Baş Nazir Əli Əsədov "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Eyni zamanda, Nazirlər Kabineti Prezidentin aktlarının "Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
- AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək;
- AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək;
- dövlət qeydiyyatına alındığı gündən AİH-in inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
XƏBƏR LENTİ
Özbaşına tikintiyə mülkiyyət hüququ verilə bilər
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Şah plov (foto resept)
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Barak Obamadan qəribə açıqlama
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - RƏSMİ
Gözləriniz işıq saçacaq
2013-cü ilin 9 dırnaq boyası
Daha 6 rayon və 3 şəhər üzrə 190 manat birdəfəlik ödəmə veriləcək
DİM imtahan verəcək şəxslərə MÜRACİƏT ETDİ
Süd verən analara yay tövsiyələri
HAVA necə olacaq?-17 yanvar
Təhsil nazirinin Lənkəranda vətəndaşları qəbul vaxtı dəyişdirilib
Kakoslu piroq (foto resept)
Gözəl qadın, ağıllı qadın
Tanınmış obrazlar fərqli qələmdən
Avropada rouminq ucuzlaşacaq
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Cehizlik qablar
Mançini: "Onda "Qarabağ"a təbriklər!"
FİFA Messini seçdi
Şəkillərdə gözəl görünməyin yolları
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı - RƏSMİ
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Dünya yeni ili necə qarşılayır?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ermənilər kəndlərimizi atəşə tutdular
Bakı dönərxanalarında qiymət döndü
Kim ölməyi və evlənməyi qadağan etdi
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Karantindən bezdi, evinin altında 120 illik tunel kəşf etdi - FOTO
"Jozefina" tortu (foto resept)
Sevgilisi Hadisənin evinə köçdü
Dekolteli ziyafət donları
Bu adam benzin içərək yaşayır
Seda Sayanı təhqir həbs olundu
"Harry Potter"in yazıçısı koronavirusa yoluxub-FOTO
Demet Acunu məhkəməyə verdi
Daima düşünən insanlarda mövcud olan xüsusiyyətlər
Bu da üzən göydələn
Amerikalı alimlər açıqladı: “Mükəmməl qadın üz cizgiləri bu formadadır”
Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır
Vladimir Zelenski koronavirusa yoluxub
Su haqqında bilmədiklərimiz
Prezident İlham Əliyev Belarusda səfərdədir
Damla şokoladlı şirniyyat (foto resept)
“Johnson&Johnson”un koronavirusa qarşı vaksini davamlı immun cavab reaksiyasına səbəb olub
Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun