Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Sevgidən nifrətə bir addım
Kişilərin qadınlarda sevdikləri xüsusiyyətlər
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Kainat gözəlinin bu hərəkəti mübahisə yaratdı - FOTO
Davamlı kitab alırsınızsa...
Orqanizmimizdəki nasoslar(2)
Girovlarımızdan xəbər var
Qadın.Netlilərin son zəng xatirələri (3)
4 aylıq körpə idmanla məşğul olarsa...
Gənc qızlar üçün gündəlik geyimlər
24 saat ərzində İtaliyada koronavirusdan rekord sayda insan ölüb
Adobe photoshop (Dərs-10)
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Yeni qaş dəbi
İlin dəbli çantaları
Vətəndaşların həqiqi hərbi xidmətə çağırışı başladı
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu
Yaşamaq eşqini artıran şüurun 30 təlimi
Bu gecə ilk Qədr gecəsidir
Emin konsertlərindən imtina etdi-SƏBƏB
Günün qoroskopu: etiraf edin ki, imkanlarınız hüdudsuz deyi
Toyuqlu dolma (foto resept)
Bu tərəvəzi yeyərək ürəyinizi qoruyun
Saakaşvilidən Azərbaycana dəstək
Əgər
Allahın qəzəbinə düçar olanlar kimlərdir?
Bill Gatesdən 9 liderlik sirri
Azərbaycanda 17 mindən çox nömrə daşınıb
Ronaldo daha bir rekord vurdu
Afinanın şah damarı kəsildi
ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamaq olar
Rusiyanın baş hərbi prokuroru Türkiyədən yardım istəyir
İlon Mask 7 evini birdən satır-SƏBƏB
Günün ulduz falı - 15.02.2014
Hər an Günəş fırtınası ola bilər!-XƏBƏRDARLIQ
Evdə pizza (foto resept)
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
4 ay sonra reanimasiyadan çıxan COVID-19 xəstəsinin ilk sualı: "Niyə hamı.."
Ermənilər gün ərzində Kəlbəcəri tərk etməkdə davam edib
YEMƏYİN QALIĞINI ŞEYTANA BURAXMAYIN!!!
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Tikinti şirkəti iflas olarsa, alıcı nə etməlidir?
Meyvəli dırnaqlar
Sən və o - aranızdakı fərq
Dünyanın ən unikal nəqliyyat vasitəsi hazırlandı - FOTO
Qeyri-adi göbələk aşkar edilib
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
Əmək Məcəlləsində dəyişiklik edildi
Noutbukun ömrünü necə uzatmaq? - 9 məsləhət
Hava haqqında
- ŞƏRHLƏR