Bu gün bayırdan otağımın pənəcərəsini sanki yerində qoparıb içəri keçən səs-küyün səsi məni oturduğum yerdən durmağa məcbur etdi. Pəncərədən boylanıb səs gələn tərəfə baxdım, hamı orada idi, məndən savayı, deyən heç yerimdə görünmürdü.
Çox səslədim ordakıları, heç kim dönüb nə səs gələn tərəfə, nə mənə baxdı. Səbəbi görəsən nə idi? Məni eşitməmək üçün nə məşğul etmişdir onları? Bu qədər dünyadan qopararaq kar olmalarına səbəb nə idi? Bir insanın harayını eşitməmək üçün nə aludə etmişdir onları?
Çığırmaqdan səsim qısılmışdır sanki, elə bil artıq özümdə eşitmirdim səsimi, amma dodaqlarımın tərpənməsindən anladım ki, hələ də bağırıb ordakıları səsləyirəm. Onlar isə məni eşitməmək üçün qulaqlarından belə imtina edərdilər.
Bu laqeyidliyə çox dözməyib, yanlarına getdim bəlkə yaxından çağrsam, eşidərlər ümidi ilə... Amma onlar nəinki məni eşitdilər, heç görmədilərdə. Bir an düşündüm bəlkə ölmüşəm, kimsə məni nə görür, nə eşidir. Amma elə bu ani düşüncədən bir səs ayırdı məni, dedilər ki; xoşbəxtlik paylayırıq, səndə istəyirsən?
- Soruşdum, bağlamanızda hansılar qalıb?
- Hamısından, dedilər.
- "Hamısına nələr daxildir bəs?", deyə yenidən sual verdim.
- Var-dövlət, ailə-uşaq, şan-şöhrət, elm-savad, eşq-məhəbbət və daha nələr... nələr ... al-əlvan xoşbəxtliklərlə doludur bağlamamız.
- Mənə hansı yaraşar? Deyə soruşudum.
- Hamısı.
-Bəs hansına layiqəm?
- ...
- Bəs hansı haqqımdır?
- ...
- Bunlara layiq olmaq üçün nə etməliyəm?
- ...
- Bunların haqqım olmaları üçün nə etməliyəm bəs?
- ...
- Kimin hansı haqqıdır, kim hansına layiqdir, bilmirsiz, amma bol əldən dağıdırsız. Bax, iki addım o yanda evim idi. Oradan burdakıları səslədim, heç kim eşitmədi məni, səbəb nə idi? Çünki onlara yaraşan xoşbəxtliklərlə məşğul idilər.
Bu məgər paltardı, bizə yaraşsın? Axı layiq olmaq lazımdır, ələlxüsus əldə qoruyub saxlamağı bacarana verilmləidir bu saydıqlarınız. “Gözü” olmayan güllü çəmənliyi neyləsin? Görməyəcəksə? “ Kar” olan biri bulaq yanındakı evi neyləsin? Bulaqın səsini eşitməyəcəksə? “Lal” olan dağlar qoynunda evi neyləsin? Avazı gəldiyi qədər bağırıb bu dağdan o biri dağa səsinin əks-sədasını eşitməyəcəksə?
Bunları demişdim ki, baxdım gördüm özüm üçün danışıram. Hər kəs özünə yaraşan xoşbəxtliyi əyninə geyinib evlərinə tərəf üz tutub. Yerə səpilmiş xoşbəxtliklərə baxdım, ayaq altda qalıb əzilib ələ gəlməz halda düşmüşdülər. Məyus olmuşdum ki, bir az kənarda bayaqkı bağlamanı gördüm, sevincək ona tərəf qaçdım. İçində təkcə sevgi qalmışdı. Düşündüm, mənə layiq elə budur. Bir bağlama sevgiylə soyuyub buza dönmüş otağıma qayıtdım.
Ölmüş birinin gündəliyi: bu gün mən də xoşbəxt idim.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
- ŞƏRHLƏR