Yaşlı qadın sakitcə otağından çıxdı. Qonaq otağından nəvəsi ilə gəlinin səsi gəlirdi:
- Oğlum, süfrə hazırdır, şorbanı qoydum, gəl soyutmadan yeməyini ye!..
Yaşlı qadın qonaq otağına gəlib, yerdə özünə məxsus olan kənddən gətirdiyi döşəkçədə oturdu. Uşaq nənəsini görən kimi:
- Nənə, gəl birlikdə yeyək!... - dedi.
Yaşlı qadın içini çəkib:
- Evin kişisi işdən gəlməyincə axşam süfrəsinə oturmaq olmaz. Qoy atanız gəlsin birlikdə yeyərik inşaAllah!.. - dedi.
Evin gəlini:
- Ey ana, onlar keçmişdə qaldı. İndi ac olan süfrəyə oturub yeməyini yeyir, o da gələndə yeyər - dedi.
Yaşlı qadın:
- Qızım, insanların ədəbi, həyası, iffəti olduğu kimi, ailənin də iffəti və ədəbi vardır.
Nəvə dözə bilməyib zarafatyana sözə qarışdı:
- Nənəcan, ailənin iffəti nədir? Maraqlı gəldi, danış dinləyək.
Yaşlı qadın danışmağa başladı:
- Biz balaca olanda anamızdan əvvəl atamızın qarşısında ədəbli oturmağı öyrəndik. Evdə ata-anamız olanda ayağımızı uzadıb oturmaz, böyüklər danışanda bizə söz verilmədiyi halda sözə qarışmazdıq. Böyüklərimiz otağa girən kimi tez özümüzü səliqəyə salar, qalxıb onlara oturmaqları üçün yer verərdik. Atamız süfrəyə oturmayana qədər biz süfrəyə əl uzatmazdıq. Atamız gəlib, "Bismillah" deyib, "Buyurun, başlayın" deyərdi. Gözəl əhval-ruhiyyə ilə yeməyə başlayardıq. Sonda bacı-qardaşlar arasında süfrə duasını növbə ilə oxuyardıq. Ailəliklə yeyilən yemək qədər ləzzətli yemək olarmı? Bu süfrə ədəbidir, mənim balam.
Nəvə:
- Nənəcan, belə ciddi rejimdə depressiyaya heç düşdünmü? - deyə soruşdu.
- Mənim balam, bizim vaxtımızda hörmət olduğu üçün sevgimiz daim olurdu. Sevgi var olduğu müddətdə depressiyaya girən olmazdı. Mən depressiya kəlməsini ilk dəfə burda eşitdim. Hətta kəndimizdə ağıldan kəm biri var idi, ”Dəli İbrahim” deyirdilər. Vallah, o da o qədər xoşbəxt idi ki, sözlə ifadə edə bilmərəm. Axşama qədər küçədə uşaqlarla oynayar, acanda gedib bir qapını döyər: "Aba acdım, aba yemək ver!.." deyərdi. Hansı qapını döysə boş geri çevrilməzdi. Saçları uzananda bərbər saçlarını kəsər, hamamçı arada çimizdirərdi. Cümə günləri əlindən tutub namaza belə aparırdılar. Yəni heç kim onu qovmazdı. İndi heç nəyə hörmət qalmayıb. Bax, evlərdə belə hörmət yoxdur bu şəhərdə. Hər kəs axşam olduğu halda pərdələri çəkməyib, bütün evlərin içi görünür, amma heç kim utanmır. Biz hələ hava qaralmağa başlamazdan əvvəl qalın pərdələrimizi çəkər, sonra işıqları yandırardıq. Hətta pərdə çəkili olduğu halda paltarımızı dəyişməyə ehtiyat edər, işığı söndürüb yerə çöməlib dəyişərdik paltarımızı. Kölgəmizin həyətdən görünə biləcəyini fikirləşdikcə üzümüz qızarardı.
Bu vaxt gəlin oturduğu yerindən qalxdı, xəcalətli bir əda ilə otağın pərdələrini çəkdi.
- Böyüklərimiz deyərdi: "Evin ədəbi hər şeydən əvvəl pərdəsinin çəkilib çəkilmədiyindən bilinir". Evlər böyük divarlarla hörülmüş həyətlərin içində olduğu halda heç kim alt paltarlarını ortalığa sərməzdi, ev əhalisindən belə ədəb edərdilər. Mən hələ balaca olanda geydiyim şalvarı həyətin ortasındakı ipə sərmişdim, anam tez gəlib: "Qız, atan bu gün həyətə çıxdı, sənin şalvarın asılı idi, utandığımdan yerin dibinə girdim. Bir də belə ortaya sərmə, paltarların ən arxasındakı ipə sər!.. Üstünə uzun bir örtük ört... Altında nə olduğu görünməsin!.. İffətimiz, ədəbimiz gedərsə, ortada imanımız qalmaz!.." dedi. O vaxt mən 12 yaşındaydım, anam bunları mənə söyləyərkən mən yerin dibinə girdim. İndi elə deyil. O gün nəfəs alım deyə eyvana çıxışdım, qabaq qonşu bütün paltarları sərib ortalığa, mən utandığımdan tez içəri girdim. Bu gün yeməklər evdən kənarda yeyilir, "göz haqqı" olur, hamı əhəmiyyətsiz hesab edir. Bazardan alınanlar şəffaf paketlərdə evə gəlir; alan var, ala bilməyən var. Bizim Peyğəmbərimiz sallallahu əleyhi və səlləm "Yeməyinizin qoxusu ilə qonşunuza əzab etməyin" buyurur. Bu gün qoxuyla, nümayişlə ətrafdakılara əzab verilir. Təbii ki, yedikləri daxillərinə çətinlik verir. Sonra da "depressiya" deyə-deyə həkimlərə gedilir. Evin bir ədəbi də vardır ki, ən əhəmiyyətlisi də budur. Evin içində baş verənlər əsla kənarda danışılmaz, yedikləriniz, içdikləriniz, söhbətləriniz, mübahisələriniz... Bu da evin iffətindən sayılar və heç kimə izah edilməzdi. Buna görə problemlər ev içində asanlıqla həll edilərdi. Peyğəmbərimiz (s.ə.v) də xüsusilə ər-arvad arasında olanların ətrafa yayılmasının necə böyük bir günah olduğunu həmişə hədislərində izah edir, deyilmi Leylacan!.. - gəlninə dedi. Leyla xəcalətli bir şəkildə:
- Bəli anacan - deyə bildi.
Nəvə:
- Nənəcan, indi facebook deyə bir şey var; insanlar getdikləri restoranlarda yedikləri yeməklərin fotoşəklini çəkib minlərlə adama göstərirlər!..
-Aayy, çox ayıbdır... İnsan heç yediyini söyləyərmi?
- Ah anacan, hər hallarının fotoşəkilləri var. Gəzdikləri yerlərin, yedikləri yemək-içkilərin, aldıqları əşya və paltarların, hətta bəylərinin aldıqları çiçəkləri üzərindəki yazdıqları qeydlərlə paylaşırlar.
- Mənim balam, sən nələr deyirsən? - gözyaşları içində izah etməyə davam etdi:
- Biz bəylərimizlə yan-yana getməyə çəkinirdik; dul qalanlar var, evlənə bilməyənlər var. Onların könül yaralarına duz basmayaq deyə bəylərimizin bir addım arxasından gedərdik... İndi mübahisələr ortada, sevişmələr ortada... Evin bərəkəti böyüklərə hörmətdəndir. Evin iffəti örtülən pərdədir. Sevginin iffəti gizlilikdədir. Gözün iffəti göz qapaqlarındadır. Bədənin iffəti təsəttürdədir. Utanmaq, həya imandan bir hissədir. Gəlin sizə mənim anamın danışdığı bir hekayəni danışım. Hekayə dedimsə, adı hekayədir... Əslində bir hədisdir, Hədisi Qüdsi həm də... Yəni mənasını Allahın Peyğəmbər Əfəndimizə xəbər verdiyi, sözlərini isə Peyğəmbərimizin öz sözləriylə ifadə etdiyi bir hədis... Bu Hədisi Qüdsiyə görə: "Allah Təala Adəm əleyhissalamı yaratdığı vaxt Cəbrayıl əleyhissalam ona üç hədiyyə gətirdi: Elm, həya, ağıl. Ona dedi ki: «Ya Adəm!.. Bunlardan dilədiyini seç!..» Adəm əleyhissalam ağılı seçdi. Cəbrayıl əleyhissalam həya və elmə, mövqelərinə dönmələrini əmr etdi. Həya və elm dedilər ki: "Biz, aləmi ervahda (ruhlar aləmində) həmişə birlikdə idik. Bir-birimizdən əsla ayrılmarıq. Ruhlar cəsədlərə girdikdən sonra da eyni şəkildədir. Və ağıl harada olsa, biz ona tabe olarıq. Cəbrayıl əleyhissalam da "Elə isə yerlərinizə yerləşin!.." deyə əmr etməklə ağıl beyində, elm ürəkdə, həya da gözdə yerləşdi". Bu Hədisi Qüdsidə də izah edildiyi kimi, həyanın məkanı gözdür. Buna görə həm gözümüzü qorumaq əhəmiyyətlidir, həm də gözə xitab edən şeyləri idarə altında tutmaq...
Gəlin:
- Düz deyirsən, anacan, biz iffətimizi itirdikcə böhranlarımız artdı - dedi.
Nəvəsi qaşığı səssizcə yerinə qoyub:
- Mən atam gələndə yeməyə başlayacağam, anacan! - dedi.
Nənə də söylədiklərinin övladlarına təsirini görüb səssiz bir şəkildə Allaha həmd etdi.
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR