Üçüncü dərs bitmək üzrəydi. Rəfiqəm Aytəkin mənə göz edərək, işinin olduğunu bildirib, ətrafda şübhə yaratmamaq üçün gah yazı lövhəsinə, gah da kitaba baxmağa davam etdi. Dərs bitdikdən sonra, həmişəki kimi kofe içmək üçün bufetə düşdük. Bufetçi xaladan özüm üçün kofe sifariş edib, kənarda duraraq qapıdan Ayətkinin içəri daxil olmasını gözləməyə başladım. Maraq mənə güc gəlmişdi, söz verməyimə baxmayaraq əlim dinc durmur, saçımı düyünləyirdim. Kofeni yarım etmişdim ki, Aytəkin içəri daxil oldu. Amma o bufetə tək gəlməmişdi, onun yanında Universitetimizdə zirənglik, qabaqcıllıq, gözəllik, məşhurluqları ilə tanınan üç qız - Afət, Gülsüm və İradə də var idi. Yox, yox, bu qızlar əlaçılıqla tanınmamışdılar, heç əxlaqsız da deyildilər. Sadəcə olaraq lider idilər, bəli, lider. Lider olmalarının səbəbi onların zəngin ailədən olması, bununla belə, dillərinin iti, əməllərinin təsiredici olması idi. Onların sözünü heç kəs yerə sala bilmirdi.
Mənim onların nəyinə lazım olmağımı düşünməyə ehtiyac yox idi. Düzdür, onların əhatə dairəsində olmağı çoxdan arzu edirdim, lakin onlar da məni "xala xətrin qalmasın" deyə öz aralarına qəbul etmirdilər. Atam Mərkəzi Bankın ən parlaq simalarından idi, elə bu səbəbdən məni yanlarından görmək istəyir və məni özlərinə layiq görürlər deyə anladım.
Ayətkin dərsdən sonra qızlarla gəzintiyə çıxacağımızı qulağıma pıçıldayaraq, hazır olmağım barədə bəzi təlimatlar verdi. Kofemi içib qurtarmışdım, nə deyəcəyimi də bilmirdim. Çünki o qızlarla rəfiqə olmaq hər bir Universitet tələbəsinin arzusu idi. Elə mən də bu arzuda idim, lakin ailəm nizam-intizamlı, böyük-kiçik bilən olduğundan əlavə gəzintilərə çıxmaq, şəhəri sərsəri kimi dolaşmaq, əyləncə mərkəzlərinə getmək barədə elə də sərbəst deyildim. Atam ciddi şəkildə təhsil almağım üçün "dəridən-qabıqdan çıxmışdı". Mən atamı çox sevirdim, o isə məndən iki qat artıq sevirdi, üstümdə əsirdi. Hələ indiyə qədər bir ehtiyacımı qarşılamamış olmamışdı. Qəfil olaraq özüm də bilmədən qızlara razılıq verdim və onların dəstələrinə qoşulmaq barədə məmnuniyyətimi bildirdim.
Dərs bitdikdən sonra, Universitetin həyətinə birlikdə endik. Qızların hamısı süslənib, cilvələnmişdilər. Mən özümə baxan qız olsam da, aşırı dərəcədə, vasvası kimi özümə "əl qatmağı" sevmirəm, yəni mənim üçün toy, ev, bayır-bacaq, dərs geyimləri ayrı-ayrıdır. Odur ki, qızların elə də gözlərinə dəyməməyə çalışırdım. Bu gün İradə hər şeyi boynuna götürmüşdü. O bizim hamımızı maşınına mindirib, maraqlı yerə aparacağını dedi. Evə vaxtında gedib çıxmağım üçün kifayət qədər vaxtım var idi, bunu çoxdan ölçüb-biçmişdim.
Qızlar öz aralarında yeni açılmış "Afina" geyim salonundan danışırdılar. Mənzilimizin ora olacağını anladım, nə edək, qızların adətidir: Harada geyim-keçim varsa, hələ üstəlik bir-iki nəfər tərif etsə, hələ üstəlik bu geyimlər brend olsa ora getmək marağı daha da artır. Geyim salonuna gəlib çatdıqda, böyük bir izdiham gördük, həm də endirim kompaniyası idi deyə, camaat qarışqa kimi şöbələrdə gərdiş edirdilər. İçəridə 10-15 dəqiqə gəzişib, baxdıqdan sonra Gülsüm üzünü mənə çevirib dedi:
- Sən bilirsən ki, bizim dəstə Universitetin bir nömrəsidir. Camaat gecə-gündüz bizə qoşulmağı arzulayırlar. Aytəkin sənin bizim aramıza qatılmağa layiq olduğunu (Minnətə bax!) bizə dedi. Amma hər şey elə də asan deyil. Bizim xüsusi ayinimiz var və bu gün adrenalin qazanmalıyıq. Odur ki, özünü göstərmək istəyirsənsə bizə qoşulmaq üçün bu ayini icra etməlisən! Biz söz vermişik ki, bu gün hərəmiz bacardığımız şeyi bu dükandan oğurlayaq. Düzdür, bizim heç birimizin buna ehtiyacı yoxdur. Bizim atalarımız bu salonu işçi qarışıq ala bilər, amma bu ekstrimi, həzzi yaşamaq istəyirik. Nə deyirsən?
Mən bunu edə bilməzdim, mən camaatın malınə əl ata bilməzdim. Axı oğurlamaq yaxşı iş deyil, həm də bunu özümüz əldə etmək iqtidarındayıq. Mən indiyə qədər oğurluğun nə olduğunu bilmirəm, bəlkə buna ehtiyac olmamışdı, nə bilim, onlarla rəfiqə olum deyə, bəlkə başqa şey desəydilər (misal üçün 5 dondurma yemək) edərdim, amma oğurluğa əlim gəlmirdi.
- Bilirsən, mən qorxuram. Mən, mən, mən... sonra atamın üzünə necə baxaram? Axı o mənə inanır. Həm də oğurluqdur axı bu. Bunun nəyi ekstrim, həyəcandır?
- Yaxşı görək sən Allah - deyə İradə qəfil ağızını əyərək məni lağ etməyə başladı. Hanı Aytəkin, budu sənin adamın? Qorxaq. - deyib, məni tək başına dükanda qoydular. Rəfiqəm Aytəkin mənə elə baxırdı ki, sanki mən vətən xainiyəm və onun etimadını doğrultmamışam.
***
Səhəri gün dərsdə Aytəkin mənə salam belə vermək istəmirdi, məndən üzünü çevirirdi. Lakin mən özümdə cəsarət taparaq onun qolundan tutub bir küncə çəkdim:
- Nədiye, burax əlimi, adam biabır edənsən.
- Nədi ay qız, oğurluq etməliydim?
- Nə oğurluğu sən Allah. Guya bir-iki köynəklə onların nəyisə azalacaqdı? Amma əvəzində biz adrenalin alacaqdıq, həyəcanlanacaqdıq, ayini icra edəcəkdik. Bu ki, həzzdir. Qəlbin döyünür, tutulacağından qorxursan. Oğurlamaq üçün fərasət lazımdır.
- Bəs tutsalar hansı fərasət bizi xilas edəcək?
- Nə tutmaq sən Allah, yox bir. Oranın müdiri birimizin atasının adını eşitsə, götürdüklərimizi bizə hədiyyə edər, hələ üstəlik 4-5-in də izafə paketləşdirər.
- Yaxşı, sus, mənə de görək onlar götürdülər bir şey?
- Hə, əlbəttə. Mən də qəşəng bir papaq götürdüm.
- Təxminən hamınızın götürdüyü nə qədər edərdi ki? (Qəti bir qərara gəlmişdim. Buna son qoymalıydım)
- Nə bilim, bəlkə də 350- 400 manat.
- Hmm. Yaxşı, oldu.
- Nə idi ki?
Heç cavab da vermədən Aytəkindən uzaqlaşdım. Bəlkə də vecimə də almamalı idim, amma bacara bilmirdim. Özümün necə onların bu işinə vaxtında əngəl olmadığıma görə vicdan əzabı çəkirdim. Odur ki, dərsdən icazə alaraq evə yollandım. Bilirdim ki, evdə heç kəs yoxdur, sakitçilikdir. Özüm üçün topladığım puldan 400 manat götürərək, yenidən taksi saxlayıb, "Afina"ya sürməsini tapşırdım. Çantamdan qələm və bir vərəq çıxaraq: "Salam, bizi bağışlayın, sizin dükandan oğruluq etmişik. Bu təxmin etdiyimiz ən çox məbləğdir. Ümidvarıq ki, bizi bağışlayarsız." yazıb, pulları da arasına qoyub, bükdüm. Bunları hazır edənə qədər mən artıq "Afina"nın qarşısında idim. Taksiyə gözləməsini bildirərək, içəri daxil oldum. Fürsətdən istifadə edərək, kassanın yanına gəlib, sakit şəkildə arasında pul olan kağızı qoyub, arxama baxmadan dükandan çıxaraq cəld taksiyə minib, oradan uzaqlaşdım.
Qəlbimdə atama qarşı xəyanət edib, onun ümidlərini doğrultmadığıma görə vicdan əzabı çəkirəm. Amma hər nə olsa da, atamdan üzr istəyib, ondan bağışlanmağımı istəyəcəyəm. Mən bunu atamdan gizlədə bilmərəm.
Fərid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı