Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, “Sərhədçi” idman klubunun üzvü, ilk Avropa Oyunlarının çempionu, leytenant Rəsul Çunayev ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında növbəti uğura imza ataraq Azərbaycan yığma komandasına ilk qızıl medalı qazandırıb.
DSX-nın mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rəsul Çunayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
İlk görüşündə Monakodan olan Frak Hissliyi məğlub edən Rəsul, ardınca Rusiya təmsilçisi Adam Kurakı döşəyə çıxmağa peşiman edib. Yerli azarkeşlərin güclü dəstəyinə baxmayaraq, ABŞ güləşçisi Jastin Daşuan Lesteri də tam üstünlüklə məğlub edən Rəsul adını yarımfinala yazdırıb.
Belaruslu Timur Berdiyev üzərində tam üstünlüklə qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. Finalda erməni əsilli Ukrayna güləşçisi Armen Vardanyan üzərində inamlı qələbə qazanan güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.
İlk Avropa Oyunlarının çempionu, Dünya kubokunun qalibi, gənclər və yeniyetmələr arasında Avropa çempionu, böyüklər arasında Dünya və Avropa çempionatlarının mükafatçısı leytenant Rəsul Çunayev böyüklər arasında Dünya çempionatlarında ilk qələbəsini Azərbaycan bayrağı ilə dövrə vuraraq özünə məxsus şəkildə hərbi salam verməklə qeyd edib.
Dünya çempionatında iştirak edən digər güləşçilərimizdən də qələbə müjdəsi gözləyirik.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Azərbaycanda daha 6 nəfər koronavirusdan vəfat etdi – 338 yeni yoluxma+FOTO
Rəsmi Ankaradan müharibə açıqlaması
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Şok pəhrizlər saçları tökür
Xoşladığımız yeməklər və xasiyyətimiz
167 kq-lıq qadın "Barbie"yə bənzəmək istədi-ŞOK nəticə
Sevimli şüşə qabımıza yeni görünüş verək
Boşanma xəbərlərini yenidən alovlandırdı-FOTO
Britaniyada Avropa tarixində ən iri xəzinə tapılıb
İngilis dili-Bb (2)
Evdə teleskop hazırlayaq
Məşhur serialın qəhrəmanları indi - FOTO
Sabahın HAVAsı
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Dörd "virtual Madonna" bir səhnədə-VİDEO
Allergiyaya nə səbəb olur?
Cəbhədə erməni təxribatı davam edir
Demet Akalının kredit kartından pul oğurlandı
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Uşağı olmadığı üçün müalicə alan qadın 201 kq oldu - FOTO
"Tarqovı"ya giriş 7 günlük qadağan edilir - SƏBƏB
Cizgi film qəhrəmanları karantində
Qadınların bilməsi lazım olan 22 qayda!
Suyun faydaları
12 santimetr qar yağdı
Gicitkən şorbası (foto resept)
F-16-lar Suriya sərhədində
AFFA cəzaları açıqladı
Dəbli cins kurtkalar
Təhsil Nazirliyi ona tapşırıldı - Sərəncam - FOTO
Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Mikayıl Cabbarov məktəblərlə bağlı əmr verdi
İrəvanı kim verdi ermənilərə?
HAVA necə olacaq?
Kolbasa alarkən nələrə diqqət etməliyik?
Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATI
Dünyanın ƏN GÜCLÜ QADINI o oldu-FOTO
Bu gün Aşura günüdür
Avropa İttifaqı Krıma uçuşlara müvəqqəti qadağa qoyub
İtlər üçün təhlükəli olan ərzaqlar
Azərbaycanda ictimai nəqliyyatda dəyişikliklər gözlənilir
Şəkəri həyatınızdan çıxarmaq üçün ...
Diş ağrısına görə XƏSTƏLİYİNİZDƏN XƏBƏRDAR OLUN
Zövqlü manikür nümunələri
Plastik əməliyyat etməyə dinimizdə icazə verilirmi?
"Qara Barbi" qəzaya düşdü-FOTO
Dünyanın ən bahalı meyvələri - 13 min dollar
Rusiya Qarabağa girərsə, Türkiyə NƏ EDƏCƏK?
Sevişmə sonrası qadın olmadım mən!
İsti hava koronavirusu niyə məhv etmədi? - Professor açıqladı














