saqqız tulladı. Qarı saqqızı çeynəməyə başladı və yazıgı gəlib bunu yemədi. Vəzir özü də sehr bilirdi. Qarının oglanları gəlməyə yaxınlaşanda sehr oxuyub, bir çuvalduz oldu, girdi deşiyə. Bu halda oglanlar evə gəlib analarına dedilər:
- Ana, adam-badam iyisi gəlir, yaglı badam iyisi gəlir. Qatır gələr - dırnaq salar, quş gələr - qanad salar. De görək, bura kim gəlmişdi?
Qarı cavab verdi:
- Bura kimsə gəlməyib, yəqin özünüz adam tapıb yemisiniz, iyi dişlərinizin dibindən gəlir. Hərgah bura adam gəlsə, yeyərəm, sizə də saxlıyaram.
Qarının oglanları inanıb yatdılar. Sübh olanda genə işlərinə getdilər.
Oglanlar gedən kimi vəzir genə də adam olub, qarıdan Nar qızının yerin soruşdu.
Qarı cavab verdi:
- Onu görmək müşküldü, bu fikirdən əl çək. Devlər səni öldürərlər.
Vəzir cavab verdi:
- Hər nə olsa, gərək gedəm, o qızı tapam.
Qarı gördü ki, əlac yoxdu, Nar qızının yerin söyləyib dedi:
- Buradan bir az uzaqda bir bag var. O bagda nar agacı var. Agacın başında üç nar var. Amma agacın ətrafında devlər keşik çəkirlər. Gərək o narları elə dərəsən ki, devlərin xəbəri olmasın.
Vəzir qarıdan Nar qızının yerini öyrənəndən sonra yola düşüb, haman baga yetişdi. Divardan baxıb gördü ki, dogrudan da devlər keşik çəkirlər. Qorxusundan əfsun oxudu, bir milçək olub, divarın arasında gizləndi. Gecə yarısı, devlər yuxuya gedəndə xəlvətcə gedib bu üç narı üzüb geri qayıtdı. Devlərin ondan xəbərləri olmadı.
Vəzir kənara çıxan kimi dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi gəlib öz şəhərlərinə çatdı.
Bir kənarda oturub əvvəlcə narın birini parçaladı. İçindən bir şey çıxmadı. İkincisinnən də bir şey çıxmadı. Uçüncüsünü parçalayanda içindən bir gözəl qız çıxdı. Qız nardan çıxan kimi, böyüyüb on beş yaşında bir nazənin sənəm oldu. Vəzir istədi ki, onu padşaha aparsın.
Qız dedi:
- Məni bu hal ilə aparma. Get, libas gətir geyinim. Ozü də toy edin, sonra aparın.
Vəzir qızı bir çinarın başında qoyub gəldi, əhvalatı evdə söylədi, həm də şahzadəyə dedi ki, toy tədarükünə başlasın. Vəzirin qulluqçusu su üçün qab götürüb, haman çinarın dibindəki quyuya tərəf gəldi. Baxıb gördü ki, suda gözəl bir qızın əksi görünür. Yuxarı baxanda gördü ki, çinarın başınla bir nazənin sənəm əyləşibdi. Qulluqçu əhvalatı bilirdi. Bu da çinarın başına çıxıb qız ilə bir az söhbət eləyəndən sonra itələyib qızı quyuya saldı, özü onun yerində oturdu. Nar qızı quyudan çıxıb, kənarda bir gül agacı oldu.
Qərəz, toy tədarükünü gördülər. şahzadə paltar götürüb, vəzir, vəkil və xeyli qoşun ilə qızı aparmaga gəldilər. Gəlib gördülər ki, agacın başında bir qara qız əyləşib. şahzadə vəzirdən soruşdu:
- Bu qız niyə belə qaradı?
Vəzir təəccüb edib dedi:
- Acdır, həm də yəqin günün qabagında qalıb, odu ki qaralıb.
Xülasə, qara qızı götürüb şəhərə gəldilər. Toy edib şahzadəyə tapşırdılar.
Vəzir çinarın dibindəki güldən bir dəstə dərib gətirdi evlərinə. Ertəsi gün bunu şahzadənin arvadı qara qıza göndərdi. Qara qız bu gülü alıb pəncərədən eşiyə atdı. Gül dönüb oldu bir çinar agacı.
Bir ildən sonra şahzadənin həmən qara qızdan bir oglu oldu. Arvad şahzadəyə dedi:
- Çinarı kəsdirib uşaga beşik qayıtdırarsan.
şahzadə çinarı kəsdirib, taxta yondurdu. Bu taxtanın birini bir qarı aparıb evində taxçaya qoydu. Hər gün bu qarı gedib bazardan yun alıb, əyirib satar, qazancı ilə dolanardı. Bir gün genə gedib, bazardan on girvənkə yun aldı, evə qoyub, getdi. Bu zaman taxta dönüb Nar qızı olub evi süpürdü, bir yaxşı plov bişirdi. Plovun üstündən bir az yeyib qalanını qarıya saxladı. Bundan sonra Nar qızı yunun hamısını darayıb cəhrədə əyirdi, genə də taxta olub, taxçada öz yerində oturdu. Qarı evə gələndə gördü ki, ev təmiz süpürülüb, yun tamam daranıb, əyirilib. Ocaga baxanda gördü ki, plov da dəmdədi. Qarı bu işə təəccüb elədi. Həmin gün ipi aparıb bazarda satdı. Ertəsi gün bu əhvalat genə oldu. Belə-belə hər gün qarı hər şeyi hazır gördü. Axırda gedib əhvalatı qonşularına söylədi. Qonşuları buna məsləhət gördülər ki, evdə gizlənib pussun. Qarı bu sözə əməl edib, ertəsi gün bazara getmək bəhanəsilə bir tərəfdə gizləndi. Bir də baxıb gördü ki, şahzadənin evindən gətirdiyi taxta dönüb bir qız oldu. Evi təmiz süpürüb, yunu daradı, əyirdi. Sonra yaxşı bir plov bişirib üstündən bir az yedi, qalanını genə ocagın üstünə qoydu. Bu halda qarı gizləndiyi yerdən tez çıxıb qızı tutdu. Qız buna yalvarıb dedi:
- Bu sirri heç kimə söyləmə.
Qarı cavab verdi:
- Xatircəm ol, söyləmərəm. Burda mənim yanımda qal, mənə kömək et.
Qız buna razı olub, qarının yanında qaldı. Bir gün şəhərə xəbər çıxdı ki, padşahın oglu səfərə getmək istəyir. Ona görə də bir ayın müddətində hər kəs ata yaxşı baxsa, ona padşah çox pul verəcək. Bu xəbəri eşidəndə Nar qızı qarıya yalvarıb dedi:
- Gedib şahzadədən sən də bir at al.
Qarı cavab verdi:
- Bizim nə otumuz var, nə arpa-samanımız, nə də tövləmiz. Atı saxlaya bilmərik, daşı ətəyindən tök.
Qız dedi:
- Sən get, al gətir, sonrası mənim işimdi.
Xülasə, qarı gedib şahzadədən at istədi. şahzadənin adamları onu başdan eləmək üçün bir arıq at verdilər. Qarı da atı evə gətirdi. Qız atı görəndə bir o tərəfə üfürdü, bir bu tərəfə üfürdü. Çoxlu arpa-saman oldu. Qız atı töyləyə çəkib, burada ona baxmaga başladı.
Ay tamam olanda atları yıgdılar. şahzadə atlara baxanda heç birisini bəyənmədi. Bu halda şahzadəyə xəbər verdilər ki, bir at da filan qarıda qalıb. şahzadənin adamları gəlib qarının qapısını döyəndə, qarı qabaga çıxdı, baxıb gördü ki, atı aparmaga gəliblər. Gedib qıza xəbər verdi.
Qız söylədi:
- Get, atı ver aparsınlar.
Adamlar gəlib töyləyə girəndə, at bunları yanına qoymadı. Qabaga keçəni dişləyirdi, dala keçəni təpiklə vururdu. Xülasə, apara bilməyib, gedib şahzadəyə xəbər verdilər. Bu dəfə şahzadə adamları götürüb özü gəldi. Nə qədər çalışdılarsa da, atı tövlədən çıxarda bilmədilər. Axırda qarını çagırıb dedilər:
- Atı kim bəsləyibsə, gəlsin tövlədən çıxartsın.
Nar qızı bunu heç kəs tanımasın deyə, başına bir palaz parçası salıb, gəlib tövlədən atı çıxarıb şahzadəyə verdi. Qərəz, bir növlə atı apardılar.
O zaman qayda beləydi ki, şahzadələr səfərə gedəndə üstü inci-muncuq ilə tikilmiş paltar geyərlərmiş. Odu ki, şahzadə bir dəst paltar alıb əmr elədi ki, şəhərdə nə qədər inci-muncuq tikməkdə ustad arvad varsa, gəlib bunun paltarına inci-muncuq tiksinlər.
Bu xəbəri eşidəndə Nar qızı qarıya yalvardı ki, qarı buna da izin versin, gedib padşahın paltarına inci-muncuq tiksin. Qarı izin verdi.
Xülasə, arvadlar, qızlar, şahzadənin evinə toplandılar. şahzadənin arvadı inci-muncuqları gətirib ortaya qoydu. Arvadlar da növbə ilə, oxuya-oxuya tikməyə başladılar. Növbə Nar qızına çatanda oxumaga başladı:
- Mən bir Nar qızı idim, incim, düzül, düzül!
Almadan qırmızı idim, incim, düzül, düzül!
Çıxdım agac başına, incim, düzül, düzül!
Qız belə söyləyəndə padşahın arvadı qara qarabaş mətləbi anlayıb ölümünü gözünün qabagına gətirdi. Bir tərəfdən də padşahın oglu gəlib pəncərənin qabagında oturub arvadların oxumasına qulaq asırdı. Qara qarabaş, arvadların utanmasını bəhanə edib, şahzadəyə dedi:
- Pəncərənin qabagından get. Arvadlar utanırlar.
şahzadə pəncərənin qabagından çəkildi. Qız oxumaga başlayanda genə pəncərənin qabagına gedib, qulaq asdı.
Qız dedi:
- Qara qarabaş gəldi, aftafanı doldurdu, incim, düzül, düzül!
Aftafanı vurdu daşdan-daşa, incim, düzül, düzül!
Çıxdı, qondu agac başına, incim düzül, düzül!
Qara qarabaş baxıb gördü ki, şahzadə genə pəncərədən baxır. Nə qədər elədisə şahzadəni pəncərənin qabagınnan uzaqlaşdıra bilmədi. Bu halda vəzir də gəldi. Bərabər qızın sözlərinə qulaq verdilər. Qız sözünə davam edib, dedi:
- Məni agacdan saldı quyuya, incim, düzül, düzül!
Bitdim, oldum gül agacı, incim, düzül, düzül!
Məndən bir dəstə gül dərdilər, incim düzül, düzül!
Məni şah evinə gətirdilər, incim, düzül, düzül!
Bu sözləri vəzir eşidəndə şahzadəyə dedi:
- Mənim gətirdiyim qız budu. Qulaq ver, görək daha nə söyləyəcək.
Qız sözünə davam edib dedi:
- Otaqdan məni tulladılar, küllüyə, incim, düzül, düzül.
Qalxdım oldum çinar agacı, incim, düzül, düzül!
Mənim taxtamdan qarı apardı, incim, düzül, düzül!
İndi gəldim inci düzməyə, incim, düzül, düzül!
Vəzir şahzadəyə dedi:
- Yəqin, bu həmin mən gətirdiyim qızdı.
Həmin saat arvadları yola salıb, onu saxladılar. Vəzir bundan soruşdu:
- Sən Nar qızısanmı?
Qız cavab verdi:
- Bəli!
Qız üstəlik əhvalatı başdan-ayaga bunlara söylədi. Bundan sonra qırx gün, qırx gecə toy eləyib, Nar qızı şahzadəyə aldılar. Qara qarabaşı da bir xam atın quyruguna baglayıb, səhraya buraxdılar. At onu daga-daşa çırpıb parça-parça eləyib öldürdü.
Nagıl qurtardı. Siz sag, mən salamat.
HE NECADI BEYENDINIZ????????
XƏBƏR LENTİ
Yarpaqları yandırmayın!
"Zodiak" salatı (foto resept)
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Tarkan və xanımı 10 il əvvəl-FOTO
Dünyanın ən bahalı almaz ayaqqabısı
“Ağdamı sən azad edəcəksən”: Yaralı hərbçini xilas edərkən şəhid olan əsgərimiz - VİDEO
Toshiba 4K formatlı noutbuk buraxacaq
Zakir Həsənov Ermənistana onqat cavab verilməsinə dair tapşırıq verdi
"Qarabağ qara ləkədir"
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Siqaret yenidən ucuzlaşdı
Soçi 2014: dünənin çempionları
Sabahın HAVAsı
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Uşağınızla evdə vaxt keçirmək üçün...
Məşhurlara bənzəmək üçün sərvət xərcləyənlər
Azərbaycan tarixindən yüz şəxsiyyət-39
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Döş xərçənginin dərmanı tapıldı
Hava necə olacaq?
Zeze__cards - 4
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Rənglər haqqımızda nələr deyir?
Bakıda doğru Şaxta babanı necə tapmaq olar?
Uşaq ensiklopediyası(12)
Milyarder insanları Aya aparacaq
Azərbaycanın tanınmış şairinin vəziyyəti pisləşib
Adriana Limadan türk sevgilisinə romantik mesaj
Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Şimali Koreyada daha bir qadağa
Öd kisəsində daş yaranmasına səbəb olan hallar
Hamilə olduğunu doğuşdan 1 gün əvvəl öyrəndi-AZƏRBAYCANDA
Azərbaycana yeni vəzifə həvalə edildi
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Şeytanla odunçunun döyüşü
Tolqa Karel yeni ev aldı
Sizcə göz dəymə varmı?
Fatma M - "Ürəyim çox cavandı, lap körpə uşaq ürəyi kimi"
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Keti Perridən qəribə açıqlama
Qeyri-adi üzüklər
Hilal Altınbilek AÇIQLAMA verdi
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Ayrılıq səbəbi bəlli oldu-XƏYANƏT
Bu gündən hava soyuyur
"Çukur" cəzalandırıldı-SƏBƏB
Düşmən mövqelərimizi minalarla vurur
Beren Saat onunla görüntüləndi-FOTO
Almalı piroq (foto resept)
Barbi tortu (foto resept)
- ŞƏRHLƏR