
Bir-birini çox sevən bir cütlük yol qəzası keçirir. Onlar yataq xəstəsi olur və eyni otaqda qalırlar. Oğlan otağın pəncərə tərəfində, qız isə divar tərəfdə yatır. Oğlan pəncərədən çölə baxır və olanları qıza danışmaqla, qız isə dinləməklə beləcə zamanları keçirmiş. Oğlan qıza çöldə olanları dayanmadan danışırmış və bu şəkildə qızın sıxılmadığını, darıxmadığını düşünürmüş. Qız isə xəstəliyinin təsiri ilə daha da pisləşmiş, heç nədən xoşbəxt olmayacaq bir vəziyyətə düşmüşdü. Ürəyində oğlanı qısqanır, "kaş ki, mən pəncərənin yanında olsaydım" deyə fikirləşir və oğlanın yerində olmaq istəyir.
Bu ikilinin elə bir vəziyyəti də vardı ki, şok keçirdikləri zaman təcili müdaxilə edilməlidir. Əks tədqirdə xəstə oradaca ölər. Şok anında xəstəxanadakıları xəbərdar etmək üçün ikisinin də çarpayısının yanında xəbərdaredici düymə vardır. Əgər biri şoka girərsə, digəri düyməyə basaraq kömək çağırmalıdır.
Bir gün oğlan yenə çöldə olanları qıza izah edir, danışır... Qız yenə sifəti kədərli bir halda çöldə olanları özü izləmək istəyir və divar kənarında olduğu üçün də çox üzgündür. Və elə o anda oğlan şok keçirir. Qız düyməyə basmaq istəyərkən dayanır və düşünür: "Düyməyə basmasam nə itirərəm ki? Onsuz da ikimiz də yataq xəstəsiyik. Bir-birimizə nə faydamız var ki? Hamıya "Yatırdım" deyərəm. Həm də o ölsə, məni pəncərə kənarına apararlar". Və düyməni basmır. Oğlan ölür, qız isə həmin vaxt yatdığını və çox üzgün bir halda düyməyə basa bilmədiyini deyir. Özünü sevgilisinin yatağına keçirmələrini xahiş edir, onun qoxusunu hiss etmək istədiyini deyir. Halbuki, o, pəncərədən çöldəkiləri izləmək istəyir.
Qızı pəncərə kənarına - oğlanın köhnə yatağına qoyurlar. Qız çox həyəcanlı bir şəkildə bayırı görmək üçün başını şüşədən uzadır və... gördükləri qarşısında şok keçirir.
Çöldə heç bir şey yox idi, təkcə bir qab və quru bir divar vardı. Qız hər şeyi anlayır. Amma artıq gec olur. Deməli, sevgilisi sırf onun - qızın ürəyi sıxılmasın,darıxmasın deyə qaba və quru divara baxa-baxa günlərcə ona hekayələr danışırmış. Sırf özü kimi yataq xəstəsi olan sevgilisi üzülməsin deyə. Yataq xəstəsi olmasına baxmayaraq, həyatı sevsin, yaşasın deyə... Qız bunun mükafatı olaraq sevgilisinin ölümünü belə gözə almışdı.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR