Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
XİN İrəvana cavab verdi
Azərbaycanda uşaqları internetin mənfi təsirindən necə qorumalı?
2018-2019 Payız/Qış saç trendləri
Feysbuk 300 mindən çox üzvü olan 120 aktiv qrupu ləğv etdi
Adriana ABŞ vətəndaşı oldu
Ulduz cütlük koronavirusa yoluxdu
Azərbaycan tarixindən yüz şəxsiyyət-55
Məktəbli formaları indi neçəyədir?
Sobada ətli badımcan kababı (foto-resept)
Haydi Klum keçmiş ərini məhkəməyə verdi
Napalyon tortu (foto resept)
Heydər Əliyevin vəfatından 11 il ötür
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Ən etibarlı qadın üzü
Günün qoroskopu: bu əməli unutmayacaqlar
MTV Video Music Awards 2020 qırmızı xalça
Google şirkəti reklamın yerlərini artırır
Beyin silkələnməsinin diaqnostikası üçün yeni test hazırlanıb
Günün qoroskopu: Münasibətləri gərməyin
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
18 qadından 22 uşağı var
Dünyanın cavab verə bilmədiyi uşaq
Maaşı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq
Saçlarınıza zərər verməyin
Xarici turistlər bölgələrə axın etməyə başladı
8 Marta özəl boyunbağılar
Martda çox isti olacaq
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Təmizliyə kömək edən vasitələr
Azərbaycanlılar yerli avtomobilləri güzəştlə ala bilərlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Meyvələrdən canlı obrazlar yaratdı
Dizi ağrıyanlar üçün
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
İt cinsləri və xarekterləri
Azərbaycan düşmənə sonuncu dəfə xəbərdarlıq etdi
Mətbəx mebelləri
Google+-un "beyni" işdən gedir
Münasibətlərdə 100 həqiqət!
Günün ulduz falı
Öləndən sonra barmağı kəsilən dahi
Uzun illər qıtlıq gözlənilir
Xanımlar üçün xüsusi qidalanma
Mayda bağlanacaq yollar
Məşhurların 14 fevral paylaşımları
Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ
Mədə kiçiltmə əməliyyatı
Depressiyanıza səbəb yediklərinizdir!
Azam Ali – Ov
- ŞƏRHLƏR