O yaşlı bir ədib idi. Saçları ağarmış, qəddi əyilmişdi. Uzun sürən həyatında çəkdiyi iztirablar yaşlı sifətində həkk olunmuşdu. Elə bil, getdiyi tikanlı, toz-torpaqlı, palçıqlı, əyri-üyrü yollar üzündəki qırışlarda gizlənmişdi. Ədibin təkcə gözləri dəyişməmişdi. Gənc çağlarında, gözəl təbiət qoynunda sevgilisinə məktub yazarkən, arabir başını yuxarı qaldırıb təbiəti müşahidə edən parlaq gözləri heç dəyişməmişdi. Bircə fərq vardı, taqətdən düşüb tarımlığını qoruya bilməyərək gözlərin üstünə yıxılmış kələkötür qırışlar onların üzərini örtməyə çalışırdı, amma gözlər məğlub olmur vüsudunu göstərməkdə israrlı idi. Onun qəhvəyi gözləri gəncliyini qoruyub saxlaya bilməyən, amma qəlbi gənclik şövqü ilə alışıb-yanan bir qocanın gözləri idi. Yaşlı ədibin gözlərinin dəyişməz qalması, baxışlarına da təsir göstərmişdi.
Gənclik çağlarında hamıya diqqət göstərib nazın çəkməyə həvəs göstərən yaşlı ədib, indi uşaqtək nəvazişə möhtacdır. Ah o günlər... Şux qamət, ütü çəkilmiş şax qalan libaslar, daranmış sıx-qıvrım saçlar, işım-işım işıldayan ayaqqablar... Ah o günlər!
O çıxışlar, alqışlar, saysız-hesabsız təriflər, medallar, diplomlar, fəxri fərmanlar, şöhrət ordenləri... Sovet dönəmində partiya haqqında yazdığı poemanın palaz-palaz səhifələri hələ də evində dururdu... Amma beş yaşlı nəticəsinin onun yatdığından istifadə edərək həmin saralmış vərəqlərdən bir neçəsindən gəmi düzəldib çaya atdığından xəbərsiz idi. O, gənclik şövqündən yaranmış sözlərin ötürüldüyü vərəqlərin çayın suları ilə axıb getməsini bilsəydi görəsən nə düşünərdi? Bu vərəqlərin sakit çayda axıb getdiyi kimi, ömrünün də sakit, səssiz, xəbərdarlıq vermədən yoxa çıxdığını, yəqin ki, anlayardı.
Bir dəfə evin tavanını rəngləyən usta taxçadakı qəzet səhifələrindən birini cırarıb özünə papaq düzəltmişdi. Rəng damcıları başına dəyməsin deyə zərif qəzet vərəqlərindən özünə dəbilqə hazırlayan usta necə böyük cinayət işlədiyinin fərqində deyildi. Bunu görən yaşlı ədib onun üstünə elə qışqırmışdı ki, ətrafdakı qonşular bir neçə dəqiqəyə evə doluşmuşdular. Yaşlı ədib ustanı evindən qovmuşdu, ona heç zəhməthaqqı da verməmmişdi. Səbəbi isə sevgilisinə yazdığı ilk şeirinin həmin qəzetdə çap olan hissəsinin usta tərəfindən acımasızca cırılıb məişət əşyasına çevirilməsi idi. Yaşlı ədib rəngə bulaşmış cırılmış qəzet parçasını bağrına basaraq iki tərəfə açılmış nərdivanın üstündə oturub ağlamışdı da. O düşünürdü: “Yəni sözə heçmi dəyər verilmir?!”
Ona qalan yalnız prezident təqaüdü idi. Bu təqaüdlə özünü dolandırırdı. Cavanlığında karyerası üçün canfəşanlıq göstərən bu ədib, quru adlardan başqa ona heç nəyin qalmadığını anlamışdı.
Bu qoca kişini bəzən yaltaq da adlandırırdılar. Deyirdilər ki, yaşlı ədib gah Sovet hakimiyyəti, gah onun süqutu, gah bir neçə dəyişmiş Azərbaycan prezidentlərini çox tərif etmişdi. Bir sözlə, zəmanəsinə uyğun ədiblik siyasəti göstərmişdi. Bəlkə keçmiş dostlarının onun qapısını daha döyməməsi, hal-əhval tutmamasının səbəbi bu idi? Lakin yaşlı ədib heç zaman bu haqda kiməsə açıqlama verməmişdi.
O, bir çox məktəb və universitetlərdə dərs demiş, daha sonra Elmlər Akademiyasında yüksək vəzifələrin birində işləmişdi. Tələbə və iş yoldaşları öz aralarında bu yaşlı ədibə "qoca qurd" ləqəbini qoymuşdular. Bundan duyuq düşən qoca “qoca qurd” adlandırılmasına fikir vermir, hətta bir az tərif kimi qəbul edirdi.
Nə üçün yetişdirdiyi yüzlərlə tələbə, çayxanalarda yüzlərlə qəfədan çay içib nərd oynadığı dostları onu tərk etmişdi? Onlar haradaydı? Hətta illər boyu "Səni Fransaya aparacağam" - deyib lakin aparmadığı və uzun illərin həsrətini qəlbinə gömərək özü də gömülüb torpaq altına səyahətə gedən Firəngiz xanım da onu tək qoyub qeybə çəkilmişdir.
İndi onun əlində qalan, ona həmdəm olan bir noutbuk idi. O da İngiltərədə hüquq işləri ilə məşğul olan, həmçinin əri ilə orada yaşayan qız nəvəsinin hədiyyəsi idi. Yaşlı ədib bu noutbukdan istifadə etməyi də öyrənmişdi. Arabir yazdığı əsərləri paylaşar, tutduğu vəzifə və nüfuzu sayəsində xeyli virtual dostlara sahib olmuşdu. Yazılarının bəyənilməsi, şərhlərin yazılması, təriflərin yağdırılması onu yaşadan yeganə səbəb çevrilmişdi. Əlini bu həyatdan üzmüş qoca, ümidini yalnız virtual həyata bağlamışdı.
Virtual həyatda onun həqiqi kimliyi, daxilindəki arzuları heç kəs görmürdü. O artıq kimə maraqlı idi ki? Kimə lazım idi? Bu yaşlı ədib gündəmdə qalmaq üçün alətə çevrilmiş bəzi yaşlı ədiblərdən də yararsız halda idi. Onun qatarı artıq getmişdi, məğlub olduğu real həyatdan uğur qazanmaq arzusu ilə ümid bəslədiyi virtual dünyaya sarı şütüyərək internet relsləri üzərində “tak-tak” edirdi.
Həmin tələbələr, çayxana dostları, iş yoldaşları bəlkə də elə Firnəgiz xanım da bu naməlum virtual dostlar əvəz etmişdi. Ümidini üzünü həyatda görməyib, tanımadığı, lakin arabir "Əhsən şair", "Halal olsun!", "Millətimin qəhrəman oğlu" və s. kimi sözlər yazan naməlum şəxslərə bağlamışdı. Yenə də özünü tribunalarda çıxış etdiyini, ona deyilən tərifləri və alqışları xatırlamışdı. Yenə də şux qaməti, ütü çəkilmiş şax qalan libası, daranmış qıvrım saçları, işım-işım işıldayan ayaqqabları var idi...
Fərid Abdullah
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı