Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Hacı İsmayılovun doğum günüdür
Azərbaycanda internet istifadəçilərinə müjdə
PUA ilə düşmən hədəflərini məhv etmiş şəhidimiz
Mobil telefonlar kredit borcuna görə bağlana bilər
Dünya gözəli Bakıda seçildi
Nurlu insan
Tənbəl heyvanlar
Bakıda bankomatlarda problem yaranıb?
Hava haqqında
Vətəni Azərbaycandır, amma Çindən gətirilir
Yığıncaq toppuzu necə hazırlanır?
"Sen anlat Karadeniz" yeni sezonun tanıtım çarxı yayıldı
Ermənilər Tovuzda hospitalı hədəf aldılar - VİDEO
Nokia Lumia insanı xilas etdi
Azərbaycanda evdə müalicə qaydalarını pozan koronavirus xəstələri cəzalandırılacaq - FOTO/VİDEO
"Mançester Yunayted" rekord vuraraq "bomba"nı partlatdı
Mənim toxuduqlarım
Ermənistana ilk zərbə
Malların saxlanma şəraitinə diqqət edin!
Məşhur aktyor hər kəsi Sevindirdi-FOTO
Məşəl bu gün Bulvara gətiriləcək
Devid Bekhem ailəsi ilə Xorvatiyada dincəlir-FOTO
Gürcü xingəli (foto resept)
Ən gözəl konbinlər
OPEK-in Azərbaycan nefti ilə bağlı PROQNOZU
Hava haqqında - 24.12.2013
Ayağınız şişir?-həkim XƏBƏRDARLIQ EDİR
Torta Mikki Maus görünüşünün verilməsi
Pəhriz başına oyun açdı
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq
Dünyanın ən uzun pilləkənları
Qarabağı tərk edən ermənilər torpaqlarımıza mina qoyur
Yoluxan kəndlilərin sayı 45-ə çatdı
Ermənistan işğalından azad edilən ərazilər açıqlandı
Tramp əhalinin 98 %-ni vergidən azad edir
Fransada içki qadağan olundu
Papa Türkiyəyə cavab verdi
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Moda ikonu Olivia Palermo
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Meyvələrdən canlı obrazlar yaratdı
Çobanyastığı maskası
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Putin İŞİD-dən danışdı
Gülben Ergen “YouTube” kanalı açdı - FOTO
Elektrik enerjisi limiti artırıla bilər - Nazir açıqladı
Sobada toyuq budu (foto resept)
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Qarakənd faciəsinin ağ ləkələri
- ŞƏRHLƏR