Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Məhkəmə məşhur aktrisa haqda qərarını verdi-FOTO
Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?
Demet Akalın yeni FOTOsu ilə diqqət çəkdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisinin açılışında iştirak edib
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?
Eyni paltarda məşhurlar və modellər
Azərbaycanda ehtiyatda olan hərbçilər geri çağırılır
"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir"
Bonibonlu keks (foto resept)
2017-də başlayan xarici seriallar
Azərbaycanda qış ayında yaz havası
Abdulla Gül hacı oldu
Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq
İngilis dili-Ss
Qızdırması olduğu üçün imtahana buraxılmayanlara daha bir ŞANS
Prezident: İran Suriya hökuməti və müxalifət arasında danışıqlara kömək etməyə hazırdır
Balıq sırdağı (foto resept)
Gilaslı, limon souslu keks (foto-resept)
Məşhur aktrisa imicini dəyişdi - FOTO
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Qırışlar üçün cirə maskası
Xeyr deməyi öyrədin!
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma
Uşaqlarımız necə qidalanırlar?
Ebola virusu qadağaya səbəb oldu
Fanatı tərəfindən güllələnən Bülənt Ersoy-FOTO
Bu günün hava proqnozu - 30.10.2013
“Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır”
1 nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşdü
2017 gəlin ayaqqabı modelləri
Stiven Hokingdən depressiya ilə mübarizə nitqi
Ermənilər Azərbaycan tərəfə niyə keçirlər?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
Dünyanın ən bahalı tortu - FOTO
Ordumuz ermənilərdən kənd alıb?
Hava haqqında - 13.08.2013
Ecazkar qadının sirri
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
Əsgərimizin yeməyi
Bu günün hava proqnozu
Budapeştdə Qara Qarayevin yubileyi qeyd edilib
Ağdam həkimləri məcburi köşkünləri müayinə edir
7 detoks
BÜRCLƏR bizə nə vəd edir? - 21 fevral
Nüsretdən Gözlənilməz Qərar
Bu gecə cəbhədə nə baş verdi?
Yağış yağacaq
Küçədə yeni tərz
Nazir: "Azərbaycanda bütün növ pensiyalar artırılacaq"
- ŞƏRHLƏR